5 bölüm

111 1 0
                                    

Mən əvvəl heç belə hiss etməmişdim, yad idi bu duyğu mənə. Şəhərdə böyük qarışıqlığın ortasında, sanki tək mən varammış kimi hiss etməyim, sol çiyinimlə gözünü dikmiş oğlanların arasından heç yoxmuş kimi yarıb keçməyim. Əvvəldən olsa bir qəribə olardım, ya da mən də, şorgözlük edərdim, amma artıq bunu bacarmırdım. Gözlərim axtarırdı olmadığın yerlərdə səni. Bəlkə təsadüfən qarşılaşarıq, təəcübdən gözlərini bərəldərsən, baxmağa utanaram, həyacandan əlim ayağıma dolaşar, gülüşlərimi gizlədərəm dodaqlarımdan. Mümkün olsa ürəyimi söküb qoyardım sinənə, hərkəsi boş verib sarılardım boynuna, tütünə və parfümünə qarışan, yanlız sənə məxsus olan qoxun hopardı üstümə, yadigar qalardı səndən mənə. Bunu düşünmək belə anlıq bir göz qırpışına bənzəyirdi.Hər baxdığım üzdə sənin cizgilərini axtarmaq sadəcə 2-3 saniyəmi alırdı. İlk dəfə Bakı gözümə bu qədər böyük görünürdü. Külək dörd bir tərəfdən yoxluğunu üzümə vururdu. Bu səs-küyün içində kar olmaq, sadəcə səsini onlarca, bəlkə yüzlərcə insan arasından axtarmaq nə idi görən, axmaqlıq? Heç unutmaram səsinin rəngini, gülüşünün çəhrayısını, baxışlarının qarasını. Məni bu qədər dəyişən, gözümü kor, qulağımı kar, dilimi lal edən nə idi? Heç şüpəsiz sən! Uzaqlardan bir musiqi gəlir aram-aram, bunu yalnız mən eşidirəm. Arxa-arxaya dönüb qarşıya baxmadan getmək. Mən, sən və xəyalın. Tutun əlimdən, gedək bu şəhərdən..

YazıHikayelerin yaşadığı yer. Şimdi keşfedin