Hərkəsə salam 🤚
Əvvəlcə dəyərli oxucularımın bayramını təbrik edirəm👏 Süfrəniz ruzili və bərəkətli olsun. Tək arzum gələn bayrama bütün dərdlərdən sağ salamat çıxmağımızdı.
#Corona ilə vəziyyətiniz necədi? #Evdəqal şüarına əməl edirsiz? Mən şəxsən can sıxıntısından partlamamaq üçün boş vaxtımı kitab oxumaqla və film izləməklə dəyərləndirirəm.
Əlavə olaraq onu da deyim ki, eşitdiyimə görə bu gündən fövqəladə vəziyyət elan olunacaq. Evdən yalnız zəruri vaxt çıxmağa icazə veriləcək. Hər biriniz ehtiyyatlı olun. Qaydalara əməl etməyənə xüsusi cərimələr tətbiq olunacaq.
Keçək əsas məsələyə...
Sizə gözəl bir sürprizim var 👀 Sonda aylar əvvəl elan etdiyim hekayəmi sizlə paylaşmaq qərarı aldım. Düşündüm ki hər kəsin evdə qaldığı bu vaxtda yeni hekayə ilə sizi sevindirim. Bəlkə azda olsa vaxtınızı keçirər və can sıxıntısından azad olarsız ❤️
Yeni hekayəmin adı —> Üçə qədər say
Hekayə haqqında əlavə məlumat verməyəcəm təbii ki))) Artıq proloqu paylaşmışam. Hər birinizi oxumağa dəvət edirəm və o dəyərli fikirlərinizi gözləyirəm✌️ Dəstəyinizi əksik etməyin 🙏Salamat qalın ✋
YOU ARE READING
Qırmızı (Tamamlandı)
RomanceHəyatmı? Nəfəs alarkən yaşamağı unutduğum andanmı bəhs edirsən, yoxsa yaşayıb da nəfəs ala bilmədiyim? Öz mənliyimi qorumağa çalışarkən dibə batdığım andanmı, yoxsa daha güclü olmaq üçün çabalarkən qorxaqlarla yer aldığım eyni sıradanmı?