On ikinci dairə

336 39 29
                                    

Bu bölümü heç vaxt unudulmayacağa həsr edirəm.

Leylanın məzarı qarşısında dizlərim üstə çökdüm. Bütün kədərim boğazımda düyünlənmişdi. Bilirsinizmi dünyanın ən kədərli sualı nədir? Niyə? Bu sualdan daha üsyankar və daha kədərli ifadə düşünmək mümkün deyil.

Leyla mənim sadəcə həyat yoldaşım deyildi

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Leyla mənim sadəcə həyat yoldaşım deyildi. O həm də mənim dostum, sirdaşım və məni hamıdan daha artıq başa düşən bir insan idi. Ondan başqa heç bir qadın cinsinin nümayəndəsi mənim diqqətsizliyimə, laqeydliyimə və romantiksizliyimə dözə bilməzdi. Amma aramızda olan o dərin və bir baxımdan da platonik sevgi bizim normal bir həyat yaşamağımıza kifayət edirdi. Çünki sevgi bizim üçün o beş hormondan və feromin cisimciklərindən daha artıq idi. İndi nə itirdiyimi düşünərkən qəm- qüssə məni boğur və normal nəfəs almağıma belə imkan vermirdi. İçimdəki bu həsrəti hiss etdikcə profesional psixoloq düşüncəsi ilə ağlıma " Romea Culyetta " effektinin nə dərəcədə keçərli olduğu gəldi. Şekspirin məşhur əsərində iki sevəni valideynlərin ayırmaq cəhdi onların arasında olan sevginin daha da artmasına səbəb olur. Bu proses sonradan psixologiyaya " Romea Culyetta " fenomeni adı ilə daxil olur. Fenomenin mahiyyəti bundan ibarətdir ki, iki sevən arasında bir adam qaratikan kolu kimi bitib onları ayırmağa çalışanda onların bir - birinə sevgisi daha da artır. Burda qaratikan kolu obrazında ölümü də götürmək olar əlbəttə. Ölüm sevənləri ayırmaq üçün çox effektiv metod sayılır. Və bu halda sevən torpaq altındakı yarını heç vaxt unutmur və hətta ona olan sevgisi bir az da artır.
Hansısa an hiss etdim ki, bu məzar başında tək deyiləm. Üzümü çevirdim və başım üstündə dayanan kişini gördüm.
- Salam - o birinci olaraq dedi və məndə onun əlini sıxmaq üçün ayağa qalxdım.
- Salam. Tanışıq? - Mən soruşdum.
- Yox, siz məni tanımırsınız. Mən sizi isə çox yaxşı tanıyıram.
- Hardan? - Nə qədər nəzarətsiz olduğumun fərqinə varırdım, lakin bu dəqiqə bu mənim çox da vecimə deyildi.
O bir az sakit dayanıb üzümə baxdı.
- Adım Vasifdir. Sizə dünən zəng vurmuşdum. Yəqin oğlunuz sizə deməyi unudub.
- A yox - deyə düzəliş etdim - dünən demişdi.
- Əla o zaman. Bilirsinizmi, həyat yoldaşınız üçün heç də gec deyil.
- Nə?
- Onu həyata qaytara bilərik. Daha doğrusu ölməyinin qarşısını ala bilərik.
- Başa düşmürəm.
- Tanrı bu oyunu bunun üçün oynayıb. Biz buna öz aramızda period deyirik.

Yağış üzümə tökür və mən tədricən itirmiş huşumu yenidən qazanırdım. Kimsə inildəyirdi. Əvvəlcə qırıq səslər eşidirdim. Nəhayət gözümü açmaq iqtidarında olduğumu dərk etdim. Görmə dairəmdə sadəcə tutqun səma var idi. Başımı çevirəndə yerdə yıxılıb qalan Kamilənin bütün bədənini sıxaraq inildədiyini gördüm. Epileptik tutmaya bənzəyirdi. Lakin isteriya ürək getməsi də tam mümkün versiya idi. Diaqnozu aydınlaşdırmadan ilkin yardım etməyin çox fəsadlı nəticələri ola biləcəyini bilirdim. Epilepsiya və isteriya - hər iki psixi xəstəlikdə ürəkgetmə halının yaşandığından bunları bəzən bir birindən fərqləndirmək çətin olur. Lakin ortada çox önəmli bir nüans var ki, isteriya şüurlu şəkildə, daha çox diqqət cəlb etmək üçün olur. Məsələn isterik xəstələr yıxılacaqları yeri özləri seçirlər yıxılarkən zədə almamaq üçün. Epilepsiya isə beyində sinir impulslarının ani boşalması nəticəsində yarandığından bu zaman ürəyigedən şəxs şüurlu vəziyyətdə olmur. Bir patalogiya kimi epilepsiya ölümcül xəstəlik sayılmasa da bəzən tutma zamanı yıxılan şəxs aldığı zərbədən ölə bilər. Kamilənin tutmasının mənşəyinin hansı olduğunu yoxlamaq üçün göz refleksindən istifadə etməyi qərara aldım. Ayağa qalxıb ətrafda işimə yarayacaq nəsə tapmaq ümidi ilə boylandım. Yarpaq işimə yaraya bilərdi.
Yerdən kiçik bir yarpaq götürüb göz qapağını ehmalca araladım. Bəbək bütün sinir impulslarından kəsildiyindən bir küncə sıxılıb qalmışdı. Yarpağı gözünə yaxınlaşdıranda heç bir dəyişiklik olmadı. Əgər gözlərini sıxsaydı buna isteriya demək olardı. Və onda üzünə su tökmək, yaxud üzünü şillələmək effektiv ilkin yardım idi. Epilepsiyada isə belə eləmək xəstəyə ziyan vurmaqdan başqa bir işə yaramazdı. Əllərini qatlayıb başının arxasında cəmlədim. Böyrü üstə uzadıb ağız köpüyünün ağzının qıraqlarından axmasını tənzim etdim. Artıq öz köpüyündə boğulması mümkün deyildir. Geriyə sadəcə oturub ayılmağını gözləmək qalırdı. Epileptik tutmalar adətən iki dəqiqədən artıq sürmür.
Həqiqətən də Kamilə qısa bir müddət sonra özünə gələrək başını tutaraq ayağa qalxdı. Bir neçə saniyə ifadəsiz şəkildə məni seyr edib qəfildən soruşdu.
- O hara getdi?
- Kim? - Hesab edirəm bu sualı verməklə özümü dünyanın ən axmaq insanı kimi apardım.
- Əlbəttə ki, qatil. Az qala səni öldürəcəkdi. Əgər mən özümü vaxtında yetirməyib atəş açmasaydım təbii ki.
- Onu vurdun?
- Heyf ki, yox. Qaçmağı bacardı.
- Sonra?
- Xatırlamıram.
Mən çəkinə - çəkinə soruşdum.
- Epileptik tutman olduğunu anladın?
- Əlbəttə.

- Kamilə - hardansa Lütfünün səsi gəldi.
- Bizi axtarırlar - Kamilə mənə bunu deyib qışqırdı - burdayıq. Aşağı düşün.

Artıq yağış da yavaş-yavaş kəsməyə başlayırdı. Səmamızda günəş yenə öz şüasını bizə ötürürdü. Təəssüf ki, mənim vəziyyətimdə təkcə dəyişən səmanın rəngi idi. Taleyin hansısa amansız oyunu ilə alt- üst olan həyatım heç də yaxşılığa doğru dəyişmirdi. Yadıma xristianların müqəddəs kitabı olan İncildən ayə düşdü.
" Günəş altında yeni heç nə yoxdur "
Deyəsən bu ayə mənim vəziyyətimə çox yaxşı uyurdu.

Lütfü ilə Cavid çox həyəcanlı görünürdülər. Bizi uzaqdan görəndən qışqırmağa başladılar:
- Onu tapdıq. Onun evini tapdıq. Qatilin. Meşənin dərinliklərində bir köhnə qəsr var. İçinə girmədən gəldik ki, sizə xəbər edək. Nə də olmasa içinə girib ölsəydik sizə qəsrin yerini xəbər edən olmayacaqdı.
- Kaş içinə girərdiniz. Qatil onsuz da orda deyildi.
- Nə bilirsən? - Cavid soruşdu.
- Çünki burdaydı. Mənim həyatımı Kamilə xilas elədi.

Bir saat sonra onların dedikləri yerə ağacların arxasında gizlənib uzaqdan baxanda mən soruşdum:
- Siz qəsr buna deyirsiniz? Bu ki, bildiyimiz xarabalıqdı. Sınıq-salxaq bir bina.
- Hər nəysə - Lütfü kobudcasına rəy bildirdi - Kamilə indi sən get İlyasa xəbər ver. Yolu tanımaq məncə sənə çətin olmaz.
- Mən niyə xəbər verirəm? Bu qədər yolu bundan ötrü gəlmişəm məgər? Mehribanı xilas etməmiş burdan bura tərpənən deyiləm.
- Mehriban get. İşimiz üçün belə yaxşıdır.
- Dedim getməyəcəm.
- Kamilə...
- Yox
- Psixoloq sən bir şey de - deyərək Lütfü topu mənə ötürdü.

Mən üzümü Kamiləyə çevrilib danışmağa başladım.
- Kamilə bu gün əgər sən aramızda olmasaydın mən ölmüş olacaqdım. Aramızda hələki ən effektiv iş görən sən olmusan. - Gülümsədim.
- Hə - deyə o qısa cavab verdi.
- Burdan getmək istəmirsən, çünki dostunu xilas etmədə iştirak etmək istəyirsən eləmi?
- Hə.
- Bəzən döyüşmək üçün heç də döyüş meydanında olmağa ehtiyac olmur. Kənardan da mübarizəni apara bilərsən.
Sən əgər gedib İlyasa xəbər etməsən işləri bir az da çətinləşdirə bilərsən. Düşün, əgər biz bu gün ölsək digərlərinin bu yerdən necə xəbəri olacaq?! Əgər getmək istəmirsənsə mən gedib İlyasa xəbər verərəm. Amma bu meşələri və yolu sən daha yaxşı tanıyırsan.

Kamilə asta - asta başını tərpədim qərarını açıqladı.
- Mən gedərəm.

Buna psixologiyada " hə" metodikası deyilir. Müsahibini söhbətin əvvəlindən hə deməyə məcbur edirsən. Bunun üçün əvvəlcə onun razılaşacağı cümlələri qurursan. Beləcə müsahibin sonda sənin ana fikrinlə qeyri - iradi olaraq razılaşır və əməl edir.

Kamilə gedəndən sonra biz astaca binaya yaxınlaşmağa başladıq. Cavidin əvvəlcədən tapşırdığı kimi " bir, iki, üç " deyəndə özümüzü içəri atdıq. Hər şeylə qarşılaşmağı gözləyirdik, amma bircə bunla yox. Qarşımızda uzun ağ saçları və saqqalı ilə kitablarda gördüyümüz illüstrasiyalardakı Dədə Qorqudu xatırladan bir kişi dayanmış masadakı xəritələrə baxırdı. Əynində bəlkə də sonuncu dəfə yüz il bundan əvvəl geyindiyi paltar var idi. Bizi görən kimi danışmağa başladı.
- Yaxşı gəlmisiniz, baxın bura. İşıq sürətinin nə qədər olduğunu bilirsiniz? Qoyun mən deyim. İşıq hər saniyədə 300.000 km yol gedir. Bu sürətlə burdan Amerikaya saniyədə otuz dəfə gedib gəlmək olar. Bir işıq ili isə 10 trilyon kilometrdir. Bir fikirləşin 10 trilyon kilometr necə fantastik bir rəqəmdir. Yerdən ən uzaq bir planeti - Plutonu misal üçün götürək. Yerdən Plutona qədər olan məsafə yüzlərlə işıq ilinə bərabərdir. Yəni bu rəqəmin hələ heç riyaziyyatda düz- əməlli adı yoxdur. İndi bir fikirləşin bu sürətlə hesabladıqda Plutondan baxan bir müşahidəçi üçün Yerin yaranması və bir müddət sonra məhv olması bir neçə saniyə sürür. Məsələn belə bir hesablama sistemi ilə İsa peyğəmbərin doğulmasından indiyə kimi 3 saniyə keçib. Yəni zaman əslində bizim yer kürəmizdə milyon illərə bərabərdir. Obyektiv aləmdə bu sadəcə 3 saniyədir. Elə isə sual yaranır. Bəs bu qədər hadisələr bu üç saniyəyə necə sığır?
- Bunu bilmək nəyimizə lazımdır ki? - Mən heç nə başa düşməyərək soruşdum.
- Bu bütün suallara cavabdır. Bura haradı? Niyə burdayıq? Necə gəlmişik? Mən artıq hər şeyi bilirəm. Bütün kainatın şifrəsini açmışam.

Axır ki, suallarıma cavab tapacaqdım. Əgər indi susaraq ona baxdığım zamanımı itirməsəydim...

PeriodDonde viven las historias. Descúbrelo ahora