4 bölüm

98 1 0
                                    

Gəl, keç otur dostum, bir az dərdləşək. Danış mənə özündən. Necə keçir həyatın? Xoşbəxtmisən? O yanındakı aksesuar sevirmi səni? Üzümə bax. Nə gülürsən? Mənə bax dedim! Nə vaxt gözlərimə baxacaq cəsarətini itirdin? Heç bilirsən səndən sonra nələr dəyişdi? 4 fəsil, mahnılar, üzümdəki gülüşlər, güvəndiyim insanlar. Mən? Mən də dəyişdim. Səni sənsiz sevməyi öyrəndim, xoşbəxt olmaq üçün çabaladım, unutdum sonunda. Sevinmə səni yox, özümü unutdum. Gecələr boğuldum. Göz yaşlarım sağolsunlar tək buraxmadılar məni, yoxsa duyğulanırsan? Susma danış. Danış dostum. Danış mənə saxta xoşbəxtliyindən, danış mənə baxışlarındakı kədərdən, danış dodağında sıxıb saxladığın sözlərdən, danış udqunduğunda boğazındakı düyümdən, sənə yaşatdığım sevgi dolu əzabdandan danış. Təsadüfən rastlaşdığımız gündən danış, səni xoşbəxt edən qadından danış, yasaq eşqin ağırlığından danış. Çəkmə, söndür bu siqareti. Siqaretə toxunan dodaqlarını qısqanıram. Tüstüyə qarışan nəfəsini qısqanıram. Səni hərdən sənə belə qısqanıram. Nədir səni susduran? Vicdan, ya eşq? Etiraf elə, heç çəkinmə. Nə olar sadəcə bircə kərə "darıxıram sənsiz" de. De ki, dinsin göz yaşım, kəsilsin ürək ağrım. Sevirəm demə, hiss elətdir. Anlayaram mən. Sonra ikimizdə bir susarıq dost..

YazıDonde viven las historias. Descúbrelo ahora