Salamlar, əziz oxuyucularım. Bu dəfə bacardığım qədər uzun yazmağa çalışdım. Həyəcan dolu hissə sizi gözləyir. Qəribə olsa da özüm belə yazarkən həyəcanlanırdım. Əməyə hörmət olaraq hər birinizdən ətraflı fikirlər gözləyirəm. Bəyənməyi də unutmayın...Hər nəysə, çox intizarda saxlamayım sizi. Xoş oxumalar...12 hissə
"Otağıma qırmızı köstəbək girib" - eyham dolu qalın səsi eşidincə qanım bədənimdə dondu. Bu gün həyat mən tərəfə gülməyəcəkdi, deyəsən!
Sanki ayaq barmaqlarımdan yuxarı doğru istilik qalxırdı. Off! Mənə lazım idi bu?! Şkafın açıq qapılarını bağladım. Burnuma dolan sərt qoxusu, məndən elədə uzaqda olmadığını xəbər verirdi.
"Arxana dön". İndidə bədənimi soyuq titrəmə ələ aldı. Bundan qaçış yox idi. Çarəsizliklə çevrildim, lakin anındaca bir addım geriləyib şkafa söykəndim. Qara gözlərini bu qədər yaxından görəcəyimi gözləmirdim. Bir addım daha atdı mənə doğru. Artıq dib-dibə idik. Təmiz nəfəsi üzümü yalayırdı. Dodaqları yana doğru qıvrıldı.
"Nəfəs al, Qırmızı". Fısıltı dolu sözlərinə qarşı qarın boşluğumda hərəkətlənmə başladı. Başımı aşağı endirdim. Həqiqətən nəfəs almalı idim.
"Mən şey...layihəni axtarırdım" - dərin nəfəs çəkdim içimə - "siz də y-atmışdız deyə oyatmaq istəmədim" - sonda cümləmi başa vurmuşdum. Qurumuş dodaqlarımı yaladım.
"Başını qaldır"
"Aya-"
"Başını qaldır dedim". Sonda təslim olub başımı qaldırmalı oldum. Baxışları o qədər dərin idi ki...Boğulacaqdım.
Əllərini uzadıb hər iki yanımdan şkafa dayadı. Artıq qolları arasındaydım. Əyildi...əyildi...Nəfəsini qulağımda hiss edirdim. Yox! yox! Ürəyim bu vəziyyətə dözə bilməyəcəkdi!
"Birdə" - nəfəsimi tutdum - "təkrarlanmasın, Qırmızı". Fısıltılı dediyi hər kəlməsində nəfəsinin qulağıma dəydiyi hissə od tutub yanırdı. Gözlərimi qapayıb köynəyimin kənarını qavradım. Sanki bədənim əriyəcək və orqanlarım açıq qalacaq kimi hiss edirdim. Söykəndiyim şkafa minnət duydum.
Birdən geri çəkildi. Özümü boşluğa düşmüş kimi hiss etdim. Gözlərimi açan kimi eyham dolu baxışlarla qarşılaşdım. İndi o dodaqlardakı gülüşün səbəbi nə idi?
"Qorxma, həyəcan öldürməz, sadəcə, yaşadığını hiss etdirər" - geri çevrildi. Zəhrimara qalasan! Yenə özümü gülünc vəziyyətə salmağı bacarmışdım! Onun yanında bədənimin idarəsini ələ ala bilmirdim. Üzərimdə buraxdığın hissə lənət olsun, Ayaz!
"Orda çox dayanassan?" - divanda əyləşmişdi. Masanın üzərində layihə var idi. Bir dəqiqə, onu hardan çıxarmışdı?
"Mənim üçün bir problem yoxdu, ancaq xəbərdarlıq üçün deyim ki, on-beş dəqiqəyə yorulma hiss edəssən. İyirmi-beş dəqiqəyə taqətdən düşəssən, bədənin ayaqlarına ağır gələcək. Qırx-beş dəqiqəyə ayaqların ağrıyacaq, oturaq istəyəcəksən. Və...Bir saat sonra" - kreslonu işarə etdi - "tam da burda əyləşəcəksən". Bu...bu indiyə kimi qurduğu ən uzun cümləydi!
"İndi, həyatından boşuna bir saat itirmək istəyirsənsə orda dayanmağa davam et". Yenə pərt olmuşdum! Cəld yerimdən götürülüb qarşısındakı divada əyləşdim. Bir şey daha demədən gözlərini masaya endirib barmaqlarını layihə üzərində gəzdirməyə başladı. Diqqətli görünürdü. Həqiqətən, bu adamın ruh halı necə belə tez dəyişirdi?
YOU ARE READING
Qırmızı (Tamamlandı)
RomanceHəyatmı? Nəfəs alarkən yaşamağı unutduğum andanmı bəhs edirsən, yoxsa yaşayıb da nəfəs ala bilmədiyim? Öz mənliyimi qorumağa çalışarkən dibə batdığım andanmı, yoxsa daha güclü olmaq üçün çabalarkən qorxaqlarla yer aldığım eyni sıradanmı?