12 bölüm

87 2 0
                                    

Hər dəfə bu dəfə sondu, bittdi, yazmayacam deyirəm. Qəribə rahatlıq çökür sinəmə. Bu səni gündüzlər unutmağa bənzəyir. Sonra bir yerlərdən külək əsir, xəyalını gətirir qoyur gözlərimin üstünə. Yenə ürəyim üstə ağırlıq hiss edirəm. Gücüm aciz qalır o duyğunu alıb ordan atmağa. Gecə olmamışdan, gecəm olursan hər dəfəsində. Necə sevirəm bir bilsən, necə istəyirəm səni bir bilsən. Bilmirsən. Allaha yalvarıram al onu ürəyimdən, unutmaqçun çırpınıram, çırpındıqca batıram. Göz yaşlarım təsəlli edir sanki, çarəsiz məni. Sənsə uzaqlar deyilən yerlərdə xəbərsizcə dözürsən. Adam paxıl olmaz, mənədə öyrət dözməyi, vecinə almamağı, möhkəmliyi, tərk etməyi, yavaş-yavaş unutmağı öyrət. Sevməyi öyrətdiyin kimi, silməyidə öyrət. Susursan, oxuyanda bu cümlələri qəlbin ağrıyır bilirəm. Sanma ki, mən yanlız özümü düşünürəm, yox. Xoşbəxt olmaq nədir səncə? Mən çox düşündüm sevgilim. Səni hər unutmaq istədiymdə, səni hər dəfə xatırladığımın, daha çox sevdiyimin fərqinə vardım. Düşünürəm sən mane deyilsən ki mənim xoşbəxt olmağıma. Əksinə sənin eşqindi məni ayaqda tutan, yıxılmağa qoymuyan, həsrətindi səbr etməyi öyrədən, yoxluğundu yoxluq nədi bildirən. Gülüşündü ömrümə ömür qatan, gizlin sözlərindi arzularım, qəmli gözlərindi baxışlarım, əllərindi isti ocağım, sinəndi evim, eşiyim, xəyalların, yuxularındı nağıllarım, səsindi ən sevdiyim musiqim.. İndi səni unutmaq nə işə yarar söylə? Əksinə yarım qalaram mən sənsiz, bitər ümidlərim ölərəm sənsiz mən. Qorxum deyil soyuq məzar, sənə ölərəm mən be adam. Ya sən? Deyirsən ya, unut, bitdi, sevmirəm səni. Dözərsən səni unutmağıma, özgələrin yerini tutmağına, gülüşlərivin qəmzəmdə solmağına, ya gözlərim sənə baxmasa, ya ruhum tərk etsə bədənivi? Dözə bilməzsən. Mən də, dözə bilmərəm. O zaman niyə qaçırsan məndən? Sənə addım atdıqca, daha sevirəm sözün tam etməmiş niyə qaçırsan uzaqlara. Nədi, orda pulsuz wi-fi, yemək-içmək var? Ya məni düşündürməyən kəslər? Nə var o xaraba uzaqlarda, nə?! Sənə bişey deyim yaz bir kənara, "xoşbəxt olmaq istəyirsənsə bu şansı özünə verməlisən, həyat çox qəddardı, qarşılıqsız heç bir gözəllik verməz insana, risk etməlisən ki qazanasan. Yoxsa nə xoşbəxt ola bilərsən, nə də qalib." Gəl inad etmə, gəl yenidən ömrümə, gəl ki, evlənək..

YazıOnde histórias criam vida. Descubra agora