Ayaz...!Həminki iri cüssə...Həminki nazik kirpiklər arasında insanı öz dərinliyinə çəkən qara gözlər. Yenə əlçatmaz görünürdü...Üzərində iri cüssəsinə görə tikilmiş qara kostyum var idi. İstəmsizcə gülümsədim. Məni məhv edərkən öz möhtəşəmliyindən bir şey itirməmiş, bu azmış kimi daha da üstünə qoymuşdu. Görəsən unutmuşmuydu məni? Bədənimdə onun izlərini daşıyarkən, o silmişmi mənimlə olan izləri? Silə bilmişmi?!
Onun girişi ilə ayağa qalxan bir neçə insanla əl-ələ görüşdü. Gülümsəmə adına üzündə heç bir əzələ oynamadı belə. Əlindəki sənədləri masaya yerləşdirib masanın baş ucunda onun üçün ayrılmış boş yerə əyləşdi. Hələ də məni görməməyi normal idi. Adam göz ucuyla belə olsun birinə baxmamışdı ki, içəri girəndən bəri. Qaba əllərinə yaraşmayan incəliklə pencəyinin qol düymələrini düzəltdi. Otağa sakitlik çökmüş, mənimlə birgə bir neçə xanım onun hərəkətlərini anbaan izləyirdi. Bu qədər insanın gözlərinin onun üzərində olmasına baxmayaraq elə rahat davranırdı ki...Kimsə yoxmuş kimi...
"Bəli, hər kəs gəldiyinə görə artıq başlaya bilərik". Sonda, qıcıqlandırıcı səssizliyi Azər bəyin səsi pozmuşdu.
Buna qarşı bir çox insanın baxışlar bizə tərəf çevrildi.
"Bizim təqdim edəcəyimiz layihə hazırdı" - üzünü mənə çevirdi Azər bəy - "Təbii ki, Suay xanımın sayəsində".
Ayaz anındaca gözlərini, dikdiyi sənədlərdən qaldırdı. Həmin an uçdu hər şey. Bir tək Ayazın gözlərimə dolanan gecə qarası gözləri qalmışdı. Görürdüm...Duyğusuz pərdəsi çəkilmiş baxışlarında hər şeyi görürdüm. Çaşqınlığı...Həyəcanı...
Ürəyim qəzəblə döyünməyə başladı o an. Yenə o gecə canlandı gözlərim önündə. Qarşımdakı iriləşmiş gözlər həmin gecəki ürkütücü gözlərdi. Məni tükənmiş vəziyyətdə otağın hıcqırıqlarıma qarışan səssizliyi ilə baş-başa qoyub gedən adama məxsusdu həmin gözlər. Qəzəbindən sonuna qədər pay aldığım adam...!
Əlimdəki qələmi sıxdım gərginliyimi ondan çıxarırcasına. Otaqdakı danışıqlar qulaqlarımda uğuldayırdı. İçimdə qopan fırtınalara inad qətiyyətlə baxmağa çalışırdım gözlərinin içinə. Bu dəfə qaçırmayacaqdım gözlərimi o qaralardan. İnadsa inad! Nifrətsə nifrət!
Qısa bir an gözlərini yanımda əyləşən Azər bəyə çevirib yenə mənə döndü. İndi qışqırıq atan qara gözlərin səbəbi nə idi belə?!
Qoluma toxunan əllə diksinib gözlərimi Azər bəyə çevirdim.
"Sizinlədi" - dedi gözləri ilə orta yaşlı adamı işarə edərkən. Bir şey anlamamışdım. İndi niyə bu otağa sükut çökmüşdü?
Orta yaşlı adam sual dolu baxışlarımı görmüş olacaq ki, gülümsədi və bir daha təkrarladı sözlərini.
"Suay xanım, bir müddət Ağazadələrlə işləməyinizə baxmayaraq indi bizim rəqibimizlə eyni cəbhədə olduğunuzdan danışırdım" - sona doğru ciddi vəziyyət aldı. Bunun nə mənası vardı ki? Üzümə sabitlənən sayını bilmədiyim gözlərdən narahat olurdum artıq.
"Bu adam kimdi?" - deyə soruşdum sadəcə Azər bəyin eşidəcəyi tonda.
"Baş memar" - deyə cavabladı eyni tərzdə. Bəs Sənan? Ona nə olmuşdu? Ah, böyük ehtimalla Ayaz onu qovmuşdu.
YOU ARE READING
Qırmızı (Tamamlandı)
RomanceHəyatmı? Nəfəs alarkən yaşamağı unutduğum andanmı bəhs edirsən, yoxsa yaşayıb da nəfəs ala bilmədiyim? Öz mənliyimi qorumağa çalışarkən dibə batdığım andanmı, yoxsa daha güclü olmaq üçün çabalarkən qorxaqlarla yer aldığım eyni sıradanmı?