- Kimsən sən? - Artıq tükənmiş halda bu qoca keçəldən soruşdum.
- Lütfü. Sadəcə Lütfü.
- Bura haradı? Məndən nə istəyirsən?
- Bura bizim həqiqi yerimizdi. Və mən səndən heç nə istəmirəm. Səni ümumiyyətlə bura mən gətirməmişəm. - O elə bir soyuqqanlılıqla danışırdı ki, sanki dediklərinin dəliliklə heç bir əlaqəsi yoxdur və hər şey çox normaldır.
- Elə isə kim gətirib?
- Mən bir ad deyə bilmərəm.
- Məni bura kim gətirib? - ayağa qalxıb qışqırdım. - Məndən nə istəyirsiniz?
- Bax Coşqun - o da ayağa qalxıb danışmağa başladı - bəzi insanlar var ki, onlara kömək lazımdır. Əgər onlara kömək edən olmasa həyatları bərbad olar. Səni, məni və eləcə də burda olan başqa insanları bura gətirənlərin sadəcə bir məqsədi var. Kömək eləmək.
- Mənə bax başdanxarab - deyə onun sözünü kəsdim - bu insanlar mənim həyat yoldaşımı və dostumu öldürüblər. Məni yumruqlayıb bura zorla gətiriblər. Mənim həyatım tam qaydasında idi. Mənə heç bir kömək lazım deyildi.
- Heç bir şey göründüyü kimi deyil.
- Nə demək istəyirsən?
- Bu insanlar yaxşı insanlardı. Çarəsizlərə əl uzadırlar, onları qoruyurlar. Onlar heç vaxt adam öldürməzlər.
- Hardan bilirsən? - Yenə qışqırdım. Deyəsən özümü çox ədəbsiz aparırdım. Sadəcə artıq səbrim sona gəlmişdi.
- Dörd il əvvəl oğlum tərəfindən küçələrə atılmışdım. Gedəcək yerim yox idi. Səfil bir həyat sürürdüm. Artıq heç nəyə inamım və heç bir ümidim qalmamışdı. Bir gecə yenə bir ağacın dibində paltoma bürünüb yatdım. Səhəri gün burda ayıldım. Məni hər şeylə təmin etdilər. Artıq dörd ildir ki, burada digər insanlarla birlikdə xoşbəxt yaşayırıq. Burdakı hər kəsin bir hekayəsi var. Fərqli. Amma hamısının bir oxşar cəhəti var. Bizi bura gətirənlər bizi xoşbəxt edib.
- Yalan danışırsan - onun bir sözünə belə inanmırdım - onların adamısan. Manipulyator.
- Elə deyil.
- Əgər elə deyilsə niyə o qədər insanın içindən məhz sən məni qarşılayırsan?
- Çünki yalnız mən inanıram.
- Nəyə?
- Perioda.
- Bu dəlilikdi - deyib qapıya doğru getdim.
- Coşqun - deyə o məni arxadan səslədi - həyat nə cəhənnəmdir nə də cənnət. Baxır sən özün onu nəyə döndərirsən.Çevrildim və bu qoca axmağın üzünə baxdım.
- Yəni?
- Nə olarsa olsun həyatı dəyişdirmək mümkündür.Artıq bu sayıqlamalara qulaq asmaq niyyətində olmadığımdan qapının dəstəyini burub onu açdım. Güclü səs dalğaları qulağımdan girərək gicgah payımı qıcıqlandırdı və yüksək qıcığın təsiri ilə mən bir müddət yerimdən tərpənmədim. Pavlovun məşhur it təcrübəsində olduğu kimi şərti refleksim ya da assosiativ hərəkətim tormozlandı. Normalda qapını açaraq çölə çıxmalı idim və elə bunu da planlaşdırmışdım. Lakin mənfi induksiya qanunu buna mane oldu. Beləki bu qanuna görə beyinin bir nöqtəsində yaranan oyanma digər nöqtələrdə ləngiməyə səbəb olur. Pavlovun iti ilə bağlı olan eksperimentdə it hər işıq yanmasından sonra ona yemək verilməsinin şahidi olur. Bir müddət sonra işıq yanır və yeməyin verilməməsinə baxmayaraq itin ağız suyu ifraz olunur. Artıq hər işıq yananda it ona yemək veriləcəyini gözləyir. Lakin bir gün işıq yanan an güclü zəng səsi də gəlir. Bu güclü qıcığın təsirindən itin şərti refleksi olan ağız suyu ifrazı tormozlanır.
Mən üzümü Lütfüyə çevirib səsimin eşidilməsi üçün var gücümlə qışqırdım.
- Bu nə səsdir?
- Özün bax.Mən açdığım qapının astanasından çoxlu cihazları, maşınları və onlarla işləyən insanları görürdüm.
- Onlar neyləyirlər?
- Biz burda özümüzə bütün dünyadan ayrı bir dünya qurmuşuq. Yaşamağa çalışırıq. Bütün bu maşınlar, bu cihazlar... - O bir az nəfəs alıb yenidən danışmağa başladı - yəni bizə lazım olan hər şeyi özümüz istehsal edirik. Burda hər kəsin bir vəzifəsi var. Hər kəs ən yaxşı bacardığı işi görür.
- Səndə buranın filosofusan? - İroniya ilə soruşdum.
- Yox - gülümsədi və cavab verdi - mən psixoterapeftəm.
- Əla - dedim qəzəblə - möhtəşəm. Super. Deməli mənə ehtiyac yoxdur burda. Gedə bilərəm deməli.
- Mən dəli olsam kim təsbit edəcək bunu?Bu əclaf hələ bir mənlə zarafat da edirdi.
- Dəli olmayacağına əmin ola bilərsən - dedim ona - Çünki insan həyatı boyu ancaq bir dəfə dəli olur.Son sözlərimdən sonra maşınların arasıyla insanları itələyərək özümə yol açaraq qaçmağa başladım. Bu yolun sonu görünmürdü. Birdən küncdəki tamamilə aynadan ibarət olan kiçik otaqda dayanmış sarı saçlı oğlanı gördüm. Otağı istiqamət alıb qaçmağa başladım. Tam otağa çatdığım an içəridə heç kimin olmadığını və sadəcə otağın divarındakı güzgüdə qarşı tərəfin əksini gördüyümü anladım. Arxaya çevrildiyim an qarşımda qarabuğdayı, arıq oğlanı görüb diksindim.
- Salam - dedi mədənicə.
- Salam - onun üzündə nəsə qorxuducu bir ifadə var idi.
- Mən Cavid. Sən də yeni gələnsən yəqin.
- Hə adım Coşqundur - gözlərimlə sarı saçlını axtararkən ona cavab verdim.
- Mənə kömək edə bilərsən?
- Nə? Necə?-Həyətdəki baxçamızdan pomidorları yığmaqda mənə kömək edə bilərsən?
Çarəsiz qaldığımdan dərin nəfəs alıb dedim :
- Hə, əlbəttəO məni yaxın yolla aparıb çölə açılan qapı ilə tanış elədi. Çölə çıxdığımızda yaşıl yamacları olan bir dağda olduğumuzun fərqinə vardım.
- Biz hardayıq - deyə Caviddən soruşdum. - Necə yəni? - O mənim üzümə elə baxırdı ki, sanki indicə dünyanın ən axmaq sualını vermişəm.
- Biz hardayıq - deyə təkrarladım - bu dağ haranın dağıdır.
- Coşqun mən anlamıram. Nə dağ?
- Üstündə durduğumuz dağ.
- Sən dağ görürsən?
- Bu zarafatdı? - Qaş qabağımı töküb soruşdum.
- Qətiyyən. - O məsumca qeyd etdi. - Bura məkansız yerdi. Burda heç bir dağ ola bilməz. Burda məkan və zaman yoxdur.