- Nə idi o səs? - Mən titrək səsimi bacardığım qədər düzəltməyə çalışaraq həyəcanla soruşdum. - Nə idi o səs? - İkinci dəfə soruşanda səsimi qaldırmışdım.
- Biz də bilmirik. Bu səs arada bir...Mehribanın qız olmağı heç vecimə də deyildi. Onun boğazından yapışıb yerə fırlatdım. Çənəsindən sıxaraq suallarımı sürətlə yağdırırdım.
- Mənə bax. Siz kimsiniz? Nə təşkilatısınız? Səsucaldanları hara quraşdırmısınız? - Əslinə qalarsa mən həmin məqamda heç də səsucaldan deməmişdim. Onun yerinə rus dilindən keçmə söz olan " kolonka " demişdim. Lakin indi başıma gələnləri yazarkən "səsucaldan" yazmağım daha məqsədəuyğun və düzgün hesab etdim.
- Nə səsucaldan? - Yəqin ki, onun da əslində " səsucaldan " demədiyini qeyd etmək artıqdır. Lakin hesab edirəm artıq qeyd etmiş oldum. - Bu səs səmadan gəlirdi.
- Doğurdan? - istehza ilə soruşdum - biz də bir qrup peyğəmbərik hə?Mehribanın döyüş sənətini bildiyini unutduğum üçün peşmanlıq çəkdiyim an məhz onda gəldi. Zira iki saniyə sonra qolum burulmuş şəkildə Mehribanın altında yatırdım.
- Qulaq as psixoloq - qızın səsinin hər cilvəsindən qəzəb yağırdı. - Biz hamımız sənin kimi bir gün gözlənilmədən burda ayılmışıq. Niyə başa düşmürsən ki, biz hamımız eyni gəmidəyik. Təpəmizdə duran hər kimdirsə əgər o sənin üçün təhlükəli olarsa hamımız üçün də təhlükəli olacaq.
- Aa burax məni - ağrıdan büzülərək xahiş etdim. Əslində kənardan baxan hansısa bir insan buna yalvarmaq da deyə bilərdi. Fəqət qürur və Eqo adlanan səbəbdən dolayı buna xahiş demək mənim daha çox xoşuma gələrdi.O qolumu buraxan kimi mən çevik davranıb onun altından çıxıb ayağa qalxdım.
- İndi sən mənə qulaq as Mehriban. Mən psixoloqam. İnsan beyninin necə işlədiyini və ona təsir etməyin yollarını hamıdan yaxşı bilirəm. Burda bizə hansısa yolla psixotrop maddələr qəbul etdirib hallüsinasiya görməyimizi təmin edirlər. Səsucaldanlarla ətrafa qorxunc səs yayıb fikrimizi qarışdırırlar.
- Bəs yaxşı burda düşüncənin reallaşması məsələsinə nə deyirsən? Bir neçə ay əvvəl mən kampda oturub kitabxanamızdan tibb kitabını oxuyurdum. Orda miqren haqqında oxudum və düşüncələrə daldım. Növbəti bir həftə başımın ağrısından yerimdən tərpənə bilmirdim.
- Adi İpoxondriyadır - deyə cavab verdim soyuqqanlılıqla - miqren haqqında oxumusan və düşünmüsən ki, görəsən məndə bu xəstəlik var?! Axtardıqca da tapmısan. Tapdıqca da şüuraltının oyunu ilə əlamətləri daha yaxşı hiss eləmisən. Ağrıyan başın olmayıb. Psixi amillərin təsiri ilə qıcıqlanan ağrı mərkəzi olub. Bunu belə izah edim- söhbət mənim elmimdən gedərdisə məni susdurmaq çətin idi. Həm də Mehribanın maraqla qulaq asmağı məni daha da ruhlandırırdı. Mən davam edirdim. - Beyində - hipotalamusda aclıq və susuzluq mərkəzi vardı. Nə qədər yemək yeyirsən ye, əgər aclıq mərkəzini elektrik cərəyanı ilə qıcıqlandırsaq sən yenə aclıq hiss edəcəksən. Eləcə də ağrı.-İpoxondriyaya bəzən " xəstəlik xəstəliyi " deyirlər. -İllər əvvəl tibb universitetində oxuyan və ipoxondriyadan əziyyət çəkən pasiyentimə izah etmişdim - Beləki belə insanlar məsələn xərçəng xəstəliyi haqqında oxuyur və ona bəyan olur ki, xərçəngli xəstələrinin başında ağrı olur. Bundan sonra özünün başı ağrayanda artıq o özünün xərçəng olduğunu düşünür. Və sonra axtarıb özündə bu xəstəliyin başqa əlamətlərini də tapır. Halbuki onun problemi məsələn adi yorğunluqdan doğan baş ağrısıdır. İpoxondriya əsasən tibb tələbələrində daha çox rast olunur. Səbəbi aydındır məncə. Tibb tələbələri hər gün xəstəliklərlə tanış olurlar və fikirlərində qorxunun yaranması normaldır. - Mən gülümsədim və sual verdim - Üçüncü kursda oxuyursan eləmi?
O heyrətlə soruşdu :
- Hə amma hardan bildiniz?
- Təəccüblənəcək bir şey yoxdu - deyə cavab verdim - sadəcə mənim Tibb Universitetində oxuyan dostum var idi və o mənə bir dəfə necəsə olub demişdi ki, xəstəlikləri üçüncü kursda keçirlər.Düşünürəm ki, Mehriban mənim izahımı kifayət qədər ağlabatan hesab etmişdi. Çünki səssizcə gedir və məni də arxasıyca Leylanın qatilinin yanına aparırdı. Lakin artıq mən düşünməyə başladımışdım ki, böyük ehtimalla qatil artıq çoxdan oyanıb və qaçıb. Lakin həyəcanımı içimdə tutmağa çalışırdım.
- Mehriban - deyə yol yoldaşıma səsləndim - dünən buranın cənnət olduğunu düşündüyünü demişdin.
- Hə - dedi amma bu razılaşma mənasından daha çox " söhbəti hara gətirirsən " anlamını verirdi.
- Elə isə o qatilə qoşulub niyə burdan qaçmaq istədin?
O üzümə baxdı və sakit tərzdə dedi :
- Hər şeyə burnunu soxma.Mən irəli baxıb gedərkən eyni zamanda da danışmağa başladım.
- Bilirsən əslində bax bu sirlərdir mənim güvənsizliyimin səbəbi. Hərəniz bir söz danışırsınız. Kimə inanacağımı bilmirəm.
- Sən sadəcə skeptiksən - o bəlkə də haqlı olaraq öz rəyini bildirdi.
Skeptizm fəlsəfəsi hər şeyə şübhə ilə yanaşan insanlara aid edilir. Ancaq bunu heç kimə inanmayan və hər kəsdən özünə qarşı pislik gözləyən paranoyaklarla qarışdırmamaq lazımdır. Skeptik insanlara sadəcə olaraq söz kifayət etmir. Onlar nəyəsə inanmaq üçün tutarlı əsas axtarırlar.
- Mehriban xahiş edirəm mənimlə dürüst ol.Bax bu an bayaqdan bəri mənlə yanaşı gedən Mehriban yerə yıxıldı. Mən onun üstünə əyiləndə sinəsindən tünd qırmızı rəngli qan axırdı.
- İndi mənə inandın psixoloq? - Dedi çətinliklə o.
Mən qarşıya baxanda orda - uzaqda ağacların arxasında əlində patronlu səsboğuculu tapança tutmuş kapüşonlu qatili gördüm. Aman Allaha! Bunu necə nəzərə almaya bilərdik. Mehribanın zərərsizləşdirdiyi qatillə bağlı iki ehtimal var idi. Birincisi hələ də huşunu itirmiş vəziyyətdə yatır, ikincisi isə ayılıb və qaçıb. Amma hər şeydən göründüyü kimi üçüncü ehtimal da var idi. Oyanıb və bizi gözləyib. Mehriban aldığı yara ilə artıq zərərsizləşdirilmişdi. Növbə məndə idi. Bu dəfə nişangahda mən var idim.Evə gedərkən eləyəcəyim işin çətinliyini basqın şəkildə öz üzərimdə hiss edirdim. Oğluma yəni Ömərə anasının ölümü ilə bağlı həqiqəti açmalıydım. Bunu necə edəcəkdim?! İndiyə qədər uşağın başını anasının onun nənəsigildə olduğu ilə bağlı yalanla aldatmağı bacarmışdım. Hərçənd ki, anasına bağlı Ömər Leyla ilə heç olmasa telefonla danışmaq istəyini dəfələrlə dilə gətirsə də hər dəfəsində söhbəti yayındırmağı bacarmışdım. Ömərin anasına bağlılığını anlayırdım. 3-6 yaş aralığında oğlan uşaqları anasına qız uşaqları isə atasına bağlanır. Buna ilk sevgi də demək olar. Məşhur psixonevroqolist və həmçinin psixoanalizin banisi Ziqmund Freyd bu halı elektro edip kompleksi adlanırdı. Hətta bu yaş dövründə uşaq anası ilə atasının yanaşı oturmasına belə dözə bilmir və onların aralarına girir. Yaxud oğlan uşaqları dəfələrlə atasının yanında anasını öpür. Uşaqlıqda görünən bu hal gələcəkdə də onların psixoseksual inkişafına təkan verir. Beləki qızlar atası kimi oğlanı, oğlanlar da anasına ən çox bənzəyən qızı sevir. Və belə tapışan cütlüklərin ailə həyatı daha uğurlu olur.
Qapını öz açarımla açıb içəri girəndə Ömər televizorun qarşısında oturub the smokes cizgi filminə baxırdı. Hər nə qədər bu cizgi filminin kommunizmi təbliğ elədiyini və keşiş paltarı geyinən, əzrayıl adlı pişiyi olan zalım Qavqamelin simasında dini uşaqların şüuraltısına qəddar kimi yeritdiyinə bilməyimə baxmayaraq son günlər oğlumu belə subliminal mesajlar verən cizgi filmlərinin qarşısından çəkmirdim. Nəylə olmasına baxmayaraq uşağın başının qarışmasının ancaq faydası vardı. Mən divanda oturub oğlumu yanıma çağırdım.
- Ömər - dedim - bizi Allahın yaratdığını bilirsən?
Oğlum başını tərpədib ağıllıcasına dedi:
- Hə onun cənnəti də var.
Bu yerdə hələ oğluma cəhənnəm barədə danışmadığım üçün özümdən razı qaldım.
- Allah bizi yaradır və Cənnətdən qat qat pis olan bu həyata göndərir. O hərdən bizim bəzilərimiz üçün darıxır və yenidən onu öz yanına- Cənnətə aparır. Dünən də sənin ananı aparıb - dedim gülümsəməyə çalışaraq.
Lakin Ömərin sifətinin tutulduğunu gördüm və sual verdim:
- Nədir, yoxsa sevinmirsən? Anan cənnətdədi ee. Ora çox gözəl yerdi.
- Daha gəlməyəcək? - Oğlum soruşdu.
- Yox, biz bir müddət sonra ora gedəcəyik.
- Nə vaxt? - Deyə o yenə sual verdi.
- İşlərimi qaydaya salım gedərik, yaxşı? - Hesab etdim ki, bu cümlə onu oyalamaq üçün düzgün seçilmişdi.
Ömər gülümsədi və bir az fikirləşib dedi :
- Ata bayaq bir adam zəng vurmuşdu. Səni istəyirdi.
- Adını soruşdun?
- Hə adı Vasif idi. Vasif.