Off! Başım!...Sanki beynimdə qazmaqla deşik açırlar. Qaranlıqdı. Çox qaranlıq..."Suay" - tanış, ancaq ayırd edəmədiyim səsi eşitməyimlə gözlərimi açmağa çalışdım. Off! Ağrıdan mümkün deyildi.
"Suay, yaxşısan?". Səsin ardından yanağımda istilik hiss etdim. Bu da nə idi belə? Zorla da olsa gözlərimi araladım, lakin beynimdən qopan sərt ağrıyla yenidən qapamalı oldum. Zibil! Beynimi çəkiclə yarırdılar sanki. Əlimi başıma qoyub ağrıyan yeri sıxmağa çalışdım.
"Çox ağrıyır" - ağrıya görə üzümü turşudub hələ də kiminlə danışdığımı bilmədiyim adama səsləndim. Nə olmuşdu mənə axı?!
"Şştt, qorxma, bir də cəht elə". Səs elə qayğılı idi ki...Bir daha göz qapaqlarımı aralamağa çalışdım. Beynimdən sərt ağrı qopasa da bu dəfə alınmışdı. Bulanıqlaşan görünüş aydınlanınca boz rəngli tavanla qarşılaşdım. Bura haradı belə? Cəld yerimdə dikəlirdim ki, sol çiynimdən qopan sərt ağrıyla dodaqlarımdan çığırtı qopdu.
"Ahhh!" - əlimi ağrıyan yerə basdırıb geriyə uzandım.
"Yavaş Qırmızı, özünü incidirsən". Qırmızı?! Bir dəqiqə, bu? Boynumu sağa döndərməyimlə Ayazın heybətli cüssəsi görüş mərkəzimə girdi. Onun yanımda nə işi var idi?
"A-ayaz?" - əlimi nəyin üzərində uzandığımı bilmədiyim yumşaq yerə basdıraraq azca dikəlib gözlərimi ətrafda gəzdirdim. Yerə səpilmiş sənədləri görüncə cəld gözlərimi ona çevirdim.
"Təzyiqin düşüb yəqin. Huşunu itirmişdin". Xatırlayırdım...Mənə səsini qaldırması...Başımın dönməyi...Addım səsləri...
"Nə vaxtdan bəri burdayam?"
"On-beş dəqiqə olub". Səsində narahatlıq sezmişdim? Yoxsa...yoxsa mənim üçün qorxmuşdu?
"İç" - çənəmi tutub nə vaxt əlinə aldığını bilmədiyim suyu dodaqlarıma yaxınlaşdırdı. Qaraları o qədər yaxınımda idi ki...Bu dəqiqə urəyimin zonqultusu beyniminkini basdırırdı. Dodaqlarımı aralamağımla sərin suyu ağzıma doğru axıtdı. Qurumuş boğazımı yalayaraq aşağı doğru sürüşən su ilə nə qədər susuzdadığımı indi anlayırdım. Stəkanı yerə qoyub mənə doğru çevrildi.
"Yemək yeməmişdin?" - qaşlarını çatdı.
"Xeyr" - geriyə söykəndim.
"Niyə? Yemək almağa pulun yox idi?!" - bu dəfə səsi sərt idi. Alnı qırışmışdı.
"İ-işlər çox idi" - başımdan qopan ağrıya üzümü turşutdum - "vaxt olmadı yeməyə".
"Sənə işləri bitir demişdim, ac qal yox!" - əlini boynuna götürüb sıxdı. Yenə mən günahkar idim?! On il əvvəlin sənədlərini bir gündə bitirməyimi tələb edərkən nə düşünürdü bəs?!
Gözlərini gözlərimdən ayırıb başını arxaya doğru çevirdikdən sonra yenə mənə tərəf döndü.
"Onsuzda bitirməmisən, ac qaldığına belə dəyməyib". Bu adam ciddiydi?! Mən bu haldaykən belə yaralayıcı sözlərini əskiltmirdi. Cəld ağrıyan başıma inad yerimdə dikəldim. Burda qalsaydım yenə alçalacaqdım. Bir daha buna icazə verməyəcəkdim!
Ayağa qalxırdım ki başımın dönməyi ilə döşəməni qucaqlayacağım zaman özümü Ayazın güclü qollarında tapdım. Tutmuşdu...Qeyri-ixtiyari əllərimi geniş çiyinlərinə yerləşdirdim. Bu vəziyyət...o qədər qəribə idi ki. Əlimin altındakı bədəni gərildi. Tərəddütlə başımı yuxarı qaldırdım. Göz-gözə, burun buruna idik. İndi ürəyimin yerindən çıxma çabaları da nə idi belə? Başını iki yana silkələyib biraz geriyə getdi.
YOU ARE READING
Qırmızı (Tamamlandı)
RomanceHəyatmı? Nəfəs alarkən yaşamağı unutduğum andanmı bəhs edirsən, yoxsa yaşayıb da nəfəs ala bilmədiyim? Öz mənliyimi qorumağa çalışarkən dibə batdığım andanmı, yoxsa daha güclü olmaq üçün çabalarkən qorxaqlarla yer aldığım eyni sıradanmı?