8 bölüm

66 3 0
                                    

Yenə qaranlıq gecə çökmüşdü qadının üzünə. Qara gözlərindən qara idi gecəsi. Qalın geyinmişdi, yorğanı çəkmişdi üstünə. Sabun qoxan əllərini üşüyürdü, nəfəsi ilə isidirdi. İçinəki narahatlıq onu sıxırdı. Birdən bir adam toxundu qadının çiyninə, boynunu qoxladı, saçlarını toplamışdı qadın. Qadın udquna bilmirdi, boğulurdu. Adam onu öpməyə başladı, iyrənirdi dodaqlarından, qarşılıq vermirdi. Sinəsindən itələsədə gücü yetmirdi onu üstündə atmağa. Gücü yetmiyəcəkdi bu təcavüzü unutmağa, "İstəmirəm, yorğunam, çəkil"- diyə qadın təkid edər. Əri ona: "sənə nə olub axı, məni niyə istəmirsən?!!"- diyə acıqlanar, qolundan tutub sıxar. Zorla qadına sahib olar o gecə. Qadın yavaşca ərinin qulağına: "mən o'nu sevirəm" - diyər, amma eşitməz adam. O an damcı-damcı yaş süzülər qadının gözündən. Adamın ruhu duymaz. Əlləri əsər, dodaqları titrəyər, gecə qarası gözlərinə bulud olan kipriklərindən yağmurlar yağar. Bədənindən iyrənən qadın ölümə adım-adım yaxınlaşar. Artıq günəş çıxmayacaqdı, nur saçmayacaqdı üzünə, göyqurşağı kimi rəngbərəng gülüşlərlə aldadacaqdı ətrafında olan hərkəsi. Ağlamaq təmizləyəcəkdimi ruhunu? Məcbur edildiyi həyat ondan xoşbəxtliyini almışdı. Sevdiyi adama hər zərrəsinə kimi sadiq qalmağa çalışan bu qadın ölürdü artıq. Əzab onu məhv edirdi. Ərinə baxanda sevdiyin üzü getmirdi gözünün önündən, unutmaq istəyirdi, bacarmırdı. Verdiyi sözlər onu həyatda saxlayırdı, amma bir gün hər şey bitəcəkdi. Bu dəfə qadın yox da, qadın üçün ağlayacaqdılar. Peşmanlıqlar müsiqi kimi vicdanlarını titrədəcəkdi, amma gec olacaqdı. Məcbur həyat verilən bu qadın artıq azad bir mələk idi. Qanad çırpıb ruhu göylərdə, hər gəcə səssiz öpəcəkdi anasının saçlarından və aşiq olduğu adamın nəfəsindən..
Və günlər, aylar, illər keçəcəkdi. Qadının məzarına gömdüyü eşqi dəyişməyəcəkdi. Hər bahar başucundaki qızılgül tumurcuqlayacaqdı. Anasının bəmbəyaz saçı kimi ağ buludlar isladacaqdı, torpağını. Günəş saçacaqdı qurudacaqdı torpağı yenə. Sevdiyi adam əlində balaca Mələyin əli ilə ziyarətə gəlib, dualar oxuyacaqdı, darıxanda ruhuna qadının..

YazıWhere stories live. Discover now