Zülmət qaranlığımda boğulmağa davam edərkən yeni bir səhər daha açılmışdı. Yanımda qırmızı günəşim olmadan gündüzlə gecənin bir fərqi yox idi mənim üçün. Hər yer qaranlıq idi mənə. Hər gün, hər səhər...Onun həyatıma saldığı işığa elə öyrəşmişdim ki, öz qaranlığım da yer tapa bilmirdim özümə. Yad idi artıq buralar mənə. Mənim yerim artıq qaranlıq deyildi. Mənim yerim onun qırmızı işığının kölgəsi idi. Ruhumu isidən istiliyi idi.
Geniş yataqda yenə tək idim. Boş idi onuntək qoxan yatağın sol tərəfi. Bir vaxtlar qırmızı saçlarının bəzədiyi yastıq, indi soyuqluğu ilə titrədirdi məni. Nəfəsimə dolan gül qoxusu yox idi artıq. Ondan bir tək geriyə qalan barmağımdakı üzük idi. Yox idi mavi gözləri...İncə səsi...Həsrət idim ona. Qadınıma...Qızıma. Qızımıza...İtirmişdim hər ikisini.
İstəməyərək yerimdən qalxdığım bir gün daha...Onsuz keçəcək yeni bir gün. O qədər çəkilməzdi ki, onsuz bu ev. Qadınımın səsini durmadan zümzümə edən soyuq divarlar belə məni günahlandırırdı. Hər şey mənasız...Hər şey boş...Nəfəs almaq belə...
Aynanın qarşısında dayandım. Uzanmış saqqalım arasında itmişdi yorğun üz cizgilərim. Onsuz bu idim artıq mən. Hər gün biraz daha peşmançılıqla tükənmişliyə doğru gedən adam...Aciz adam. Canlı ruh, ya da cansız canlı...Fərqi yoxdu. Hər hansı biri, ya da hər biri. Onsuz idim artıq mən. Tək gerçək bu idi...
ŞİMDİ OKUDUĞUN
Qırmızı (Tamamlandı)
RomantizmHəyatmı? Nəfəs alarkən yaşamağı unutduğum andanmı bəhs edirsən, yoxsa yaşayıb da nəfəs ala bilmədiyim? Öz mənliyimi qorumağa çalışarkən dibə batdığım andanmı, yoxsa daha güclü olmaq üçün çabalarkən qorxaqlarla yer aldığım eyni sıradanmı?