19 bölüm

60 3 0
                                    

Və əsəbləşib qalxar çarpayıdan qadın. Dağınıq çarpayıda oturar. Sanki hisləri ölüb. Susar, danışmaz. Anidən qalxar, vanna otağına keçər. Aynada əksinə baxar. Bir günə bu qədər dəyişdiynə inanmaz. Ağlamaqdan şişmiş gözlər, dodaqlar çat-çat olmuş. Gözlərindəki gözəllik itmiş. Su vurar üzünə, əlindəki yaranı xatırlayar. Nə bir şey yeyər, nə içər.. Rahat bir şeylər geyinər. Dağınıq saçujarını toplar. Musiqi qoyar - "Ирина Дубцова - я к нему поднимусь в небо", yüksək səsdə, qulaqcığı taxar. Əlini sarar, keçər qum torbasının qarşısına. Vəə.. dəli kimi vurmağa başlar. Yumuruq, təpik, içindən: "sən getmişdin? Sən tərk etmişdin? Sən xəyanət etmişdin, Sən hə sən əclaf!! Ağlayaraq çökər yerə, əli qanamışdı. Bəs ruhundakı yaranı kim saracaqdı? Heç kim. Hayqırar adını, hər bağırışında qoparar onu canından. Boğazında düyümlənən xəyal qırıntıları boğar onu. Qalxar ayağa, qayçı alar əlinə, topladığı saçlarını açar, acı gülümsəyərək kəsər saçlarını. Tel-tel ümidləri tökülər ayaqları altına. Əzər keçər üstündən. Kar olumuşdu hisləri sanki. Telefonda şəklinə baxar, toxunar üzünə, gülüşünə. Axı sən çoxdan toxunmuşdun onun qəlbinə.. "Əclaf kimi güLmə üzümə, ağlıyarkən mən" - deyib çırpar telefonu güzgüyə. Güzgü cilik-cilik olar. Yarım bir parça alar əlinə, üzünün yarısına tamaşa edər. Mən sənə inanmışdım deyə təkrarlayar adını. Ağlamaqdan yaş quruyar artıq gözündə. Heç nə yox da, dəyərsiz etməyin yandırmışdı canını. Ən yaxın dostu msj yazar qadına, "üzülmə, yanındayam", amma qadının başa düşülməyə ehtiyacı vardı. Oğurlanmış xoşbəxtliyin geri istiyirdi. Buna görə kinlənmişdi. Bacarmıyacağın anladı, qəlb qırıqları kəsmişdi ruhunu. Vaz keçdi həyatdan. Bu məktubu yazdı, vidalaşdı cümlələrlə. Sözləri saxlaya bilmədi göz yaşlarını. Hecalarda nifrət etdirdi artıq səndən.. 3 hərfə sığdırdığı həyat "SƏN" qadını bitirmişdin. Və sonda, "bu dünya və o sizə qalsın" - deyib, bitirdi hekayəsin.
Özündən sonra heçnə qalmasın diyə sildi, topladı hər şeyi. Artıq tam hazır idi tərk etməyə bu şəhəri və səni. Paçkadan təzə levza çıxartdı. Duşu açdı, üzünə toxunan su damcılarında belə, sənə inandığı üçün məhv olurdu. Və bir kəsik, iki kəsik və kəsiklər. Halsızlaşar qadın və yumar gözlərini. Əlində isə yazdığı məktub. Qırmızı qan, qırmızı gül.
Və sən. Peşmanlıq, qəhər və utanc hissi, boğacaq səni. Uzaqdan sevə bilmədiyin qadının məzarına yaxın olmaq məhv edər səni. Çünki artıq o qadın tərk etmişdi səni..

YazıWhere stories live. Discover now