3 hissə

570 70 8
                                    


Off!  Lənətə gələsən! Bu telefonu biri söndürsün..! Başımı yastığın altına saldım! Nə fayda...Sanki telefon qəsdimə durmuş kimi susmurdu!

"Off!" - çarəsiz qalıb yastığı hirslə kənara atdım. Gözümü açmadan əlimi kənardakı çəkməcənin üzərində gəzdirdim. Budur, əlimə gələn telefonla kimin zəng etdiyinə baxmadan qulağıma qoydum.

"Suay!" - deyə qarşıdan gələn çığırma səsi ilə üzümü turşudub, cəld  telefonu qulağımdan uzaqlaşdırım. Təbii ki, səhərin gözü açılmamış zəng edən Nərmindən başqası ola bilməzdi. Bu qızın gecələr yatıb-yatmadığına hərdən şübhə edirəm, doğrusu. Yenidən telefonu qulağıma götürüb dinləməyə çalışdım. Təbii, belə cır səsi necə dinləmək olarsa.

"Suay, indi oyandım demə!" - deyə çığırması ilə artıq beynim zonquldamağa başlamışdı.

"Dünya hələ oyanmayıb, mənim oyanmamağımın nəyi qəribədi?" - deyə qəribə cümlə qurdum. Bunun üçün özümü mütləq cəzalandırmalı idim.

"Saata bax" - bu dəfə yavaş tərzdə dillənməsi ilə telefonu asta hərəkətlə qulağımdan uzaqlaşdırdım. Zorla gözümün birini açıb divardakı saata baxmağımla yerimdən dik atıldım. Gecikmişdim! 

"Zəhrimara qalasan!" - hirslə telefonu kənara atıb, cəld yerimdən götürüldüm. Əl-üzümü yumaq üçün hamama tərəf qaçırdım ki, ayağımın stula ilişməsi ilə soyuq döşəməni qucaqladım.

"Offf!  Zibilə qalasan!".

"Suay, nolub, qızım?!" - deyə nənəm həyəcanla içəri girdi. Birtəhər bədənimi döşəmədən ayırıb yerdə oturaq vəziyyətə gəldim. Ağrıyan ayağımı əlimə alıb ovuşdurmağa başladım.

"Döşəməmizi çox sevdiyimi demişdim?" - ağrıya görə üzümü turşudaraq soruşdum. Sualıma qarşı nənəm çaşqınlıqla üzümə baxdı.

"Nə danışırsan, ay bala?".

"Deyəsən, nəvənə yenidən gəzməyi öyrətməli olacaqsan, Təranə xanım" - istehza dolu cümləmə qarşı qaşlarını çatdı.

"Böyüyüb məni dolayır" - dedi zarafatyana əsəblə. Bu hərəkətinə gülümsəyəcəkdim ki...Zibilə qalasan! Gecikirdim! Ayağımın ağrısına əhəmiyyət vermədən cəld yerdən götürülüb hamam otağına qaçdım. Gündəlik işimi gördükdən sonra ilk əlimə gələn cins şalvarımla, qırmızı köynəyimi geyindim və nənəmin xeyir-duasını aldıqdan sonra qaçaraq evdən çıxdım. Həyətdə gözləyən taksiyə doğru irəlilədim və qapını açıb əyləşdim. Bir saatlıq yoldan sonra taksi şirkətin qarşısında dayandı. Cəld pulu ödəyib maşından endim və iti addımlarla içəri daxil oldum. Bir-iki tanıdıq insanın süni gülüşünə qarşı eyni tərzdə cavab verib otağıma qalxdım. Çantamı kənara qoyub çox vaxt itirmədən masa arxasına keçib işə qoyuldum. Saatlarla işləməyimin ardından belimdəki ağrıyla inildəyərək geriyə söykəndim. Off! Hər tərəfim tutulmuşdu. Tərpənmədən saatlarla eyni vəziyyətdə qalanda sonu belə olacaqdı, təbii ki. Bir tərəfdən də səhər heçnə yemədiyim üçün mədəm aclıqdan fövqəladə vəziyyət elan etmişdi. Ağrıyan boynumu yana oynatmağımla gözüm qapının pərvazına söykənmiş Sənana ilişdi. Nə qədər vaxtı ordadı? Tərəddütlə içəri daxil olub masanın qarşısında dayandı. Gərgin görünürdü.

"Qapını döydüm ancaq eşitmədin" - dedi yarıağız gülüşlə.

"Başım yaman qarışıb. Keç əyləş" - əlimlə kreslonu işarə etdim.

"Suay, əslində mən başqa şey üçün gəlmişdim" - susdu - "Dünən olanlar..."

"Unut getsin" - mən çoxdan unutmuşdum. Qaşları təəccüblə havalandı.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now