1 hissə

1.1K 105 10
                                    


Son dəfə güzgüdə əksimə baxdım. Yarım saat şkafın qarşısında boş-boş dayandıqdan sonra artıq geyinəcəyim paltara qərar vermişdim. Üzərimə yeni aldığım qara rəngli, bədənimə tam oturmuş, dizdən bir qarış yuxarı donla istədiyim kimi olmuşdum. Paltarımın rənginin saçımın rəngi ilə uyuşmağına ayrıca sevinmişdim. Həmişəki kimi sadə makiyaj edib, uzun, belimə qədər uzanan qırmızı saçımı düzləşdirib açıq buraxdım. Sol biləyimə mənə uğur gətirdiyini düşündüyüm, üzəri kiçik svarovski qaşlarla örtülmüş bilərziyimi taxdıqdan sonra, qoxusunu çox sevdiyim ətirimi vurdum. Deyəsən hazır idim...

"Qızım, bəsdi day bəzəndin. Gözəlsən! Di gəl çıx ilk iş günündən gecikmə!" - içəridən nənəmin səsini eşitməyimlə əlim ayağım bir-birinə dolaşdı. İşi tam unutmuşdum...

"Gəlirəm!" - deyə avazım çıxdığı qədər qışqırdım.
Cəld çantamı götürüb otaqdan çıxırdım ki, yenə güzgüyə baxmaq ehtiyacı hiss edib geri qayıtdım. Saçlarımı əlimlə bir daha düzəltdikdən sonra otaqdan çıxdım.

"Şükür güzgüdən ayırana!" - deyə nənəm dillənib əllərini göyə qaldırdı. Onun bu hərəkətinə gülümsəyib, yanağından öpdüm.Bu hərəkətimə yumuşamış olacaq ki, o da gülümsədi və üzümü əlləri arasına aldı.

"Sağ-salamat get gözəl qızım, xoş xəbərlərlə gəl" - üzümdən öpüb dilləndi.
Nənəmin xeyir duasını aldıqdan sonra ayağıma dikdaban, biləkdən bağlamalı, qırmızı ayaqqabımı geyinib üzərimə plaşımı keçirdikdən sonra evdən çıxdım. Çölə çıxar-çıxmaz yazın sərin havasını hiss etməyimlə üzümə gülümsəmə yayıldı. Gözümü yumub bu gözəl havanı içimə çəkdim. Quşların cıvıltısı, üzümə dəyən sərin meh sanki həyatın gözəlliyindən bəhs edirdi. Sanki heçkimin dərdi yoxmuş kimi...Sanki hərkəs xoşbəxtmiş kimi...Ətrafı izləyə-izləyə küçə boyunca aşağı enməyə başladım.Havanın yaxşı olmasından istifadə hərkəs gəzintiyə çıxmışdı. Bir tərəfdə babasının əlindən tutub dayanmadan ona suallar yağdıran kiçik, şirin qız, bir tərəfdə skamyada oturmuş körpəsini qoynuna alıb yatırmağa çalışan qadın...Bu mənzərəni görməyimlə yenə onu xatırladım. Yenə o qadının ağlıma gəlməyi içimdə hələdə aydınlaşdıra bilmədiyim hisslərin oyanmasına təkan verdi. Ürəyimin altında olan ağırlıq nifrətmiydi yoxsa həsrətmi hələdə anlaya bilməmişdim. Bu suala, görünür, heç zaman cavab tapa bilməyəcəkdim. Analıq müqəddəs duyğudur deyirlər. Bəs niyə o qadın özünü bu duyğudan məhrum etdi? O qadın...Hələdə ona ana deyə bilmirəm. Axı analıq yalnız uşağı dünyaya gətirməklə sonlanmır. O qadına ana desəm bəs onda uşağının barmağı qanayanda ürəyinin başı yanan qadınlara, tam qarşımda dayanan bu anaya haqsızlıq olmazmı? O qadın ki, üş yaçlı körpəsi ilə yoldaşını atıb gedən, arxasında buraxdığı qəlbi qırıq insanı, nə baş verdiyini anlamayan, həyatdan xəbərsiz körpəsini düşünməyən, axtarmayan... Hətta nənəm belə o qadın getdikdə onunla əlaqələri kəsdi. Niyə getdi, niyə atdı bizi bilmirəm. Ağlım kəsəndən sonra beynimdə bu cür çoxalan və cavab tapmağa can atan suallarımın axtarışına çıxdım, ancaq ki sonda böyük bir sıfır...Bezdim...Buraxdım hər şeyi. Məni istəməyəni, atıb gedəni, axtarmayanı mən niyə axtarmalıyam axı?! Necə qəribədi adını belə bilmirəm... Əlimi qaldırıb yanağımdan çənəmə doğru süzülən yaşı sərt şəkildə sildim. Yenə həyatımda heç bir rol oynamayan qadına görə ağlayırdım. Ağlıma gəlməyi ilə necə də məni alt-üst etməyi bacarır! Onun getməyi bəs deyilmiş kimi atam da getdi... Məni yaşlı nənəmin himayəsinə buraxıb Kanadaya yerləşdi, iş qurdu. O qadından fərqli olaraq atamla görüşə bilməsək də arada telefonla əlaqə saxlayırıq. İndi xoşbəxtdi. Yenidən evləndi, ailə qurdu. Mənə sahib çıxmasa belə ailəsini gözündən qoymur. Bir qızını burada qayğısız qoysa belə oradakı qızına hər gün sığal çəkir, qızım deyir. Atılmaq hissi...İstənməmək... Bu gerçəklər o qədər yandırır ki içimi. Sakitləşmək üçün hər zaman etdiyim kimi dərindən nəfəs alıb təmiz havanı ciyərlərimə çəkdim. Addımlarımı itiləşdirib iki dəqiqəyə taksi dayanacağına çatdım.Sürücünün taksiyə əyləşib maşını işə salmağı ilə mən də cəld arxa qapını açıb oz yerimi aldım. Şirkətin ünvanının yazılı olduğu kağızı ona uzadıb geriyə yaslandım.
  * * *
Sürücüyə pulu ödəyib taksidən endim. Sağa dönməyimlə gördüyüm iyirmi-beş mərtəbəli qarşı tərəfi təmamilə şüşədən ibarət bina ilə yerimdəcə donub qaldım.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now