"Qırmızı, hazırsan?!""Hə!" - səsimin eşidilməyi üçün qışqırmalı oldum.
"Bərk tutun" - qazı basmağı ilə yerimizdən götürüldük. Anındaca dodaqlarımdan qopan çığırı ilə qollarımı belinə doladım. Ilahi, qorxudan sanki ürəyim axıb ayaqlarıma töküldü. Yüksək sürətlə avtoparkdan çıxıb əsas yola girdik. Çox qorxurdum...Qarşıya baxa bilmirdim. Qollarımı daha da belinə sıx dolayıb başımı belinə dayadım. Bu dəqiqə düşdüyümüz yaxın vəziyyət vecimə belə deyildi. Sadəcə qorxurdum...
"Biraz yavaş, xahiş edirəm" - səsim o qədər cılız çıxmışdı ki, motordan çıxan qulaqbatırıcı səslə özüm belə güclə eşitmişdim. Ayaqlarım titrəyirdi.
"Ayaz, yavaş!" - çarəsizliklə qışqırdım. Bu qədər sürətli getmək nəyə lazım idi axı?! Ayazin istiliyi olmasa bu küləkdə çoxdan donmuşdum.
"Suay, qaldır başını" - nə danışırdı belə?!
"Yavaş, Ayaz! Qorxuram!" - qollarımı daha da belinə sıx doladım. Başım dönürdü.
"Qorxma güvən mənə!"
Salamlar əziz oxuyucularım. Bu aralar həm başım qarışıqdı, həm də internet çox zəifdi. Sizi intizarda qoymaq istəmirəm. Ona görə gələcək hissədən qısa fraqment paylaşdım. İnşallah, bu yaxınlarda çalışacam yeni hissəni tamamlayıb göndərim. İzləməkdə olun...
ESTÁS LEYENDO
Qırmızı (Tamamlandı)
RomanceHəyatmı? Nəfəs alarkən yaşamağı unutduğum andanmı bəhs edirsən, yoxsa yaşayıb da nəfəs ala bilmədiyim? Öz mənliyimi qorumağa çalışarkən dibə batdığım andanmı, yoxsa daha güclü olmaq üçün çabalarkən qorxaqlarla yer aldığım eyni sıradanmı?