29 bölüm

45 0 0
                                    

Bilirəm darıxmısız mənim yazılarım üçün, sizə bir hekayə danışacam. Səma ilə dənizin hekayəsini. Bu insan olaraq adlandırılan anlayışların deyil, adın əsl sahiblərinin hekayəsini, Səma və dəniz mavisinin hekayəsi. Qayıdaq 4 il öncəyə, birgün səma bütün cəsarətini toplayaraq dənizə addım atar, bütün paklığı ilə həm də. Amma dəniz fırtınadan sonra limanlara vurmuş və hərab olmuş halda onun addımını görməzdən gələr. Dəniz mavisi bütün rənglərini itirmiş, məyərsə bir daha ona üz çevirməyəcək qayıqçıya vurulmuş. Üzülmüş, ağlamış, dalğaları ilə boğuşmuş, çox yara almış Bütün asiliyi, yerə-göyə sığmayışı bundanmış məyərsə. Səma mavisi Dənizi həmişə uzaqdan izlərmiş, ona aşiq olmuş, sevdalanmış. Səma mavisi göyüzü qədər təmiz qəlbli, güvənilir biri imiş. Səma inadından vazkeçməz, Dənizə ümid olacam diyə bacardığı hərşeyi edər. Gün keçdikcə bu iki mavinin tonu dost, həmnəfəs olmağa başlıyar, Səma mavisi bitmədən, tükənmədən Dəniz mavisini sevər, dinləyər, sahiblənər, hər nazın çəkər. Və qərarlıdır onun ruhunda göy qurşağı çıxaracağına. Səma mavisi ilə bütünləşən Dənizin mavisinin münasibəti artıq çıxılmaz bir yol olmuşdur. Səma mavisi hisslərindən əmin də, bəs Dəniz?  Bəzən hadisələr elə rol oynayarkı bu iki mavinin tonu bir birinə düşmən kəsilər, Səma rüzgarlar əsərdirər, guruldayar, Dənizin üstdünə dolu yağdırar, Dəniz də çoşar, aşıb daşar, üsyan edər. Böyük bir fırtınadan əvvəl və sonrakı səsizlik onların ikisinidə əzab çəkməyə məhkum edər. Öz yaralarını belə sara bilməyən Dəniz, Səma mavisinə necə yar olsun ki? Amma Səma mavisi elə bir adammış ki, sinəsində Dəniz mavisinin göz yaşı, qəlbində məhbubunun eşqi. Dənizdən heçnə gözləməyən, sadəcə o yaxşı olsun yetər deyən mərhəmətli biriimiş. And içdi, elə bir qiyamət qopardı kı ərşində Dəniz mavisinə pislik edən, üzən, ağladan, yaralayan hərkəsi, amma hərkəsi toz duman etdi. Dəniz mavisinin yarası sadəcə ümidsiz bir sevgidən irəli gələn yaralar deyildi. İllərcə, uşaqlığından məhrum olmuş atası və ətrafı tərəfindən həm fiziki, həm pisxoliji şiddətə məruz qalmış. İllərin bir qadının mənliyində, ruhunda mazol etdiyi yaralar. Gün keçdikcə Səma mavisi Dənizin yaralarından öpə-öpə, bir-bir sağaltdı, ona ata oldu, sirdaş oldu, yar, yoldaş oldu. Məhrum olduğu sevgisizliyi, ailəni və bütün əlvan rənglərini ona bəxş etdi. Dənizin ruhunun dərinliklərindəki yosunlar, içində inci gizlədən bir gözəlliyə çevrildi. Bütün pis anıların yerini yeni gözəlləri ilə dəyişdirdi. Uçmuş, sökülmüş bir qadından Cənnət yatdı. İndi nə zaman yağmur yağsa sevgilim səni xatırlaram. Bilirəm, bu sevda heç bitməyəcək. Hər gün doğuşunda dalğa buxar olub sənə, yağmur yağdırsan eşqin mənə qovuşacaq. Sən mənə, mən sənə...

YazıOnde histórias criam vida. Descubra agora