"Mən hissləri tanımıram, Qırmızı. De mənə bu nədi? Əgər bu sevgidirsə..." - alnını alnıma dayadı - "Səni sevirəm"Zaman durmuşdu...Ürəyimlə beynimin toqquşduğu yerdə idim...Sanki bunu çoxdandı gözləyən qəlbim mən buradayam deyə çırpınırdı. Beynim...O isə qulağıma dəyən son sözlərin yaxasından yapışmış, geri-geri itələyirdi. İstəmirdi onu...Qəbul etmirdi...!
"Qırmızı, bir söz de"
Ayazın üzümə dəyən nəfəsi ayırdı məni bu qarmaqarışıq dava dalaşdan. Başımı yana çevirdim üzümü yalayan nəfəsindən xilas olmaq istərcəsinə. Əlimin altındakı ürəyinin ritmi yavaşımaq bilmirdi. Sanki mənimki ilə inadlaşırdı kim daha sürətlə döyünər deyə.
Çənəmdən tutub üzümü özünə çevirdi - "Susma"
Baxışlarındakı çarəsizliyin altında əzilirdim. Ağır idi bu yaşanılanlar. Rolları dəyişmişdik sanki. O çarəsiz, zəif...Mən qəddar, duyğusuz...
Bir an belə dayanmadan keçən saniyələr boğurdu məni öz səssizliyinin içində. Əlimi çəkmək istəyincə daha da basdırdı sol tərəfinin üstünə.
"Burax..."
Etiraz edərcəsinə səs çıxarıb başını iki yana salladı. Sanki sinəsinə inadla basdırdığı əlim ikimizin qəlbi arasında körpü rolu oynayırdı. Əlimin altındakı israrlı atışlar bədənimdə qasırğa yaradırdı özümdən asılı olmadan. Gözləri bir an belə yalnız buraxmırdı göz bəbəklərimi.
Belə olmaz...Ola bilməz...! Ona olan hissizləşdirici duyğularım itə bilməz! Ona olan qəzəbimə sığınmışdım mən. O yox olsa...Gücsüz düşərdim! Ona dirənə bilməzdim!
"Bəsdi" - əlimi geriyə çəkib divarla arasından çıxdım.
"Bax, anladım çətin uşaqlıq keçirmisən. Dayanılması çətin şeylər yaşamısan. Ancaq ən azından ananın səni sevdiyini, səni istəməyərək buraxmadığını bilirsən". Dayanıb üzünü incələdim. Baxışları 'davam et' deyirdi.
"Mən...Mən o sevginin nə olduğunu belə bilməmişəm" - səsim titrəyincə susdum. Gözlərimi qapayıb dərindən nəfəs aldım. Mənə doğru addım atdığını hiss edincə geriyə çəkildim.
"Məni sözlərinlə əzdin, alçaltdın. O şirkətdə olma səbəbim olan layihəmi parçalara ayırıb üzümə tulladın. Qolumdan tutub istədiyin yerə sürüdün. Qışqırdın. Ağlatdın...!" - divara söykədim bədənimi. Bütün bunları saydıqca bir-bir canlanırdı gözlərim önündə.
"Bütün etdiklərini yaşadığın acılara bağlaya bilərəm. Həqiqətən, Ayaz, bunu qəbul edirəm. Soyuqsan çünki sevgisiz büyümüsən, sərtsən çünki sevgisiz böyümüsən, sevgisizsən çünki sevgisiz böyümüsən. Hamısı qəbul edirəm, Ayaz!". O susduqca əsəblərim tarıma çəkilirdi. Bu dəfə mən ona doğru addım atıb, çənəsindən tutdum.
"Üzümə bax! Bütün etdiklərini yaşadıqlarına görə heç yaşanmamış kimi unuda bilərəm. Ancaq o gecə etdiklərin? Onu nə ilə unutduracaqsan?! Ona necə bir səbəb tapacaqsan?!". Gözlərimə dolanan gözləri bu dəfə gücsüzlüklə parlayırdı. Elə qəribə hiss etdirirdi ki bu...Qarşımdakı adam tükənmişdi sanki. Məgər mən onun qüdrətli heybətinə öyrəşmişəmmiş. Bu o qədər dayanılmaz gəlir ki...
BẠN ĐANG ĐỌC
Qırmızı (Tamamlandı)
Lãng mạnHəyatmı? Nəfəs alarkən yaşamağı unutduğum andanmı bəhs edirsən, yoxsa yaşayıb da nəfəs ala bilmədiyim? Öz mənliyimi qorumağa çalışarkən dibə batdığım andanmı, yoxsa daha güclü olmaq üçün çabalarkən qorxaqlarla yer aldığım eyni sıradanmı?