28 bölüm

36 0 0
                                    

‌00:48 . Hal-hazırda fonda bir musiqi, hansı ki səni mənə xatırladan. Yadırğamışam biraz, uzun zamandır yazı yazmırdım, halbuki sən sevməyidə yadırğadığımı düşünürsən. Yanılırsan. Unutmusan? Səni düşünərək yazdığım statuslar, sən olan, hələ dostum idin yerin vardı həyatımda, yazılarımda.. Biri sənin olmayanda dərdləşəcək heç kimin olmur, səndə başlayırsan içini yazıya tökməyə, amma sən həmşə mənim yanımda idin, sənə nə cümlə qursam sevgin qarşısında aciz qalar, bilirəm. Çünki sən mənim hər zaman yanımda olmusan, hər anımda, dalaşanda belə, nifrət etiyini düşünəndə belə həmişə mənimlə olmusan. Mən sənlə bütün duyğuları dolu-dolu yaşamışam, həm sevinci, həm kədəri, həm də öfkəni. Bəlkə də buna görədi mən artıq ifadə edə bilmirəm hisslərimi. 4 il sənə kor olmuşam, hisslərinə, varlığına, eşqinə.. Mən sənin ilk dostluğunu sevmişəm, mənə verdiyin güvəni sevmişəm, doğmam olmusan sən mənim, başqasında ürəyim olan vaxtlarda belə keçə bilmədiyim sədd olmusan sən, ağlıyanda qaçıb sığınmaq istdədiyim ilk qucaq olmusan, xəstə olanda qayğıma qalan, çətinə düşəndə dayağım olan, məni sahiblənən, qoruyan, məni qüsurlarımla, səhvlərimlə qəbul edən, heç bir qarşılıq gözləmədən anamdan sonra mənə həqiqətən dəyər verən tək insansan sən. Məndəki doğmalığın arada qan bağı belə olsa izah edə bilməz, nəyin ki mənim cılız cümlələrim. Sən mənim tək başına ailəmsən, bütün yaralarımı sağaldan, mənə can, mənə həyat verən adamsan sən. Mən nərgiz gülün niyə sevirəm bilirsən? Çünki o mənə bənzəyir, necəki nərgiz o sərt qarın bağrın yarıb çıxır haa və bahar gəlir hər yerə, bax sənin məndəki sevgin belə bir şeydi. Sən məni qat-qat mazol olmuş yaralarımın arasından çəkib çıxardın, yenidən ruhumda, qəlbimdə sevgi cücərtdin, hansı ki mən artıq intiqam və kin düşünmürəm, tək düşündüyüm sən və gələcək ailəmizdi. Mən sənə gözəl sözlər yazaram, ya şablon çıxar diyə tərəddüd edirəm. Mən nə gəlir içimdən onu yazmağa çalışdım. Sənə şeir yazmıram deyəmi sevmirəm səni? Yanılırsan. Sən mənim gözümdəki yaşsan, canımdakı itirmək qorxususan, sən mənim gec fərqinə vardığım tək doğrusan. Mən sənin dostluğunu heçkimdə görməmişəm, tapmamışam, nəyin ki sevgini. Sən mənim şansımsan deyəndə, sən mənim gələcək qarantiyam olmağını demirəm, sən mənim ikinci həyatımsan, ikinci nəfəsimsən. Mən sənlə qocalıb əldən düşmək isdəyirəm başa düşürsən? Qocalsaq belə, birgə yatmaq, uşaqlarımız, nəvələrimiz bizlə məzələnsə belə onları qovalıyıb qırışmış bədənivə sarılaraq yatmaq. Gecələr diş protezini ağzında unutma diyə səni yaşlı səsimlə bezdirmək isdəyirəm. Səndən öncə ölüb, üsdümə əsən əllərinlə nərgiz əkməyivi isdiyirəm, uşaqlar etməz, sən yaxşısan. Sənə bağlı olsam qopa bilərəm, çətin olar, alınar. Mənim canım çıxır, amma gedə bilmirəm səndən. Mənim yolum bəlli, izim bəlli, gedəcəyim yer bəlli. İndi sən seç inanıb, inanmamağı. Sən hər şeyi 0-layıb, qaxmadan, üzə vurmadan, unudub (təbbi özümədə aiddi bu) yol, ömür yoldaşı olmağa varsan? Kim bilir bəlkə birgün əllərimi tutanda, gözlərimə baxanda, saçlarımı oxşayanda, məni ilk dəfə öpəndə əsən əllərin, gün gələr birgə qocalanda, nərgizlər əkəndə bir daha əsər.. Son dəfə əsər..

YazıOnde histórias criam vida. Descubra agora