Doqquzuncu dairə

358 46 30
                                    

Bura necə gəldiyimi bilmirəm. Hardan başladığım və harda bitdiyim naməlumdur. Bütün real olan qanunları nəzərə alaraq belə bir qənaətə gəlmək mümkündür ki, iki güllə yarası alan bir insan olaraq bu qədər sağlam olmaq heç də normal deyil. Amma mən bir ağacın altında ona söykənərək oturmuşdum. Mənə iki atəş açılandan həmən sonra. Sanki yuxudan ayılmışdım. Mənə atəş açılır və mən ağacın altında yatarkən gördüyüm yuxudan ayılıram. Lakin dirsəklərimdə və ayaqlarımda gördüyüm yaralar, həmçinin torpaqda olan uzun izlər bura sürüdülərək gətirildiyimin qənaətinə gəlməyimi tənzim etdi. Yavaş-yavaş atəşdən əvvəl olanlar yadıma düşdü. Mənə qatil iki dəfə atəş açdı. Lakin keçmişi yada salarkən onun əlində tutduğu tapançanın patronlu silah yox yuxu tapancası olduğunu xatırladım. Bunu unuda bilməzdim. Unutma halı ümumiyyətlə psixi cəhətdən mümkün deyil. Bizim əslində nəyisə xatırlamamağımız onu unutduğumuz mənasına gəlmir. Sadəcə olaraq biz məlumatı uzunmüddətli yaddaşdan çıxara bilmirik. Unutma halını biz nə qədər xoşlamasaq da o əslində bizi qoruyan yaxud beynimizi əlavə gərginlikdən xilas edən bir hafizə prosesidir. Biz müvafiq zamanda bir şeyi unutduğumuzu sanırıq, lakin əmin ola bilərsiniz ki, əgər panikaya düşməsəniz o sizə lazım olduğu an yadınıza düşəcək. Bunu windowsdakı zibil qutusu olaraq düşünün. Biz lazım olmayan faylları zibil qutusuna atırıq, lakin onlara ehtiyac yarananda asanlıqla zibil qutusundan işçi stola qaytara bilərik. Hafizə məlumatın yadda saxlanılması, hifz olunması və təkrar yada salınmasına deyilir. Yaddaşın üç növü vardır. Qısamüddətli yaddaş, operativ yaddaş və uzunmüddətli yaddaş. Biz müəyyən bir məlumatı öyrəndiyimiz zaman o əvvəlcə qısamüddətli yaddaşa gedir. Burda informasiyalar təhlil olunur, lazımsızlar atılır, lazımlılar isə uzunmüddətli yaddaşa keçir. Bəzən informasiya çox olduqda beyinimiz götürmür. Çünki qısamüddətli yaddaşın həcmi bitmiş olur. Bu vaxt ara verib məlumatın uzunmüddətli yaddaşa keçməsini və qısamüddətli yaddaşın boşalmasını gözləmək lazımdır. Daha sonra yenidən informasiyalar qəbul eləmək olar. Hətta psixologiyada reminnesesiya adlanan hadisəyə görə yadda saxlamadan həmən sonrakı yada salma və ya təkrar daha az effektiv olur nəinki bir az vaxt keçəndən sonra olan yadasalma. Operativ yaddaş isə bizə müəyyən lazım olan məlumatı uzunmüddətli yaddaşdan tapıb bizim istifadə edə biləcəyimiz qısamüddətli yaddaşa gətirir. Burda qısamüddətli hafizə bir növ filtr rolunu oynayır. Beləcə artıq siz bilirsiniz ki, necə oldu ki, mən hadisənin baş verdiyi zamanda qatilin əlində tutduğu tapançaya diqqət etmədiyim halda onu yada salarkən tapançanın yuxu tapancası olduğunu anladım.
Ağacın altından ayağa qalxdım. Bura hara idi? İndi qaçmaq istəyimin məqsədi əvvəlki həyatıma dönməkdən daha çox həyatımı xilas etməkdən ibarət idi. Meşənin ortasında dayanaraq oriyentasiyanı təyin etməyə çalışdım. Görəsən hansı tərəfə getsəm xilas ola bilərdim? Hansı tərəfə getsəm bir az da meşənin dərinliklərinə irəliləməzdim. Sanki bu an tanrının bir işarəsi kimi ağacların o tayında bir xışıltı eşitdim. Çevrildim, lakin heç kimi görmədim. Bu bütün düşüncə tərzimə qarşı olsa da Cavidin dediklərini sınamaq qərarına gəldim. O necə demişdi?! " Burda düşüncələr reallaşır ". Diz çöküb gözlərimi yumdum. Xəyalıma gətirirdim ki, burda deyiləm. Normal həyatımı yaşayıram. Gözümü açacam və görəcəm ki, evdəyəm.

- Coşqun .... - Polis rəisinin səsi məni fikirlərdən ayırdı - sən yaxşısın? Deyəsən fikrin dağılmışdı.
- Vüsal mən - o mənim uşaqlıq dostum idi. Mən iş yerimə olan hücumla, həmçinin Leylanın qatili ilə bağlı məsələdə ancaq ona güvənə bilərdim - yaxşı deyiləm. Səndən xahiş edirəm qatili tap.
- Coşqun bax, bilirəm sənə çətindir - o öz kreslosundan qalxaraq mənim qarşıma keçdi - lakin təmkinli olmalısan. Sənin vəziyyəti səndən də çətin olan bir uşağın var. Ona dəstək olmalısan.
- Bilirəm Vüsal, bilirəm - gözümdən süzülən əzabı utancaqlıqla sildim. Nə də olmasa bir kişi olaraq göz yaşlarımı kiminsə görməsini istəməzdim. - Mən ona dəstək olacam əlbəttə. Amma... Başa düşürsən? Psixoloq olmaqla deyil. Mən də özümü itirmişəm, dəstək axtarıram.
- Mən varam - qardaşyana şəkildə qeyd etdi - Vüsal səni uşaqlıqdan tanıyıram. Fikirləş, biz neçə ilin dostlarıyıq. Əlbəttə bu çətin günlərdə həmişə sənin yanında olacam.

Lənət olsun qürura və kişilik kodeksinə. Vüsalı qucaqlayıb ağladım.

Onun yanından çıxandan sonra sahilə endim. Dəniz öz səssizliyi ilə süzülürdü. Bir vaxtlar bura Leylayla gələrdik. Sürahidən tutub, irəli - mavi ləpələrin ənginliklərini seyr etməyə başladım. Həqiqətən son iki gündə gözlərim heç qurumurdu. Necə də ola bilər ki? Sevdiyim qadını itirmək bir yana, köksümə şiddətli ağrı verən bir vicdanım da var idi. Son günlər onu çox incitmişdim. Və böyük ehtimalla o mənim iş yerimə də bu səbəblə gəlmişdi. Aranı düzəltmək üçün. Akabinində isə mən onun ölümünə səbəb oldum.
Siz vicdanınız əzabının nə olduğunu bilirsinizmi? Dünyadakı bütün əzablardan daha ağrılı, daha qorxuncdur. Bütün həyatınızı alt üst edər. Gecə yuxularınız qaçar, gündüzlər dincliyiniz. Güzgülərdə öz əksinizdən belə qaçarsınız. Vicdanın danışmaşı belə bir şey. Ona qulaq asmaq cəsarət tələb edir. Cəsarət yaxşı şeydir. Amma və lakin vicdanla birləşdikdə axmaqlığa çevrilir.
Siz istəmədiyiniz, sizin üçün ağır nəticələri olacaq bir hadisəni belə törədə bilərsiniz əgər vicdanla cəsarət birləşərsə.
Bütün bunları düşünərkən bir anlıq içimdən özümü dənizə atmaq keçdi. Amma evdə məni gözləyən canımdan bir parçanı xatırlayıb dayandım.

- Əhəmiyyəti yoxdur. Bu axmaqlıqdı - Mehribanın səsini eşidən kimi gözlərimi açdım. Məkan dəyişməmişdi. Mən hələdə meşədəydim. Və əslinə qalarsa bunun əksini ehtimal edəcək qədər axmaq olduğum heç vaxt ağlıma gəlməzdi.
- Mehriban... - Ayağa qalxaraq qorunmağa çalışdım. Nə də olmasa az əvvəl mənə düşmən mövqedə olduğunu sübut etmişdi.
- Məndən qorxma, sənə ziyan vurmayacam.
- Sənin əvəzinə bunu dostun edə bilər. Yuxu tapancası ilə mənə atəş açdığını kimi.
- O məni aldatdı Coşqun. Səni onun yanına aparsam əgər məni burdan qaçıracağına söz verdi. Amma səni yuxulatdıqdan sonra cibindən çıxardığı bıçaqla üstümə gələrkən aldadıldığımı anladım. Onu bayıldıb qaçdım. Nə də olmasa o biri həyatımda peşəkar cinayətkaram - o bunu deyib göz vurdu -Yeri gəlmişkən səni də qaçırdım.

Əslində dedikləri uyğun gəlirdi. Psixoloq olmağım düzgün analiz etməyimə kömək edirdi. Yalnız bir qadının qaçıracağı təqdirdə mən sürüdülə bilərdim.
- Məni neynirdiki o?
- Psixoloq olmağından faydalanacaqdı. Kampdakılara təsir etmək üçün. O bizim düşmənimizdir.
- O eyni zamanda Leylanın da qatilidir. - Bu birdən ağlıma gəldi - Mehriban indi onu atdığın yerə gedə bilərik? Mənim onla işim var.
- Əlbəttə gedə bilərik. Amma nəzərə al ki, menim onun öhdəsindən gəlməyim o demək deyil ki, o zəifdir.
- Xətrimə dəyirsən - gülümsədim - Məni daşıyarkən sənə çox yüngül gəldim?

***************************

Meşənin içi ilə irəliləyirdik. Allaha dua ederdim ki, o qatil ayılıb qaçmasın. Nə də olmasa üstündən bir xeyli vaxt keçmişdi.
- O biri həyatını görürdün? - Qəfil Mehriban soruşdu.
- Nə? - İlk əvvəl heç nə başa düşmədim.
- Mən gələrkən. Rəngin qaçmışdı.
- Hə, bura gətirilməzdən əvvəl sizinkilər tərəfindən öldürülən dostumu gördüm. Yetərincə sağlam idi.
- Normaldır. Bu arada dostunu bu insanlar öldürməyib.
- Necə yəni? Onlar öldürdü. Məni də öldürmək istədilər lakin...
- Sonra fikirlərini dəyişdirib bura gətirdilər eləmi? - İstehza ilə cümləmi tamamladı. - Belə deyil Coşqun. Səni öldürmək istəyən indi yanına getdiyimiz həmin adamdı. Niyəsini bilmirəm. Amma odur. Bu insanlar isə səni bura gətirməklə xilas etdilər.
- Kimdir bu adam?
- Mən də çox şey bilmirəm. Amma görünən odur ki, çox da yaxşı insan deyil.

Elə o an bütün meşədə bir səs - daha doğrusu yüksək tonlu pıçıltı yanğılandı.

" Yox. Kömək... Mən istəməzdim belə olsun. Yalvarıram. Hər şey dəyişsin. Mən dözə bilmirəm "

Bütün bədənimdəki tüklər ayağa qalxmışdı. Çünki səs səmadan gəlirdi.

PeriodWhere stories live. Discover now