Nə baş verirdi axı?! Lalə əlini uzadıb Ayazın masanın üstündəki əlini tutdu. Çətinliklə udqundum. Bu vəziyyət Ayazla Mələyi gördüyümdən daha da betər idi. Havasız qalmış ciyərlərimə uzun hava çəkdim. Gözlərimə inana bilmirdim. İnanmaq istəmirdim! Ayaz bu hərəkətə qarşı gülümsəyincə hüceyrələrimə qədər sızıltını hiss etdim."Suay, yaxşısan? Nə oldu?" - zorla da olsa gözlərimi mənzərədən ayırıb Sənana çevirdim.
"Suay, rəngin ağardı. Nə oldu birdən?" - əlini əlimin üstünə qoymağıyla bədənim ürpərdi sanki. Nə olduğunu mən də bilirdim. Lənətə gələsən! Niyə bu vəziyyətə qaldığımı bilmirəm!
"Şey" - əlimi geri çəkdim - "mən gedib əl üzümə su çəkim" - ayağa qalxdım.
"Nəyəsə ehtiyacın var?" - başımı iki yana salladım. Sadəcə burdan getməyə ehtiyacım var idi. Çantamı əlimə alıb çevrilməyimlə Ayazın buz baxışlarında yanan alovla qarşılaşdım. Bir an ayaq saxlasam da özümü ələ alıb qapıya doğru irəlilədim.
Dəhlizə çıxan kimi ətrafa baxmağa başladım. Hara gedəcəkdim axı?
Birdən qolumdan çəkilməyimlə sərt nəyəsə çırpıldım. Bir dəqiqə...Bu tanış qoxu.. Ayaz?! Cəld arxaya çəkildim.
"Siz nə edirsiniz?!" - hirslə dodaqlarımı bir-birinə sıxdım. Mənə belə davranmaqdan əl çəkməli idi!
"Əsas sən nə edirsən!" - mırıldandı qıcadığı dişlərinin arasından.
"A-nlamadım"
"Sənanla aranızda nə var?!" - boyun damarları yenə üzə çıxdı. Bu sual da nə idi belə?!
"Sənə deyirəm, Suay!" - qolumu silkələdi.
"Bu sizi maraqlandırmır!" - gözlərini qapayıb dərindən nəfəs aldı. Sanki sakitləşməyə çalışırdı. Yenidən açdığında o gözlərdə dərinlik gördüm. Dibsiz quyu kimi...
"Niyə toxundu sənə?" - səsi ürkütəcək qədər sakit idi. Sanki mədəmdən aşağı nəsə sürüşdü.
"Niyə toxundu dedim, Suay!" - biləyimi sıxdı. Off! İncidirdi!
"Dedim ki, sizi maraqlandırmır . İçəridəki xanımı gözlətməyin" - biləyimi çəkişdirdim. O qədər güclüdü ki!
"Burax!"
"Cavab ver!" - daha da sıxdı. Ağrıya görə üzümü turşutdum. Ağlamaq istəyirdim!
"İncidir" - dedim çarəsizcə. Sanki bir anlıq gözlərindəki buz kütləsi qırıldı. Bir mənə, bir tutduğu biləyimə baxdı. Sonra cəld əlini çəkdi. Digər əlimlə sıxdığı yeri ovmağa başladım. Off!
"Tanımadığın insana bu qədər güvənmə". Bu adam nə danışırdı?!
"Onu sizdən daha yaxşı tanıdığıma şübhəniz olmasın". Həcmli dodaqları yana doğru qıvrıldı. Həminki yalançı gülümsəmə...
"Sənə elə gəlir" - üzü ciddi vəziyət aldı. O baxışlar altında özümü insan qatili hiss edirdim.
"Bunları dinləmək istəmirəm" - bir addım gerilədim. Bir əlini belinə qoydu, digəriylə alnını qaşıdı. Nə düşünürdü? Birdən başını qaldırıb gözlərimin içinə baxdı.
ŞİMDİ OKUDUĞUN
Qırmızı (Tamamlandı)
RomantizmHəyatmı? Nəfəs alarkən yaşamağı unutduğum andanmı bəhs edirsən, yoxsa yaşayıb da nəfəs ala bilmədiyim? Öz mənliyimi qorumağa çalışarkən dibə batdığım andanmı, yoxsa daha güclü olmaq üçün çabalarkən qorxaqlarla yer aldığım eyni sıradanmı?