24 bölüm

63 1 0
                                    

Və bir də, günah kimi qadınlar var. Dəyər verərsən günah, sevərsən günah, öpərsən günah, toxunarsan günah, gülərsən günah, ağlayarsan günah, dərdindən içərsən, çəkərsən günah. Bezərsən həyatdan günah, ölüm belə günah o qadınlara. Vazkeçərsən olmaz, unudarsan olmaz. Aşiq olmaqmı? Günah.. O qadınlar ki, gözəlliyi belə günah. Üzünə yaraşan cənnət baxışı və acılarını gizlətdiyi gülüşü. Bax budu o qadınların əsl makyajı. Ətirləri çiyələk qoxan qadınlar. Saçlarının hər telinə şeir yazılası qadınlar. Ruhları və qəlbləri mirvaritək pak, təmiz, incə. Toxunsanız tək-tək tökülər inciləri. Yağmur kimi səsləri var, ruhu oxşayan. O qadınlar ki, heç böyüməyən, uşaq qalan. Şıltaqlıqları, naz-qəmzələri, dediyi kəlmələri nəğmə qadınlar. Kədərləri, sevincləri, əzabları, çarəsizlikləri belə özünəməxsus və şərhsiz. O qadınlar ki, darıxmaqları günah. Bütün vücudunu zəhərli sarmaşıq kimi sarar onların vicdanı və mərhəməti. Yad planetdən gəlmələr deyil onlar, icazə versəz, görərsiz kiçik xoşbəxtliklərin. Dodağından düşən hər kəlməsini, gözlərindən küsüb süzülən yaşlarını günah bildiyiniz qadınlar onlar. Onların görkəmli, yaxud yaddaqalan bir adı yox, onlar günah qadınlar. İnsanı hərgün bir az daha, intihara sövq edəcək günah onlar. Savablarınızı alın yanınıza indi, uzaq olsanız yaxşıdı, baş-başa qoyun günahlarımla məni.

YazıWo Geschichten leben. Entdecke jetzt