26 bölüm

43 0 0
                                    

Sonra biri girər həyatına. Başlarda çox qorxarsan, tədirgin olarsan. Heç bilmədiyin, ancaq kitablarda, filmlərdə görüyün eşq denilən duyğu yavaş-yavaş yad cisim kimi daxil olar bədənivə. Ömrü 3 gün olan kəpənəklər mədəni işğal edər. Ürəyin yerindən çıxacaqmış kimi döyünər. Əllərin buz tutar, həyacandan bir titrəmə gələr sənə. İstəmsizcə gülümsəmələr, durub-durub bir nöqtəyə baxıb ehh çəkmələr, özündən ixtiyarsiz xəyal etmələr və daha nələr, nələr.. Mən bəlkə də şanslı idim. Eləki ürəyimin tam da ortasında yuva qurmuşdu, uca bir bina, başı buludlara dəyən bir bina. Oysa, heç özünün belə xəbəri yox idi. Bundan idi o əli yalın, balaca qız uşağı kimi gülüşlərim, bundan idi par-par yanan gözlərim, bundan idi bütün təslim olmuş cümlələrim. Mən hələ də 21 yaşındayam. 10 il də, 20 il də keçsə bu dəyişməyəcək. Və sonra nə oldu? Bəhanələrə sığınıb getdi. Heç bir yaşanmışlıq bəhanələri haqq etmir. Sanki heç gəlməmiş kimi, heç sevməmiş kimi, sarılmamış, öpməmiş kimi getdi həm də. Bina uçdu, qəlbim o enkazın arasında sıxışıb qaldı. Nəfəs almaq bundan çətin gəlir, yuxu yatmaq bundan mümkün olmur, yemək keçmir boğazdan, qırtlaqda bir yer var ilişib qalır orda. Ruhu qanayan biri necə heçnə olmamış kimi dəvam edərki həyatına? Hara baxırsan bir mahnı, bir xatirə. Bax elə bu dəqiqə biraz gülüşün qalmış bu sətirdə. Üst başım sənsən, elə geyinmişəmki eşq libasın, heç çirklənməz sanırdım. Gedməyidə bacarmırlar a kişi, götür nəyin varsa elə çıx get. Getməyləri cəhənnəm, unutmağıvıda istəmirlər. Bu eşq xərçəngdən belə təhlükəli xəstəlikdi. Bir o tərəfi yaxşıdıkı sarılınca qarşı tərəfə keçmir, amma sağalırsan. Məsələn mən çox istədim, sevdiyim adama sarılıb hönkürərək ağlamağı. Bunu yazmaq belə gözlərimin dolmağına kifayyət edir. Göz yaşlarımı sinəsinə əmanət etmək istədim, çünki o hamıdan daha yaxşı baxardı ona, ya da mənə elə gəlirdi. Bu sadəcə düşüncəm idi. Əslində gerçək olan hal-hazırdakı yoxluğu idi. Sanki adam mənsizliyə oruc tutub, poza bilməzdi niyyətin. Bilirsiz mən onsuzluq nədir bilirəm, amma onsuz necə yaşanır bilmirəm. Bəlkə də bundandır səni unutmaq istəməməyişim. Sanki unutsam yuxarda saydıqlarım şizofren birinin mənasız cümlələri olacaqmış kimi gəlir. Çünki mən səndən öncə heç yaşamadığımı anladım, yoxsa səndən sonrasınıda bacarardım. Başqasın da sevə bilmirsən, baxırsan adi oğlandı, 2 qaşı, 2 gözü, 1 burnu, iri dodağları, qəmli baxışları, içini isidən gülümsəməsi, bir dişləmlik yanaqları, havalı saçları, əlləri, oturuşu, duruşu, tipi və s. Mən nə deyirdim unutdum, cümləm çox absurt oldu bilirəm.. Birindən soyuduğunuzu, əvvəlki kimi sevmədiyivizi anlayanda o dəqiqə bildirməyin.. O vaxtki yeni birilə tanış olanda artıq keçmişi xatırlamırsan, o mahnılar, ortaq zövqlər vecinə olmur, ən əsası səhvən adın çəkmirsənsə, müqaisə etmirsənsə o zaman keçib demək. Mən bunu həmişə demişəm eşq ruh işidi. Ölüm də bir işə yaramaz yəni. Ruh daima yaşadığına görə, eşqdə sonsuz olur. Eşqin acısıla yaşamaqda iradəsi güclü insanların işidi. Ən azından o yoxdu, amma acısı var. Ona sarılın, çünki gerçək olan odu, nə də kefi istəyəndə tərk etməz səni. Sən həqiqətən sağalmaq istədiyin vaxt o yaralar büzüşüb qaysağ bağlıyar. Bugün sənə özümdən misal çəkərək danışdım, daha yazmadığım çox söz qaldı. Hadi sil göz yaşını, sən laiqincə sev, dəyməyənlər utansın. Unutma, hərkəs eşqi tanıdığı qədər yaşar..

YazıHikayelerin yaşadığı yer. Şimdi keşfedin