"Salam mən, Sənan"
Yox! Yox! Yanlış anlamamışdım. Qarşımdakı adam odu. Sarı saçları...Qəhvəyi gözləri...Bu Sənan idi. Çaşqınlıqla bir ona, bir mənə uzatdığı havadakı əlinə baxırdım. İndi haradan çıxmışdı bu adam?!
"Saçların..." - əli ilə saçımı işarə etdi - "Təbiidi?". Boş-boş baxdım eləcə üzünə. Mənlə oyun oynayır?! Bir şey söyləmədən geriyə çevrilib əlimdəki bardağı masaya qoydum və çıxışa doğru irəliləməyə başladım.
"Suay! Suay! Dayan!". Səslənməsinə əhəmiyyət vermədən ayağıma ilişən paltarımın ətəyini qaldırıb daha da itiləşdirdim addımlarımı. Hansı üzlə qarşıma çıxmışdı?! Hələ bir oyun oynayır mənlə!
Azər bəy qarşıma çıxınca dayanmalı oldum.
"Suay xanım, nə baş verir? Yaxşısız?". Ah, bir siz çatmırdınız!
"Özümü yaxşı hiss etmirəm. Getsəm yaxşı olar". Açıqlama verənəcən Sənan da gəlib çıxmışdı.
"İcazənizlə". Yanlarından ayrılacağım zaman Sənan qolumdan tutunca dayanmalı oldum.
"Dayan, Suay". Geriyə çevrilib qolumu tutan əlinə baxdım. Cəld geriyə çəkdi əlini. Bax belə!
"Siz tanış olmusunuz artıq?". Azər bəyin sual dolu gözləri ikimiz arasında gedib gəlirdi. O sualı mən verməli idim! Azər bəylə Sənanın nə əlaqəsi?!
"Mən də Zahidovlarla işləməyə başlamışam" - deyə dilləndi Sənan beynimdəki sualı cavablandıraraq. Zibil! Ayağımı yerə vurma istəyimi güclə basdırdım.
"Hər şey qaydasındadı?". Azər bəyin səsinə qarşı gülümsəməyə çalışdım. Aramızdakı problemi başqasına əks etdirməyə ehtiyac yox idi.
"Əlbəttə". Sənanla eyni anda dillənincə Azər bəy bir anlıq duruxsunsa da sonra gülümsəməyə başladı. Hirslə dodaqlarımı bir-birinə basdırdım. Deyəsən, Sənan da gizləməkdən yana idi. Ya da onun üçün gizlədiləcək bir şey yoxdu. Off! Hər nəysə!
"Bir şey anlamadım. Ən yaxşısı mən sizi baş-başa buraxım" . Azər bəy yanımızdan ayrılınca mən də geriyə çevrilib yenidən yoluma davam etməyə başladım.
"Suay belə etmə, dayan danışaq". Bir kölgə kimi yanımda irəliləməsinə baxmayaraq onu görməməzliyə vururdum.
"Suay! Dostluğumuzun xətrinə". Ayaq saxlayıb ona tərəf çevrilincə o da dayandı.
"Dostluq?" - kinayəylə dilləndim. Artıq gülümsəməmi saxlaya bilmirdim.
"Hansı dostluqdan danışırsan?"
"Xahiş edirəm, qulaq as mənə. Hər şeyi izah edəcəm". Başımı etiraz edərcəsinə iki yana salladım. Əsla!
"Məndən uzaq dur" - yenidən irəliləməyə başladım. Boğulurdum artıq! Onu yanımda hiss edincə daha da gərilirdim.
"Getmə, danışaq!". Onu eşitməməyə çalışsam da alınmırdı. Səbr kasam hər an daşa bilərdi. Lənətə gələsən, uzaq durun artıq! Çölə çıxınca ətrafa baxınmağa çalışdım bu qaranlıqda taksi tapmaq ümidi ilə.
DU LIEST GERADE
Qırmızı (Tamamlandı)
RomantikHəyatmı? Nəfəs alarkən yaşamağı unutduğum andanmı bəhs edirsən, yoxsa yaşayıb da nəfəs ala bilmədiyim? Öz mənliyimi qorumağa çalışarkən dibə batdığım andanmı, yoxsa daha güclü olmaq üçün çabalarkən qorxaqlarla yer aldığım eyni sıradanmı?