30 hissə

491 72 6
                                    

Telefonumu əlimə alıb asta addımlarla otaqdan çıxdım. Səndərin nömrəsini yığarkən bir tərəfdən də otağına doğru irəliləyirdim. Ağlım onda qalmışdı. Çox çalmadan açdı

"Gözəllik" - dedi bu dəfə solğun səslə.

"Haradasan?"

"Barda". Gözlərimi süzdüm. Ah, başqa harada olacaqdı ki!

"Yerini de gəlirəm"

Qəribə səs çıxardı - "Əminsən?"

"Adresi ver!"

Adresi aldıqdan sonra çantamı da götürüb şirkətin qarşısında gördüyüm ilk taksiyə əyləşdim. Həm, elədə uzaq deyildi. Ayaz oyanmamış gedib gələrdim. On dəqiqəlik yoldan sonra barın qarşısında dayandı taksi. Pulu ödəyib aşağı endim. İçəridəki səs bura qədər gəlirdi. Bunu bir yerdən xatırlayırdım, ancaq, hər nəysə...Qapıda dayanan iri mühafizəçilərin arasından keçib içəri daxil oldum. Ah, çox gözəl! Dumandan göz-gözü görmürdü. Bir anlıq gələn ögümək istəyimi güclə basdırdım. Çox nəfəs almamağa diqqət göstərərək ikinci qapıdan içəri daxil oldum. Cəld ətrafda gəzdirdim gözlərimi mümkün olduğu qədər. Odur, görmüşdüm. Ortalıqda dəli kimi rəqs edən insanların yanından keçib kənarda əyləşmiş Səndərə yaxınlaşdım. İçirdi.

"Gedək" - dedim qolundan tutaraq. Tərs-tərs baxdı üzümə.

"Nə dayanmısan gedək!" - dedim bu dəfə daha ciddi tərzdə. Ayağa qalxdı. Deyəsən, vaxtında gəlmişdim. Ağlı üstündə kimi görünürdü.

İrəliləyəcəyim zaman qolumdan tutdu.

"Şey, ödəyə bilərsən?" - dedi pərt olmuş tərzdə. Bir an ürəyim ağrımışdı ona. Həqiqətən, bir saat olmamış səfil vəziyyətinə düşməyi bacarmışdı. Hesabı ödədikdən sonra birlikdə bardan çıxdıq. Uzun-uzun təmiz havanı çəkdim ciyərlərimə. Belə yerlərdə necə əylənirlərsə...

Səndər içkili olduğu üçün mən keçmişdim sükan arxasına.

"Hara gedirik?"

"Daha sakit yerə"

Kafenin qarşısında saxladım avtomobili. Bura hər zaman gəldiyim yer idi. Səndərlə birlikdə içəri daxil olub pəncərə kənarındakı yeri tutduq. Hər ikimizə acı qəhvə sifariş verdim.

"Gözləyirəm, sən də qus hirsini rahatla" - dedi Səndər yarıayıq vəziyyətdə. Təslim olmuş kimi idi.

"Mən Ayaz deyiləm". Susdu. Qəhvələr gəlmişdi bu arada. Səndər bir qurtum alınca üzünü turşutdu.

"İyy! Bu zəhərdi ki!" - dedi ağzını əyərək.

"Sənin ağlını, ancaq bu başına gətirər. İç!". Mənə ayıq adam lazım idi. Bir qurtum daha aldı. Sifətdən sifətə girirdi. Belə getsə qəhvənin sonuna gəldiyində üzündə qalıcı qırışlar əmələ gələcəkdi.

"Bura danışmaq üçün gətirdim səni. Qardaşını məndən yaxşı tanıyırsan. Tez köpürür. Sən də bayaq damarına basdın. Yoxsa səni çox sevir, bilirsən"

Qırmızı (Tamamlandı)Where stories live. Discover now