22 bölüm

93 3 0
                                    

Məzarlıqmı? Mən qorxmuram ölülərdən. Neçə cəsəd dəfn etmişəm mən ürəyimdə yoxdu xəbəriniz. Çürümüş bədənlərin, üfunət iyindən iyrənmirəm. İyrənirəm hələdə gülə bilən insanlardan, vicdanların aldırıb, pislik edən, kürəkdən vuran, şər danışan, iki yox, min üzlü insanlardan. Qorxmuram ölülərdən, qorxuram mən gəzən insanlardan. Qorxmuram ruhları havada, vücudları torpağa qovuşanlardan. Mənim gözlərimdən atlayıb düşənlərdən, mənim sözlərimdə dibə çırpılanlardan, qaranlıq gecədən, kimsəsiz otaqdan gələn səslərdən, aynadakı əksimdən qorxmuram. Qorxuram vicdanımın xışıltısından, beyimi kar edən suallardan, yenidən insanlara inanmaqdan, ümid edib, yarım qalmaqdan, xəyal qurub, dağılmaqdan, nəfəs aldığım halda ciyərlərimin qanla dolmasından qorxuram. Mən ölməkdən yox, yaşaya bilməməkdən qorxuram.

YazıHikayelerin yaşadığı yer. Şimdi keşfedin