7 bölüm

107 1 0
                                    

Məni tərk etdiyin gün, dün kimi ağlımda. Mənim göz yaşlarım, sənin əlinin yaraları. Ciyərinə qutu-qutu boşaltdığın zəhər, eşqinsə məndə zəhər. Qara açılan səhərlər. Heç keçməyəcək kimi idi, keçmədidə.. Ayrıldıq səncə? Yox əlbətdə. Sadəcə "məcbur" idik. Biz nə adam kimi ayrıla bildik, nə də bir ola. iki kəlmə söz, bir təbbəssüm deyildi bizi birləşdirən hər dəfəsində?! Soyuq baxışlar, damarda qan donduran sevgi dolu nifrət. Sənə yoxluğundan danışsam, söz-söz tökülərmi varlığım dodaqlarından? Mənə yoxluğumdan danışsan bitərmi bu əzab varlığından? Necə qıydıdıq ki, biz bir-birimizə? Sevdiyimizi bilə-bilə həmdə! Bu eşqdən solumuz əlil qaldı.. Niyə unuda bilmədik biz? Niyə ovuda bilmədi özgələr bizi? Sağala bilmədik ikimizdə. Sən məndən getmədin ki heç. Buralarda bir yerlərdə idin həmişə. Toxuna bilməyəcək qədər uzaq, nəfəs qədər yaxın. Tam solumda! Solumdaki yerini şeirlərə verdim mən. Misra-misra cızdım baxışlarını ağ sətirlərə. Gülüşünü görmədən səpdim cümlələrə. Səsini eşitmədən aşiq oldum mən. Əllərini tutmadan yıxıla-yıxıla böyüdüm mən. Yoxluğunda səni sənsiz sevməyi öyrədim mən. Göz yaşımı əlimin tərsilə silib, başıma tac etdim səni mən. Xəyal qurdum yarım qaldı, gecələr gəlsin istəmədim mən. Səni istədim bircə, şirin yuxlarımı niyə kabusa çevirdin sən? Şəkillərini öpdüm, qoxladım, bağrıma sıxdım. Dəli kimi azuladım səni, darıxdıqca yaramın üstünə zaman basdım. Axı, axı niyə getdin ki sən? Ya mən? Həyatını məhv etdim, gülüşlərini oğurladım qəmzələrindən. Susduğun cümlələr oldum. Gizləndiyin kölgə, uzaqlara qaçdığın yollar oldum. Öz əllərimizlə xətt çəkdik bizə. Daha doğulmamış qızımızın qatili olduq biz! Eşidirsən qatil olduq! Xəyallarımızla birlikdə ona da qıydıq! Sən mənə məhkumsan. Azadıq yox bu ürəkdən sənə! Mən də sənə ömürlük məhbusam. Əhv yox mənə o qəlbdən! Biz tərk edəcək qədər cəsarətli, sevirəm diyəcək qədər qorxaq olduq! Oysa ki, addım atsa, qaçaraq boynuna sarılasım var. Bir sarılsam qoxunu içimə çəksəm, bitəcək həsrətim, dərdim, sərim. Uzun-uzun cümlələr, uzaq-uzaq məsafələr.. Səncə ayrıyıq biz? Şərtmi yanımda olmağın, axı sən ürəyimdəsən. Bədən ayrı, ruhlar deyilmi sevişən? Əllər ayrı, ürəklər deyil birləşən? Üzün üzümdən aralı, iki söhbət deyilmi bizi birləşdirən? Gözlər qəmli baxmasa nə dəyişər? Qoxun saçlarıma uzaq qalsa, göz yaşım isladar gülüşümü, nəfəsin olmasa nə yazar, "səni sevirəm" sözü ilə iki dodaq birləşər.. Sən şeirsən. Sən Tanrının mənə yazdığı şeirsən. Sən mənimsən..

YazıHikayelerin yaşadığı yer. Şimdi keşfedin