26 hissə

323 64 5
                                    


"Suay...!"

Bu tanış səs...Çaşqınlıqla geriyə döndüm. İlahi, Ayaz!

Öldürücü baxışları altında bədənim qıc olub qaldı. Qızmış buğa kimi tez-tez nəfəs alıb verərkən Sənanla mənə doğru addımlamağa başladı. Mən anın şokunda ikən çoxdan qorxduğum baş vermişdi.

Ayaz - "Əclaf!" - deyə küçəni inlətdi və Sənana yumruğunu keçirdi. Qorxuyla ağzımdan qaçan çığırtı ilə əlimi ağzıma basdırdım. Əlim ayağım əsirdi. Dəhşətlə bir Ayaza bir yerə sərilmiş Sənana baxırdım. Ayaz bir daha vurmağa cəhd göstərmək istəyincə cəld aralarına keçdim.

"Ayaz, eləmə yalvarıram. Səhv başa düşdün. İzah edəcəm, Ayaz!"

Elə bir baxış atdı ki mənə, udqunmalı oldum. Qığılcımtək yanırdı gözləri...

"Çəkil!" - kənara itələdi məni. Tökəzləsəm də son anda yıxılmaqdan xilas olmuşdum.

Yerə sərilmiş Sənanın yaxasından tutub qaldırdı.

"Oğraş! Səni məhv edəcəm!" - elə bir qışqırdı ki, səsi qulaqlarımda uğuldadı. Yenidən yumruğunu keçirdi Sənana. Və, daha bir yumruq. Küçəni inlədən söyüşlərlə ardarda bir neçə yumruq daha...

Birdən, beynimdən tok vuruldu sanki. Öldürəcəkdi onu! Cəld Ayazın qolundan tutdum.

"Ayaz, dayan! Öldürəssən!" - ağlamsınaraq dediyim sözlərə əhəmiyyət vermədi belə. Sonra bir təpik daha vurdu. İlahi, vəhşiləşmişdi sanki.

"Ayaz! Dayan dedim sənə!" - səs tellərim qopacaq dərəcə qışqırıb var gücümlə qolundan çəkişdirdim. Bütün bədənim əsirdi qorxudan. Dayandı.

"Səninlə sonra danışacıq" - sakit səsi qanımı dondurmuşdu. Yenidən bir yumruq daha!

Aralarına keçib hər iki əlimi sinəsinə qoydum - "Yalvarıram, Ayaz, bəsdi. Hər şeyi izah edəcəm" - dedim nəfəs-nəfəsə. Çənəmdən elə bir tutdu ki. Ağrı ilə inildədim.

"Bax!" - yerdə sərili Sənana çevirdi üzümü- "Öldürürdü bu alçaq bizi! Öldürürdü...!" - qulaq pərdələrimi titrədən səsi ilə dik atıldım. Dediyi soz sözlər beynimdə uğuldarkən yenidən ardarda Sənana zərbələr endirməyə başladı. Başına...Qarnına...

Artıq Sənan cansız, yerdə yatırdı. Ağzından burnundan qan yayılmışdı asfalt döşəməyə. Ürəyim bulanırdı...Başım dönürdü...Ayaz isə hələ də dayanmaq bilmirdi. Onu tutmalı idim, ancaq gücüm yox idi. Dediyi sözləri anlamırdım. Ayaqlarım bədənimi tuta bilmədiyindən yerə çökdüm eləcə.

Sonra bir neçə adam gəldi. Biri Ərşad idi. Ayazı tutdular. Bağırtılar qulaqlarımı kar etsə də dediklərini aydınlaşdıra bilmirdim .

Sonra Ərşad yanıma gəlib yerdən qaldırdı məni.

"Suay, yaxşısan?!" - həyəcanla üzümə baxırdı. Mənim ağlım isə bayaqkı ürəkbulandırıcı mənzərədə qalmışdı.

"Suay, cavab ver!" - silkələdi məni.

"Yaxşıyam" - dedim zorluqla. Qolunu mənə dolayıb addımlamağa başladı. Mən də eləcə ona uyğunlaşmağa çalışırdım. Maşına yaxınlaşınca qapını açıb əyləşməyimə kömək etdi. Sonra özü də avtomobilin ətrafında dönüb sükan arxasında əyləşdi.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now