6 hissə

494 71 6
                                    


"Sən" - deyə bildim sadəcə çaşqınlıq qarışıq fısıltıdan fərqsiz çıxan səsimlə...

Gözlərimə inana bilmirdim. Bütün varlığı ilə qarşımdaydı...Axı, necə ola bilərdi? Qarın boşluğumdakı hərəkətlənməni saxlamaq üçün əlimi qarnıma qoymaq istəyimi güclə basdırdım. Buradaydı...Özü çıxmışdı qarşıma. Üzünü incələdim. Mənim çaşqınlıq dolu baxışlarımın əksinə onunku bomboş idi. Təmiz qara vərəq kimi...

"Suay, buyur əyləş" - otağın səssizliyini pozan Arif bəyin səsi ilə silkələnib bir yığın insanın qarşısında dayandığım ana qayıtdım. Hı? Gözlərimi qırpışdırdım. Harda əyləşəcəkdim?

"Buyur" - tanımadığım cavan oğlan gülümsəyərək yanındakı boş yeri işarə etdi. Bu qədər insanın nəzər nöqtəsindən çıxmaq üçün, cəld keçib göstərdiyi yerdə əyləşdim. Belə daha yaxşı idi. Başımı qaldırmağımla Ayazla göz-gözə gəldik. Zibil! Bura ki onun tam qarşısı idi.

"Bəli, harda qalmışdıq"...

Aradan keçən yarım saat ərzində Arif bəy auditoriyanı ələ almış, yeni layihələr haqqında danışır, arada muhasibatçı olduğunu düşündüyüm orta yaşlı kişi yaranacaq xərclər haqqında onu məlumatlandırırdı. Tikiləcək yeni komplekslər haqqında fikir bildirir, təkliflər irəli sürürdülər. Bir ara xarici şirkətlərlə görüləcək ortaq işlər barədə danışıqlar getdi, ancaq diqqətimi onlara verə bilmədiyim üçün nəcə bir iş olduğunu qaçırmışdım. Qarşımda aysberqdən təlim almış insan oturarkən bu necə mümkün ola bilərdi ki. Gözlərimi ondan yıra bilmirdim. Sadəcə qara qələmi baş və işarə barmaqları arasında o yan bu yana döndürür arada isə sıxıldığını göstəcərək tərzdə yanaqlarını şişirirdi. Artıq əsəblərim gərilirdi! Bir an belə olsun gözünü qaldırıb mənə baxmamışdı. Zəhrimara qalmış qələm məndən daha maraqlı idi?! Məni tanımamazlıqdan gəlməyi ürəyimin altında qəribə ağırlıq yaradırdı.

"Suay xanım, siz bu haqda nə deyə bilərsiz?". Adımı eşitməyimlə gözlərimi bayaqdan qəribə baxışlarını üzərimdə hiss etdiyim qıyıq gözlü adama çevirdim. Məqsədi nə idi? Anındaca bütün gözlərin mənə dönməsi ilə otağa sakitlik çökdü. Onlara bir cüt qaralar da daxil idi. Udqundum...Nə deyəcəkdim? Susqunluğuma qarşı adamın dodaqları yana doğru qıvrıldı. Bic!

"Suay xanım cavabını möhtəşəm layihəsi bitdiyi zaman verəcək" - eşitdiyim tanış səsin cavabına qarşı adamın aldığı sifət görülməyə dəyərdi. Kimin olduğunu bilmək üçün başımı həmin tərəfə çevirdim. Sənan? O da mı burda idi?

Otaqdakı gərgin hava dağılarkən Arif bəy yenə auditoriyanı ələ aldı. Masanın digər küncündə oturan Sənana minnətlə gülümsədim. Onun sayəsində pərt olmaqdan xilas olmuşdum. Üzümə baxaraq göndərdiyi səmimi gülümsəməsinin ardından yenə özünə məxsus tərzdə göz vurdu. Ümid edirəm ki kimsə görmədi...Birdən masanın üzərinə sərt nəyinsə dəyməsi ilə dik atıldım. Otağa yenidən ölüm səssizliyi çökərkən Ayazla göz-gözə gəldik. Gecə qarası gözlərini gözlərimə dolamış, elə qorxunc baxırdı ki...Bədənimdən soyuq cərəyan keçdi. Zibilə qalasan! Görmüşdü! Fişi çəkilmiş bomba kimi üzümə baxarkən birazda olsun gərginliyimi basdırmaq üçün stulun dəridən olan kənarlarını iki əlimlə qavradım.

"İcazənizlə" - bir ömür kimi gələn baxışmamızın ardından qalın səsi otaqda əks-səda verdi. Gözlərini bir an belə gözlərimdən ayırmadan ayağa qalxdı. İti addımlarla otağı tərk etməsi ilə içərini uğultu bürüdü. Nə zaman tutduğunu bilmədiyim nəfəsimi buraxıb sıxmaqdan ağrıyan əllərimi stulun kənarlarından çəkdim. Bu da nə idi belə?

Qırmızı (Tamamlandı)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin