9 bölüm

125 3 0
                                    

Payız günü, ağacları dolaşan meh, qıvrılan pərdələr, özü ilə bərabər gətirdiyi xəzəl olmuş yarpaqlar.. Uçuq-sökük dəhliz, pilləkənlərə asta-asta toxunan addım səsləri..
Tavanda 360 dərəcə dönən fırfıra, ya da əsl adı nəysə o. Gözlərimi ayırmırdım bir an belə. Sol qolumdan yenə bir sistem asılmışdı.. Getdikcə addım səsləri itiləşdi. Və o qadın gülə-gülə içəri daxil oldu, amma ürəkdən gülmürdü, bilirdim. Buz tutan hisslərim onun yanında şam tək əriyirdi. Saçları buludları qısqandıracaq qədər bəyaz idi. Qəhvəyi gözləri solmuşdu ağlamaqdan, əlləri gücsüzləşmişdi, üzü incə-incə qırışmışdı. O qadın mənim Anam idi. 3 aydı ruh dispanserində yatan qızını tərk etməyən yeganə insan.. 3 ayda tək kəlimə "ana" sözünə möhtac qalan ana ümidini heç itirməmişdi.. Birgün qızı yenidən danışacaq, güləcək, öz yaşıtları kimi həyatına dəvam edəcək diyə gözləyirdi.. Axı o ana idi, analıq duyğusu intiqam hissini tamam yox etmişdi. Gənc qızı bu hala gətirənləri sadəcə Allaha həvalə etmişdi. Anam məni eşitmirdi, amma mən onunla danışırdım əslində.. Yenə dadlı yeməklər edib gətirmişdi, bəlkə bu səfər dadaram diyə, hər dəfəsində qonşu palatadakı xəstələrə qismət olardı.. Bəli saat artıq 5-di. Anam getməli idi.. O alnımdan öpüb çıxarkən, göz yaşlarım bir damcı düşərdi kirpiyimdən arxasınca, gedib, qayıtsın deyə. Gizlədərdi göz yaşlarını məndən, dəhlizə qaçaraq hönkürərdi.. O bilməzdi, amma mən eşidərdim.. Sabahda yeni bir ümidlə gələcəkdi.. Onu barmaqla göstərib "baxın bunun qızı dəlidi" deyib, məsxərə edənləri eşitməzdikdən gəlmək bir ana üçün, bunu yaza bilməyəcək qədər ağır idi mənimçün..
Hava qaralmışdı, saat 02:35. Bu vaxta qədər oyaq qalmaqda bir dəlilik olsa gərək.. Saatın əqrəbləri zamanı deşəcək kimi sərt vururdu. Sükutu pozan tək bu deyildi. Açıq qalan pəncərələrin vıyıltısı da qaranlıq koridorda əks-səda verirdi. Belə vahimədə dəli olmamaq mümkünsüz görünürdü.. Dəli olsamda düşünürdüm.. Axı bu mənim ən təbbi haqqım idi.. Nəyi düşünürdüm deyə maraqlansaz, dəli olsamda hələdə düşünə bildiyimi düşünürdüm. hahahaha! Qəhqəhə atarkən dəli kimi, dispanser gülüşümə sirkələnər. Sorada dəli kimi ağlamağıma. Həkimlər nemes kimi silahı əlində iynəmi vurar. Yox, yox bugün yox! Bu gecə olmaz! Yavaş-yavaş üzlər əyilib, bulanıq olar, gözlərim bağlanar, səslər qulağımda karlaşar... Dərin yuxu, ölüm bu qədər asan seçim..
Mən günəşin doğuşunu görməzdim heç. Həmişə günorta oyanardım.. Yox tənbəliyimdən deyil, dərmanların təsirindən. Onsuzda bir zibilə yaramırdı.. Sizcə dəli birinin bu qədər düşünən beyni harda idi? Düşünürsə niyə onu məsxərə edib, adın dəli qoyurlar? Mənki sadəcə susmuşam.. 3 aydı sadəcə susmuşam.. Yadımdadı 3 ay bundan qabaqki dostlarım, ətrafım, qrup yoldaşlarım, boyfriendim, bağışlayın əclaf deməliydim.. Sanki bir dəniz fırtınasından sora itkin düşmüş kimidilər! Bir o qadın, anam inanmamışdı dəli olduğuma.. Hər gün bezmədən görüşə gəlirdi, saçlarımı darayıb, hörərdi.. Mənə toxunarkən belə canımı yandırmaqdan qorxardı, sanki sonradan könlümü alarcasına öpərdi məni.. O bilməzdi, amma mən çox xoşbəxt idim. Sakitliyimdən belə bezmirdi..
Yenə mənimçün fərqli olmayan günlərdən biri idi.. Qonşu palataya yeni biri daha gəlmişdi.. Bəli dəlilər günü gündən artır.. Biz mehriban dəlilərdik.. Marağımdan yerimdən qalxdım, kiçik adımlar, barmaq uclarım soyuq kafelə toxunduqca ürpərirdim. ayaqlarımın ucna kimi uzan bu ağ dəli libası, biləklərimə kimi düşürdü.. Və nəhayət çatdım, aralı qalan qapıdan boylandım, o ne Allahım, sən olan qalan ağlımı qoru dedim.
Allah buna ağıl verməmiş, amma özənib yaratmış.. Tam tamaşa edib, içəri girdim, diskindi..
- Allah, sən də kimsən?
+ Qədər ortağın.
- Nə? Yoxsa mən öldümü, bu nə kəfən kimi üstündə.
+ Sən nə biçim dəlisən?
- Sənsən dəli, düzgün danış.
+ Dəli dəliyə dəli deməsə ürəyi partdayarmış. xaxaxa!
- Zırrama, çıx otağımdan!
+ Şad oldum zırrama bəy, görüşənədək!
- Allah eləməsin, dəlidi, nədi, burda da huzur yox mənə.

Mənsə 3 aydan sonra yenidən danışmışdım, içimdə qopan o tel sanki öz-özlüyündən birləşmiş və mən susqunluğumu pozmuşdum. Yaşadığım xəyanəti bir anlıq unutmuş kimi idim.. Bu nə idi? Maraq, həvəs ya şizofreniya? Yenə fırfıranın dayanmış pərvanələrini uzun uzun süzürdüm.. düşünərək, keçmişi, çəkdiklərimi, 3 aydı mənə sirdaş olan dilsiz divarları və birdə anamı.. Sonra bu yeni gələn zırramayı, görəsən onun hekayəsi nə idi. Bəli sabah bunu öyrənməliyəm.. Ya daki mənə nə.. Ama nə fəqimiz var o da dəli, məndə !

- Həkim: aç ağzını, iç bunu.. baxım içdin? Aaaaa..
- xaxaxaxa, yavaş aç həkimi udurdun hardasa..
+ ya sən indi gülməlisən?
- mən yox, sən gülməli görünürdün..
+ yaa dəmək elə?
- aha.
+ qolunu ver mənə.
- niyə? mənim qolumdu o.
+ sən ver bi, bi şey göstərəcəm.
- tamam, al göstər.
+ al sənə, gülməliii..
- Aaaaaa ... dəlisən sən, nə edirsən? ay qolum..
+ yox ağıllıyam.. Aaa saatında çox yaraşdı, bax bax məni düşün.
- Xəstə, kim aldı bu manyakı bura, guya terapiyə gəlmişik.. ah qolum, qolum.. Quduz olmaram görəsən, peyvend olub bu?
+ Zırrama!

Artıq 4 gün idi, həyatıma rəng gəlmişdi.. ağ-qara həyatımda, bozun tonun mən seçirdim artıq.. Hə birdə o həkimin verdiyi sakitləşdirici, yuxu dərmanlarin dilimin altında saxlayıb, sonra tüpürürdüm. Bəli, bəli, məndə elə düşünürdüm, çox ağıllıyam..

YazıDove le storie prendono vita. Scoprilo ora