14 bölüm

86 2 0
                                    

Tango eşqdir, eşq də mənəm. Hərkəs tango edəməz, etsə belə fərqlənməz, sıradan rəqs etmiş olar. Seçilmək lazımdı. Bir qadının ayaqlarından öncə ruhu rəqs etməlidi. Körpə sərçə kimi qanad çırpmalıdı. Bir qadın çox kişilə rəqs edə bilər, amma yalnız bir adamla həqiqətən tango edər. Aşiq olduğu adamla. Çünki tango eşqin rəqsidir. Musiqini bütün ruhunla hiss edərsən. Tutqu, ehtiras və eşq. Onun gözlərinə dalıb, hərkəsi unudarsan, zaman dayanar. Kəmana sərt toxunan yay nəbzinlə bir vurar. Öz qanadlarına yox da, onun qollarına güvənərsən. Ayaqlarını, addımlarını sağlam atar, əsla yanılmaz. Bir yaxınlaşıb, bir uzaqlaşarsan. Bir gedib, bir gələrsən. Bizim kimi, eşq kimi. Vazkeçə bilməzsən. Hərkəsdə heyranlıqla sizi izləyər. Filmdə deyildiyi kimi: "Tango həyata bənzəməz, çünkü onda səhv olmur." Aşiq olmayan biri, heçvaxt tangodan həzz ala bilməz və onu hiss etməz. Çünki bütün ruhunu çılpaqlığı ilə ortaya qoyar. Tangoya aşiq bir qadının, tək aşiq oluğu musiqidir "Por una Cabeza", bir də sən. Öyrənmədən gəlmə sevgilim..

YazıWhere stories live. Discover now