Dördüncü dairə

282 28 22
                                    

Periodun keçmiş bölümlərindən

Gurultu silah səsi Leylanın qışqırığını eşitməyimə mane olmadı. Mən qapını açıb dəli kimi çölə şığıdım. Leyla sinəsi al qan içində yerə sərilmişdi. Arxadan hənirti eşitdim və geri çevrildiyim an ancaq tapançanı gördüm.
------------------------------------------------
onun olduğu yerə çatanda sadəcə yerdə uzanmış cəsədini gördüm. Əlində sıxdığı şəkil iş yerimə hücum edib Leylanı öldürən qatili təsvir edirdi. Və şəkilin keyfiyyəti ya da ümumiyyətlə görünüşü elə idi ki, asanlıqla söyləmək olardı ki, şəkil bundan bir əsr əvvəl çəkilib.
--------------------------------------------------
Məhz o an ağacların arasından çıxan kişini tanıdım. Bu mənim iş yerimə hücum edən və Leylanı öldürən həmin qatil idi.
------------------------------------------------
Dördüncü güllə ağaca sancılmazdan qabaq mən onun qalın gövdəsi arxasında görünməz olmağı bacardım.
- Gizlənmə - deyə qalın kişi səsi eşitdim. - Sən ölməlisən. Bu hər kəs üçün yaxşıdır.

Onun Leylanı öldürməyi dünənki kimi yadımda idi. İçimdən onun üstünə tullanıb boğmağım gəlirdi. Lakin bilirdim ki, bunu edə bilməmiş o məni cəhənnəmə vasil edərdi. Və əslində bir şeydə vardı. Mən iş yerimə olan hücumu iki dəfə yaşamışdım. Hər iki dünyamda bir dəfə və hər ikisində də Leyla ölmüşdü. Lakin ikinci gördüyümdə qatil indi məni öldürmək istəyən insanla eynilik təşkil etmirdi.
----------------------------------------
Yeni gələnlə bağlı nə düşünürsən? - Lütfü şagirdini imtahan edən müəllim ədası ilə soruşdu.
- Bilmirəm. O da bizim kimi heç nə anlamır. Lakin Vasifin dediyinə görə indi hamımızdan çox onun işi üzərində düşünür. İstədiyini ona vermək üçün.
- Bu nə mənaya gəlir ki? - Lütfü soruşdu.
- Yadındadır bir dəfə Vasif bir dəfə bizim hamımızı yığıb nə dedi?!  İstədiklərimizi bizə vermək üçündür bütün bu işlər.
- Vasifdən nə vaxtsa nəsə istəməyim yadıma gəlmir.
------------------------------------------------------
Hansısa an hiss etdim ki, bu məzar başında tək deyiləm. Üzümü çevirdim və başım üstündə dayanan kişini gördüm.
- Salam - o birinci olaraq dedi və məndə onun əlini sıxmaq üçün ayağa qalxdım.
- Salam. Tanışıq? - Mən soruşdum.
- Yox, siz məni tanımırsınız. Mən sizi isə çox yaxşı tanıyıram.
- Hardan? - Nə qədər nəzarətsiz olduğumun fərqinə varırdım, lakin bu dəqiqə bu mənim çox da vecimə deyildi.
O bir az sakit dayanıb üzümə baxdı.
- Adım Vasifdir.
-------------------------------------
Çöldən qatilin soyuq səsini eşidirdik.
- Vasifin axmaq inancları üzündən bütün dünyamız məhv olacaq. Mən belə olmağını istəməzdim. Amma 7 milyard insanın canı üçün, günahsız körpələrin canı üçün və nəhayət ümumi kainat üçün bunu eləməliyəm. Hamınızı öldürməliyəm.
------------------------------------------
Qatil danışmağa davam edirdi :
-Vasiflə Çarlzın təlqini ilə bura uyğunlaşıb sual vermədən burda yaşamağa başladınız. Tək sual verən psixoloq idi. Çünki bura gəlməmişdən qabaq qarşısına mən çıxmışdım. Və beyin artıq burda olan bir paradoksu tutmuşdur.

İndi

Artıq 3 ay idi ki, bura gətirilmişdim. Bura dağlıq bir zonada yerləşən meşəlik idi. İnsanlar sanki meşəliyə toplanmış və burda yaşamaq üçün hər bir şəraiti yaratmışdılar. Hər tərəfdə çadırlar, evlər, hansısa işləyən dəzgahlar var idi. Bir də meşənin ortasında yerin altına gedən pilləkənlər var idi. Vasifin kabineti və alimləri yerin altında yerləşən bu laboratoriyada yerləşirdi. Əvvəlcə Vasifin mənə danışdıqları cəfəngiyyat kimi gəlirdi. Lakin o hər bir şeyə elmi izah gətirdikcə mən kvant fizikası ilə tanış olur və şüurum özünü müdafiədən çıxaraq bu fantastik həqiqətləri qəbul etməyə başlayırdı. Biz bing bangdan öncəki zamana gedib çıxmışdıq. Və mənim burda olma səbəbim hər şeydən göründüyü kimi Leylanı xilas etmək idi. Keçmişdən gələcəyə qayıdaraq iş yerimə olan hücumda Leylanın ölməsinə mane olmaq idi. İçimdə olduğum yerlə bağlı heç də təhlükəsizlik fikri olmasa da Leylaya görə bu riskə girməyə dəyərdi. Vasif ilk dəfə mənə qəbirstanlıqda yaxınlaşsada məni lap əvvəldən tanıdığını deyirdi. Mənim kədərli düşüncələrim və kömək yalvarışlarımı eşidib gəlibmiş. Bu məsələ hələ də daxilimdə bir neçə sualı cavabsız qoysa da bu dəqiqə diqqət eləməli olduğum məsələnin bu olmadığını düşünürdüm.
Vasif məni uyuşduraraq bura gətirdikdən bəri durmadan danışır və beynimi informasiya axını ilə yükləyirdi. Biz burda mənim öz həyatımı dəyişəcəyim nöqtəyə qədər yaşadıq. Gözlənilən gün gəldiyində biz dairəvi masanın arxasında üç nəfər oturmuşduq. Vasif, mən və ən başından bəri bu layihənin yaradıcılarından biri olan lakin həmişə kənarda duran, komandanın pərdəarxası qəhrəmanı həmçinin də Vasifin doğmaca qardaşı Vaqif. Mən sevincli idim, çünki öz həyatıma qayıdırdım. Nəhayət Leylanı xilas edərək onunla xoşbəxt həyatımın arxasını yaşayacaqdım.
- Səni soxulcan dəliyinə aparacağıq - dedi Vasif - Soxulcan dəliyindən keçən zaman səndə bir az fiziki dəyişilmələr baş verə bilər. Get və həyatını yenidən qur. Uğurlar sənə.
- Bu heç düzgün deyil - deyə gözlənilməz şəkildə Vaqif dilləndi - keçmişə qayıdıb yaxud da gələcəyə gedib nəyisə dəyişmək zamanın tellərini titrədəcək. Bu isə kainatın nizamını bir az da pozacaq. Ona görə də hər şey necə lazımdırsa elə olub.
- Vaqif indi yeri deyil bu söhbətin - Vasif sərt şəkildə onun sözünü kəsdi.
- Biz öz nəzəriyyəmizdə səhvə yol vermişik qardaşım. Kainatı bu yolla mənfi dalğalardan qoruya bilmərik. Hamıya kömək edə bilmərik. Bir insanın yaxşılığına olan digər insanın pisliyinə ola bilər.
- Vaqif illərdir bunun üzərində çalışırıq. İndi birdən birə vaz keçə bilmərik. Əgər vaz keçsək bu heçlik cəhənnəmində ömürlük qalmalı olacağıq. Ya da partlayıb yox olana qədər. Ona görə də ən azından sınamaq məcburiyyətindəyik.
- Elm və kosmos bizdən daha önəmlidir. Bax, xətrinə dəyməsin Coşqun, biz səhv eləmişik. Mən indi hər şeyin fərqinə varıram. Sənin həyat yoldaşın ölməlidir və sən onsuz bir həyat yaşamalısan. Əgər sən nəyisə dəyişsən bu kainatın nizamını pozacaq. Kəpənək effektində olduğu kimi. Adi bir kəpənək qanadının titrəyişi minlərlə atomu hərəkətə gətirərək fırtına yarada bilər.
- Bilirsən nə var? - Mən ayağa qalxdım - Mənim üçün kosmos da, elm də önəmli deyil. Mənə maraqlı olan öz həyatımdı. Və mən həyat yoldaşımı xilas edəcəm.
- Coşqun sən başa düşmürsən - Vaqif inadla məni fikrimdən daşındırmağa cəhd edirdi - nəyisə dəyişdirmək ümumi dünyaya mənfi təsir edəcək. Bütün yer kürəsinin məhvinə səbəb ola bilərsən. Doğrudanmı sənin üzündən öləcək insanların və uşaqların taleyi səni heç maraqlandırmır.
- Bilmirəm Vaqif, mən sınamalıyam ən azından. Burda yaşamaq istəmirəm. Mənim xoşbəxt olmasa da rahat bir həyatım var idi. Məni o həyatdan alıb bura gətirdiniz. Mən öz həyatıma qayıtmaq istəyirəm. Burda sizin kimi başdan xarablarla kainatın taleyini həll etmək istəmirəm.
Bu an Vaqif qışqıraraq ayağa qalxdı. Cibindən tapancasını çıxardım başıma dayayaraq dedi :
- Bağışla, amma mən buna icazə verə bilmərəm.

PeriodWhere stories live. Discover now