11 bölüm

90 1 0
                                    

Sən sədəcə mənim yazdığım sözlərdən ibarət idin. Şeir etmişdim mən səni. Çox yüksəklərə qoymuşdum. Hər dəfə uçurumun kənarına gəlib, sənə qıymadığımçun özümü atmışdım. Anladım, canın yanmasın diyə atlamağıma göz yummuşdun. O gün mən sağ qaldım, amma sən mənimçün öldün. Gömdüm səni şeirlərimin ən dərininə. Şairliyi buraxdım, şeirə tövbə etdim. Peşəmə xəyanət edər kimi, ilk kitabımı zibil qutusuna atdım. Sənə aid etdiyim hər kəlmənin altın cızıb, adının üstündən xətt çəkdim. Mən sevməmişdim, çox güvənmişdim. Artıq bu qələmə də ehtiyac qalmamışdı. Çünki səni yanlış yazmışdı sətirlərə. Sözlərin sehrinə aldanmışdım, səni olduğun kimi yox, gördüyüm kimi yazmışdım. Məyərsə ucsuz-bucaqsız uçurum olan sənsənmiş. Sən demə, çoxdan atlamışam aşağıya və ölmüşəm. Bitdi deyirsən, amma səni heç unutmağımı istəmirsən. Həm özləyənim, həm gözlüyənim, həm də sevənim olsun istəyirsən. Acı çəkməyim, sadəcə dəli kimi sevilmək istəyirsən. Çünki sən eqoistsən. Bəli eqoist. Bir eqo varki, səndə bütün ac insanların qarnını doyurmaq olar, amma artıq bitdi. Qəlbimi yox, güvənimi qırdın sən. Bu sözləri yazarkən belə heçnə hiss etmirəm. Məyərsə ürəyimdə yox, güvənimdəsənmiş. Çətin olar unutmaq sandım, amma gözümdən düşmək buna bəs edirmiş. Xəyal belə qurmuram artıq. Sən yoluna, mən yoluma. Kəsdirmədən get sən, tez get. Sevgivin ruhuna fatiha verdim, şeirlərinə baş sağlığı ver də get. Sevmirəm səni, istəmirəm daha. Bu dəfə dinim-imanıma and olsun ki, çıx "Get"..

YazıHikayelerin yaşadığı yer. Şimdi keşfedin