1 bölüm

135 3 0
                                    

Dostum olma, uzağımda qalma mənim. Sevgilim də olma, gedərsən bir gün. Mənə aşiq ol sən. Yaxınlaş, sar kobud qollarını incə belimə. Özünə tərəf sıx, qoxla saçlarımı. Biləklərimi unut, əllərimə toxun sən. Baxışlarınla ovut, gözlərimə dal sən. Dodaqlarımı boş ver, yoxmuş kimi davran, gülüşümdən öp sən. Nəfəsimi tut, ürəyinə qulaq as sən. Gözlərini yum, Cənnəti duy sən. Getmə, olduğun yerdə qal, qəlbimdə. Ruhmu qoy sinəvə, saçlarımı sığalla sən. Solunda yatım, tam məni saxladığın tərəfində. Sus, danışma, döyünən qəlbinin səsin eşidim. Gecənin səssizliyi ilə sevişən bu inadkar qaranlıq, ayırmasın əllərimizi, mane olmasın dodaqlarımıza. Qulağıma ara-bir pıçılda sevgi kəlmələrini, gecə unutmasın eşqimizi. İndi aç gözlərini birdənəm. Yuxular yalan, xəyallar sadəcə 1 dəqiqə..

YazıWhere stories live. Discover now