Periodun keçmiş bölümlərindən
Vasiflə qarşı qarşıya oturduğum bu kadrlarda ağzımdan aşağıdakı cümlələr yağırdı.
- Bunu niyə gizlədirdin bizdən? Bunu bilmək bizim haqqımız deyildi?
- Əlbəttə haqqınız idi. - O sakit şəkildə bildirdi - Xaos teoresi yadındadır? Adi bir kəpənək qanadının titrəyişi havadakı dalğaları və atomları hərəkətə gətirərək milyonlarca kilometr uzaqda fırtına yarada bilər. Bizim ən adi bir hərəkətimiz kainatın ucqar nöqtəsindəki atomları titrədir.
- Dəyişim - deyə dilləndim - kəpənək effekti. Elektron sıçramaları. Bilirəm, başa düşürəm. Amma yenə də bunu bizə bildirməliydin. Baader Maynxof ilə hər şeyi düzəltmək olardı. Məgər hər şey elektron buludlarından ibarət deyil? Məgər biz buludların toqquşması nəticəsində yaranan şimşəyin bir parçası deyilik?
- Sizi buna hazırlamaq idi niyyətim? Mənim burdakı məqsədim hər kəsə bəllidir. Kainatın nizamının qoruyucusuyam mən. Mən bu missiyanı üzərimə götürdüyümdən bu yana 320 il keçib. Hər şeyi belə kənara ata bilməzdim.
- Başa düşürəm. Amma...
- Coşqun, çox ağır zamanlar keçirdik. Çox. Ağrılarımız böyükdür. Get,dincəl.
------------------------------------------------
Görüntü dəyişdi.
Mən hər kəsin məni görməsi üçün bir təpənin üstünə çıxdım. Bu meşədə, bu dağda yaşayan hər kəs ətrafıma toplaşmışdı.
- Ey mənim can və məqsəd yoldaşlarım - deyə hər kəsin məni eşitməsi üçün yüksək səslə sözə başladım - biz yüz ildən çoxdur ki, burdayıq. Birgə ümumi məqsəd üçün çalışırıq. Mən üstümə götürdüyüm vəzifəni layiqincə yerinə yetirməyə çalışdım həmişə. İndi biz çətinliklərlə qarşılaşmışıq. Bir olsaq mən inanıram ki, mən yenə bu kainatın nizamını burda qorumağı bacaracam. Hazırsınız?
---------------------------------------------------
Bir il sonra mən meşənin içi ilə irəliləyib Vasifin qərargahının qarşısına gəlib çıxdım. Pilləkənlərlə aşağı düşərək qəribə dəhlizdən keçdim, ən nəhayət Vasifin otağına daxil oldum.
- Aa Coşqun gəl - o məni görən kimi ayağa qalxıb mənə oturmaq üçün yer göstərdi. - Nə olub gözümə bir təhər dəyirsən.
- Bu gün bəzi şeylər yadıma düşdü və həmin o bəzi şeylər mənə çox məntiqsiz gəldi.
- Məsələn?
- Mən bura təzə gələndə və ya gətiriləndə Cavid mənə burdakı hər kəsin bura dair fərqli şeylər gördüyünü demişdi. Lütfü ağ bir işığın içində olduğumuzu görürdü. Bəziləri ətrafı səhra olaraq görürdü, bəzilərinə görəsə biz Antarktidada idik. Lakin hadisələrin sonrakı gedişində məlum oldu ki, hamı buradakı meşəni görür. Keçən il Mehriban oğurlananda biz axtarışa çıxmışdıq. Onda hara doğru getmək lazım olduğunu öz aramızda müzakirə edib razılığa gələ bilirdik. Heç kim demirdi ki, bu qum topasına tərəf və ya bu buzlağa doğru getməliyik. Hər birimiz meşə, dərə və ağac görürdük. Hətta Lütfü belə. Və yaxud məni Qatil tərəfindən öldürülməkdən Mehriban xilas etdikdən sonra məni sürüyərək bir ağacın altına gətirmişdi. Və mən də bunu sonradan öyrənmişdim. Lakin Mehribanı axtararkən belə bir fikir irəli sürdüm ki, sürünmə izlərini təqib etmək lazımdır. Çünki qatil qurbanlarını sürüyür. Bunu özümdən bilirəm. Niyə belə bir qarışıqlıq elədiyimi özümdə anlamıram. Mehribanın buranı cənnət saydığı halda burdan qaçmaq istəyini də ümumiyyətlə anlamıram.Vasifin çöhrəsinə istehzalı bir təbəssüm qondu.
İndi
Qara dəlik deyə adlandırılan anlayışın keçmişi 200 ildən daha artığına qədər uzansada, qara dəlik adı ancaq 1967- ci ildə Amerikalı fizikaçı Con Wheeler tərəfindən istifadə olunmuşdur. O dahi idi. O elmdə yeni bir cığır açdı. Çünki elmdə yaxşı bir adın önəmi çox böyükdür. Amma bu ad nə qədər yaxşı olsa da sahib olduğu qüvvənin xüsusiyyətlərini əks etdirmir. Qara dəliklər əsla qara deyillər. Fikrimi Con Michaelin misalı ilə izah edəcəm sizə. Siz səmaya atəş açsanız tapançanızdan çıxan güllə bir müddət havaya qalxıb, sonra yerin cazibə qüvvəsini aşa bilmədiyindən yerə düşəcək. Güllə saatda 300 km gedir. Yerin cazibə qüvvəsini aşa bilməyi üçün ən azı saatda 1200 km gedən bir sürət lazımdır. Bu böyük bir sürət olsada saatda 300000 km-ə bərabər olan işıq sürətinin yanında demək olar ki, heç nədir. İndi təsəvvür edin ki, hansısa bir ulduzda elə bir cazibə qüvvəsi var ki, işıq onun ətrafından çıxa bilmir və dolayısı ilə bizə çata bilmir. Nəticədə biz onu görə bilmirik. Onun əvəzinə nəhəng bir qara boşluq görürük. Amma orda olduğunu bilirik. Çünki onun təsirini müşahidə edirik.