2 bölüm

107 1 0
                                    

Elə status yazacam ki, başqasına dəb sənə dərd olacaq. Oxumağa qorxar olacaqsan. Qaçmaq istəyəcəksən, unutmaq, heç xatırlamamaq. Sanki heçnə olmamış kimi davranmaq. Alınmayacaq! Bezəcəysən canıvın yanmağından, yorulacaqsan axmaq kimi darıxmaqdan. Əl-ələ gəzən sevgililər görəndə əyəcəksən başıvı aşağı. Həsəd aparacaqsan. Laiq olmayanlar, ehtiraslarına güc gələ bilməyənlər "sevgi" deyib dad döyəndə, "niyə mən?!" - diyə isyan edəcəksən. İki kəlmə sözüm yetəcək qəlbivi qırmağıma, toplayacaqsan o qırıqları mənə batıb incitməsin diyə. Nə etsəmdə bağışlayacaqsan, amma unutmayacaqsan. Hər yadına düşdüycə yox olmaq istiyəcəksən. Nifrət edəcəysən hər şeyə, hətda mənə də. Gözlərin dolacaq bir anlıq, yox səndə ağlayan sifət yoxdu, ürəyin sıxılacaq, əsəbdən partdıyacaqsan. hələ bu harasıdı? Zaman dayanacaq, keçməyəcək. Bu nə zibil gündü axı, hə? Gözlərivi sıx bağlayıb yatmağa çalışarsan, amma baş ağrısı qoymaz. Məni düşünməkdən başda qalmayacaq bu gedişlə səndə. Özünü toparlıyarsan, guya dünya, aləm vecinə deyil. Nah sənə. öküz kimi sevəcəksən məni, elə sevəcəysən ki, gözümü qırpmağıma belə aşiq olacağsan. Gecə olar xəyallarım qonaq gələr oturar gözlərinə. Yuxuya dalarıq birlikdə. Dərindən "ehh" çəkərsən, qəribə gələr məni xəyal etməyin belə səni xoşbəxt etməyi. Yuxulu öpüşlərin sərxoş etməyi, xırıltılı səsin bihuş etməyi. Təbbəssüm edərsən, sanki canını 5 dəqiqə əvvəl yandıran mən deyiləmmiş kimi. Sənə yazdığım şeirləri, sözləri, cümlələri təkrar-təkrar xatırlayarsan. Yuxu da gəlməz, mən zatən gəlmərəm. Hər gecə eyni duyğları yaşamaq və mənası olmadan arzulamaq necədə axmaqlıqdı. Gəl, tanış ol mənimlə, gecəmlə, axmaqlığımla..

YazıWhere stories live. Discover now