Eləcə qaldım orada. Nə bir addım irəli gedə bildim nə geri. Sadəcə izləyirdim gözlərim önündə baş verənləri. Sənan və Nərmin...! Beynim heç cürə bu iki insan arasında əlaqə yarada bilməzkən gözlərim tam əksini göstərirdi mənə.
Sənan maşına əyləşib oradan uzaqlaşınca ayaqlarımı asfalt döşəmədən ayırıb Nərminə doğru irəliləməyə başladım. Beynimdən istəmsizcə keçən yandırıcı düşüncələri yox etməyə çalışırdım hər addımımda. Bu ola bilməzdi! Olmayacaqdı...!
Nərmin içəri girmək üçün çevrilincə məni gördü. Eləcə dayandı mənə doğru bir addım atmadan. Əlimlə saçımı geriyə atıb soyuq havanı içimə çəkərək addımlarımı itiləşdirdim. Gördüklərimin mütləq bir açıqlaması olacaqdı, bilirəm.
Qarşısında dayandım. Hər zaman qollarını boğazıma dolayıb məni boğmağa çalışan insan, bu dəfə gözlərini belə qırpmırdı. Yox! Beynimdəki uyğunsuz düşüncələrə haqq verməyəcəkdim!
"Deyəsən, mənə deyəcəklərin var" - içimdəki fəryada inad sakit çıxan səsim məni belə təəccübləndirdi. Qaşları havalandı.
"Məncə sənin mənə deyəcəklərin olmalıdı" - eyham dolu səsi ilə çaşqınlıq yaşadım.
"Anlamadım. Nə deməyə çalışırsan?"
"İkimizdə Sənanla əlaqəli danışmayacağıq?". Başımı salladım, sadəcə. Nədi, onları gördüm deyə qabaqdangəlmişlik edirdi?!
Çevrilib butikə girincə mən də arxasınca getdim. Bu işin sonu heç yaxşıya getmirdi. İçimə dammışdı...
"Keç, əyləş". Hıh, bu qız nə edirdi belə?!
"Onun burada, səninlə nə işi var?" - sonda dayana bilməmişdim. Beynimdə bakteriya kimi bölünərək çoxalan suallar dilimin ucunda yuva qurmuşdu.
"Burada qəribə nə var ki, görüşürük". Vecsizliklə dediyi sözlər tək-tək beynimə qazındı. Hisslərim deyil, qəbul etmək istəmədiyim düşüncələrim haqlı çıxırdı.
"Nə qədər vaxtdı?"
"Bu nə sualdı?"
"Cavab ver!". Yüksək çıxan səsimə qarşı duruxsundu. Bir anlıq gözlərini döyməyə başladı.
"İki həftəyə yaxındı". İlahi, yox! Yox!
"Yəni, mən Kanadadan gəldiyimdən bu yana". Başını yuxarı-aşağı salladı. Zibil! Üzümü əllərim arasına aldım. İçimi yandıraraq yuxarı doğru qalxan şeyin nə olduğunu anlamırdım.
"Sən nə etdin, Nərmin?" - sadəcə fısıldadım. Hələ də inkar etməyə çalışırdı beynim hər şeyi. O bunu etməzdi...! Üzümə boş-boş baxmağı məni çilədən çıxarırdı.
"Cavab ver mənə! Bütün olanları ona dedin hə?! Hər şeyi bircə-bircə ona dedin!". Bədənimdəki bütün sümüklərin tək-tək sızıltısını hiss edirdim.
"Bəsdi! Özünə gəl! Hər şeyi özünlə əlaqəli sanırsan! Kiminlə dostluq edib kimə nə deyəcəyimə sən qərar verməyəssən!". Eşitdiklərimlə ağzı açıq eləcə qaldım. Ağlamaq hissi o qədər güclü gəlirdi ki...Bu qarşımdakı kim idi belə?!
"Onda inkar et! Heçnə deməmişəm de!". Üzümə gözünü döyərək baxması hər şeyin cavabını vermişdi.
ESTÁS LEYENDO
Qırmızı (Tamamlandı)
RomanceHəyatmı? Nəfəs alarkən yaşamağı unutduğum andanmı bəhs edirsən, yoxsa yaşayıb da nəfəs ala bilmədiyim? Öz mənliyimi qorumağa çalışarkən dibə batdığım andanmı, yoxsa daha güclü olmaq üçün çabalarkən qorxaqlarla yer aldığım eyni sıradanmı?