Epiloq

273 27 35
                                    

Venesiya, San Marko meydanı, saat: 21:30

Bura dünyanın ən gözəl meydanlarından biri hesab edilir. Burada San Marko və ya Müqəddəs Mark bazilikası, həmçinin Torro dell'orologio adlı saat qülləsi kimi möhtəşəm abidələr ucaldılıb. Buranı Napoleon " Avropanın qonaq otağı " adlandırmış, Hemenquey burada verilən kofenin dadının doyulmaz olduğunu bildirmişdi. Tarixin və tarixi dahilərin şahidi olan bu meydanda bu gün incə ruhlu venesiyalıların konsertləri, festivalları, müxtəlif orqanizasiyaları olur. Bir gün bura yolunuz düşsə açıq hava altında əyləşib klassik musiqidən həzz almağı unutmayın. Bu məkan Venesiyanın siyasi və dini mərkəzi olmaqla yanaşı turistlər üçün müxtəlif dükanlar, moda markaları və muzeylər məkanıdır. Axşamlar Adriaktik dənizinin küləyi meydanda dincələn əhalinin dərisini və göyərçinlərinin tüklərini sığallayır. Nə də olmasa Venesiya 400 körpü ilə birləşdirilmiş 118 adada salınan şəhərdir. Lakin bədbəxtlikdən hesablamalara görə bu gözəl şəhər yaxın 50 il ərzində su altında qalacaq. Okeanın və dolayısı ilə dənizin su səviyyəsinin qalmağı ikinci bir Atlantida faciəsini yaşada bilər.

Və artıq mən də burdaydım. Hər şey bir an içində baş verdi. Mən gözlərimi yumdum və açdım. San Marko meydanının şimalında yerləşən Müqəddəs Markın qülləsinin altında oturmuşdum.  90 metrlik bu qüllənin başından nəinki bütün meydan hətta bütün Venesiya və öz böyük sonsuzluğu ilə dəniz görsənir. Burada yerləşən kilsə zəngləri çalınan zaman qulaqlarınızı tutmadan altında dayansanız kar ola bilərsiniz.
Yanımda sevgililər oturub şirin- şirin söhbət edirlər. Qarşımda turistlər Banqladeşli mühacirlərdən aldıqları yemlə göyərçinləri yemləyir. Solda orkestr Love Storyni ifa edir. Və mən yavaş-yavaş anlayıram.

Mənim başıma gələnlər heç vaxt baş vermədi. Hər şey yalandır. Mən bu meydanda belə deyiləm. Çünki mən yoxam ümumiyyətlə. Mən heç vaxt olmadım. Məni sadəcə bir yazıçı yaradıb. Mən sadəcə fantaziyanın inikası olan bir romanın baş qəhrəmanıyam. Mənim elədiklərim və başıma gələnlər məni yaradanın düşüncələridir. Mənim iradəm belə yoxdur. Məni o idarə edib. Aldığım qərarlar, keçirdiyim hisslər. Hər şey onun işidir.
Başımı əllərimin arasına aldım. Düşünmək olar. Mən sadəcə bir yazıçının təxəyyülünün məhsuluyam. Bəs siz?  Siz və sizin həyatınız hansı yazıçının ideyasıdır?

                         ~ Son ~

PeriodWhere stories live. Discover now