Son

802 100 58
                                    


~ Bu qadın nə edirdi belə?! Telefonu üzümə bağlamağının cəzasını ona ağır verəcəkdim! Yumruğumu keçirdim divara bütün qəzəbimlə! Ağır cəzaymış! Sanki onun telinə qıya bilirmişəm kimi! Hirslə qalstuku açıb kənara tulladım. Ah, Qırmızı sən mənə səbrimi sınamaq üçün göndərilmisən?!

Telefon zəng çalınca cəld ekrana baxdım. Bir sən əksik idin!

"Nədi?!". Onsuzda qəzəbimi birindən çıxmalı idim!

"Oğlum, Suay!" - dedi həyəcanla. Səsi qorxutmuşdu məni.

"Nə, nə olub Suaya?! Cavab ver!" - əlim ayağım tutmaz oldu bir anlıq.

"Hər şeyi öyrəndi" - deyincə olduğum yerə kilitləndim.

"Nə dedin sən?!" - eşitdiklərim doğru ola bilməzdi. Doğru olmamalıydı!

"Oğlum özündə deyiliydi. Qaçaraq çıxdı evdən. Tez gəl!". Necə özündə deyiliydi?! Nə danışırdı bu adam?! Əgər öyrəndisə...!

Anındaca özümü çölə atdım - "Onu necə tək buraxarsan?! Dalınca get! Eşidirsən məni?! Əgər ona bir şey olsa...!" - maşının təkərinə keçirdim təpiyimi - "Onu tut!" - bütün qəzəbimlə qışqırıb maşına əyləşdim. Var sürətlə yolda irəliləyərkən beynimdə elə səhnələr canlanırdı ki! Necə öyrəndi?! Ya ona bir şey olsa! Zibil! Nəfəsim daralınca pəncərəni açdım. Nə haldadı kim bilir! Qorxu bütün bədənimə hakimlik edirdi. Məhv olacaqdıq!

"Ahhh!!!" - bütün gücümlə bağıraraq sükana vurdum ardarda. Ən yüksək sürətdə idim. Ona tez çatmalıyam. Zəhrimara qalasan! Dinləməyəcəkdi məni!

Evin qarşısına çatınca insan yığını yolumu kəsdi. Maşını saxlamalı oldum. Nə baş vermişdi?! Cəld aşağı enib qaçaraq oraya çatdım. Tanış səslər var idi. Yoox! Yoox! Olmayacaqdı elə bir şey!

İnsan topasını yarmağa başladım. Sonda gördüyüm insan...Həyatım durdu....Yerdə cansız yatırdı. Qan qırmızısına bulanmışdı ağappaq bədəni. Yerdə yatırdı mənim qadınım! Ondan başqa hər şeyi görməz oldum. Kimsə silkələyirdi məni, ancaq...

Ona qaçdım. Sevdiyim qadına...Qucağıma aldığım bədəni ət kimi sallanmağa başladı qollarımdan. Dayandım. Üzünü qavradım.

"Qırmızı...Gözəlim mənə bax. Mənə bax Suay, yalvarıram bax". Səssiz idi. Mavi gözlərini gizlədirdi məndən. Bu qədər güclü deyildim! Buna dayanacaq qədər güclü deyildim mən!

"Suay!" - qışqıraraq onu çağırdım. Gilə-gilə axıtdığım yaşlar gözəl üzünə damlayırdı.

"Getmə, yalvarıram! Öldürmə məni!". Səssiz idi. Heç olmadığı qədər! Alnından öpdüm. Qanlı dodaqlarından. Saçlarından. Bax, qollarım arasındaydı. Yanımdaydı mənim.

Ayağa qalxıb qucağıma aldım onu. Soyuq olardı ona yerdə. Üşüyərdi...Kənara çəkilən adamların arasından addımlamağa başladım. Aşağı doğru sallanan qırmızı saçlarını külək yelləyirdi. Biraz daha çəkdim onu özümə. Saçlarını qoxladım. Hər zamankı kimi gül qoxuyurdu. Mənim gülüm...

Qırmızı (Tamamlandı)Where stories live. Discover now