6 bölüm

91 2 0
                                    

Yorğun idi.Uzun-uzun baxırdı. Gözlərimi qaçırdım. Utanırdım. Gülümsündü. Getmək istədi, baxışlarımla getmə deyə sitəm etdim. Gəldi, oturdu yanıma. Telefonu aldım əlimə, msj yazırmış kimi etdim. Qoy partasın ürəyi. Dözmüyüb boylanırdı. Fit çaLıb, sataşırdı mənə. Birdən yanlışlıqla əlimə toxundu, baxışlarımız toqquşdu. Barmaqlarımı keçirdim barmaqlarının arasına. Bərk tutdu əlimdən. Yaxınlaşdı mənə. Nəfəsim kəsilirdi sanki. Bağladım gözlərimi. İsti nəfəsi isitdi ruhumu. Buz bağlayan hislərim çözülmüşdü. Üzümə düşən saçlarımı kənara çəkdi və astaca məni dodağımın kənarından öpdü. Gözlərinə bu qədər yaxından baxmamışdım. Bataqlıq kimi çəkirdi baxışları məni özünə. Çox xoşbəxt idim. Ürəyimin səsini eşidəcək qədər aşiq olmuşdum. Gülümsündüm. Bu dəfə onu mən öpdüm. Daha həsrətlə, özləmlə. Dodağıma batan saqqalını hiss etdim. "Səni sevirəm" - dedim. "Səndə söylə, susma" - dedim. "Bilmirəm" - dedi, günahkar bir səslə, səsi titrəyirdi. Ayrıldım qollarından.
Anladım artıq, xoşbəxtlik bu dəfə boğazımda yox, sənin gözlərində qalmışdı..

YazıWhere stories live. Discover now