Evǝ gǝlib çatdığımızda günorta idi. Yalnız içǝri girincǝ evim üçün necǝ darıxdığımı hiss etmişdim. Dünyanın ǝn şık otel otağı belǝ öz evimin yerini vermirdi. Hǝr şey yerli yerindǝ, qoyub getdiyimiz kimi idi. Tǝbii, bunda Zöhrǝnin rolu böyük idi. Getmǝmişdǝn öncǝ açarları ona verib hǝftǝdǝ bir dǝfǝ tǝmizlik etmǝsini xahiş etmişdik. Elǝ bizi dǝ Zöhrǝ qarşılamışdı. Gǝlǝcǝyimizi bildiyi üçün yemǝk bişirmişdi, ancaq nǝ Ayaz yemişdi nǝ mǝn. Ayaz duş alıb ǝynini dǝyişib şirkǝtǝ getmişdi. Əvvǝlcǝ mǝnim dǝ ona qoşulmaq fikrim olsa da üstümdǝki yorğunluq buna yola vermǝmişdi.
Duş alıb tǝmizlǝndikdǝn sonra yatağa atmışdım özümü. Axır zamanlar bu hallar yaman çoxalmışdı. Heysiz hiss edirdim özümü. Sanki dünyanın işini gördürmüşdülǝr mǝnǝ. Hǝtta bir neçǝ dǝfǝ Ayazla tura çıxdığımızda mǝnǝ görǝ yarımçıq geri qayıtmışdıq. Axır zamanlar tez yorulurdum.
Oyandığımda hava alatoranlıq idi. Yatağın yanındakı çǝkmǝcǝnin üzǝrinǝ qoyduğum saata baxdım. Saat 20:00'u göstǝrirdi. Artıq yaz ayı olduğu üçün hava gec qaralırdı. Üstümdǝki nazik adyalı kǝnara atıb ayağa qalxdım. Əl-üzümǝ su çǝkdikdǝn sonra otaqdan çıxıb aşağı düşdüm. Ətraf sǝssiz idi.
Mǝtbǝxǝ keçdim. Zöhrǝ bar stulunda ǝylǝşmiş, ǝlindǝki telefona baxaraq gülümsǝyirdi. Mǝni hiss etmǝdiyi üçün boğazımdan boğuq sǝs çıxardım. Cǝld başını qaldırıb çaşqınlıqla mǝnǝ baxdı. Telefonu masaya qoyub qarşıma keçdi.
"Mǝn, gedǝcǝkdim. Ayaz bǝy gǝlmǝdiyi üçün sǝni tǝk qoymaq istǝmǝdim" - dedi bir nǝfǝsǝ.
Üzündǝ pǝrt olmuş ifadǝ var idi.
Minnǝtlǝ gülümsǝdim - "Çox sağol" - deyib masa arxasında ǝylǝşdim.
Əlimlǝ stulu göstǝrdim - "Otur, biraz söhbǝt edǝk". Stulu çǝkib ǝylǝşdi.
"Deyǝsǝn, hǝr şey yaxşıdı" - deyǝ soruşunca qaşlarını çatdı. Gözlǝrimlǝ telefonu işarǝ etdim.
Yanaqları qızardı. "Yaxşıdı" - çǝkinǝrǝk dillǝndi.
"Lap yaxşı. Sǝnǝ başqa deyǝcǝklǝrim var"
Çiyinlǝrimi diklǝşdirdim. "Bilirsǝn, mǝn özüm tǝk yaşamışam. Yǝni, nǝnǝmdǝn sonra. Yemǝk bişirmǝyi dǝ ev işlǝrini dǝ bacarıram. İndi, bilmirǝm, yenidǝn işlǝmǝyǝ başlasam yǝqin ki, evin tǝmizliyini çatdırmayacam. Ona görǝ sǝninlǝ belǝ danışaq. Sǝn hǝftǝdǝ iki dǝfǝ evin tǝmizliyi üçün gǝlǝrsǝn"
Gǝrildiyini hiss edincǝ yanlış anlamasından qorxaraq cǝld sözǝ atıldım.
"Narahat olma, eyni maaşı alacaqsan" - deyincǝ hiss olunacaq dǝrǝcǝdǝ rahatladı.
Mǝqsǝdim onu işindǝn etmǝk deyildi. Hǝm, az iş görüb eyni maaşı alacaqdı. Mǝn, sadǝcǝ evdǝ başqa birinin olmasını istǝmirdim. Özümü tanıyandan nǝnǝmlǝ yalnız ikimiz yaşamışdıq. İndidǝ Ayazla baş-başa olmaq istǝyirdim.
YOU ARE READING
Qırmızı (Tamamlandı)
RomanceHəyatmı? Nəfəs alarkən yaşamağı unutduğum andanmı bəhs edirsən, yoxsa yaşayıb da nəfəs ala bilmədiyim? Öz mənliyimi qorumağa çalışarkən dibə batdığım andanmı, yoxsa daha güclü olmaq üçün çabalarkən qorxaqlarla yer aldığım eyni sıradanmı?