Yeni Hekayə !!!

121 18 18
                                    

Hərkəsə Salam! 🤚

Bəli, artıq geri qayıtmaq və yeni hekayələrimi sizlərlə paylaşmaq istəyirəm😊 Bilirəm, çox ara verdim. Sizi nigaran saxladım. Bu postu da paylaşmağımın səbəbi həm yeni hekayəmin müjdəsini vermək, həm də məni gözləyən və yazı üslubumu bəyənən oxuyucularımın sayını bilməkdi. (Göstərin özünüzü 💪)

Deməli belə... Əvvəlcə necəsizBu illər ərzində kim özünü hansı istiqamətdə inkşaf etdirib (Oxuyan hər kəsin fikrini gözləyirəm). Kimlər hekayə yazmağa başlayıb (Başlayan varsa əgər linki mənə göndərsəz sevinərəm. Oxuyub istəyənə bacardığım qədər kömək etməyə çalışaram🤝)

❗️İlk öncə onu deyim ki yeni hekayəmi Qırmızı bitdikdən dərhal sonra yazmağa başladım. Yəni 4 il əvvəl. Və yazdıqca gördüm ki özümü daha da inkşaf etdirəm. Bu səbəblə qərara gəldim ki vaxt olduqca Qırmızını da yenidən redaktə edim. Bunun sözünü indi vermirəm, ancaq inşallah mütləq bir gün vaxt tapdıqca düzəlişlər edəcəm. 🙏

Keçək yeni hekayəyə... ❗️

Təbii ki, hələlik adını və mövzusunu gizlin saxlayacam. Biraz səbrsizlənin 😉
Bu hekayə üçün həddindən artıq araşdırma etdim və edirəm də. Sizi yalnış məlumatlandırmamaq üçün əlimdən gələni edirəm, inanın mənə. Hətta bəzən o qədər araşdırma edirdim ki artıq bezirdim. Yazmaq istəmirdim. Bir müddət yazdım saxladım. Yenə həvəsə gəlib yazdım yenə saxladım. Belə-belə 4 il müddətində uzandı bu proses. Onu qeyd edim ki hekayə bitməyib. Yazmağa davam edirəm. Paylaşmaq istəməyimin səbəbi sizin fikirlərinizi öyrənmək üçün səbirlənməyimdi. Gördüm ki yazmaq üçün insan həvəsə gəlməlidi. Həvəsə gəlmək üçün isə onu paylaşmalı və bu haqda fikirləri öyrənməlidi. Yoxsa insan düşünür.

Görəsən, bu sözü bura yazsam oxuyucular bəyənəcək? Mövzu neçə insanın qəlbinə toxunacaq? Bəlkə elə aldığım nəticə bu əziyyəti çəkməyimə dəyməyəcək və sairə və ilaxır.

Yəni, əziz və dəyərli oxuyucularım sizin dəstəyinizə böyük ehtiyacım var. Yaxşı və pis, fərqi yoxdu fikirlərinizi bildirə bilərsiniz. Tənqidin insanı hər zaman inkşaf etdirdiyinə inanmışam. Sağlıqla qalın ♥️♥️♥️

Qırmızı (Tamamlandı)Donde viven las historias. Descúbrelo ahora