5 hissə

434 66 2
                                    


"Nənə yavaş" - qoluna girdim ayağa qalxmasına kömək etmək üçün. Nəhayət ki, bir həftə sonra sıxıcı xəstaxana divarlarından xilas olurduq. Bir daha bura qayıtmamağı diləyirdim, sadəcə.

"Qorxma, qızım, nənənin hələ canı suludu" - gülümsəyərək mənə tutundu.

"Ona nə şübhə" - istehzayla dilləndim. Çətin günləri geridə qoymuşduq. İndi daha yaxşı idik. Həm nənəm, həm də mən...

"Hazırsız?" - deyə Nərmin içəri girdi. Alnı qırışmışdı. Gərgin görünürdü.

"Hə, sən həll elədin?"

"Əlbəttə" - kənardakı nənəmin paltarları ilə dolu çantanı əlinə aldı. Gülümsədim. Canım rəfiqəm...Bir həftə ərzində demək olar ki, yanımdan ayrılmamışdı. Kim nə deyir desin, dostluq çox dəyərli bir şeydi. Ən azından özün seçə bilirsən.

"Gedək onda".

* * *

Yuxarıdakı şkafa uzanıb yemək üçün üç ədəd boşqab çıxardım. Soldakı çəkməcəni çəkib üç ədəd də çəngəl çıxarıb boşqablarla birlikdə siniyə yerləşdirdim.

"Suay, sənə bir şey deməliyəm" - Nərminin gərgin səsi ilə əl saxlayıb ona tərəf çevrildim.

"Nəsə olub?".

"Bayaq xəstəxana xərclərini ödəmək istəyəndə artıq ödənilmiş olduğunu dedilər". Nə?

"Dəqiq? Belə bir şey mümkün deyil axı" - nənəmin eşitməməsi üçün səsimi mümkün qədər qısdım.

"Vallah, Suay, mən də əvvəlcə təəccübləndim, ancaq heç bir səhvlik olmadığını dedilər" - çiyinlərini çəkdi - "ödənilib". Bu necə ola bilərdi axı? Kim ödəyə bilərdi?

"Kim ödəyə bilər ki?"

"Bəlkə" - gicgahını qaşıdı - "bəlkə Arif bəy ödəyib?".

"Yox, yox elə bir şey mümkün deyil. Arif bəy telefonda mənə təklif etmişdi, ancaq ehtiyac olmadığını ona bildirmişdim". Kim ola bilərdi axı?

"Hər nəysə, yeməklər soyuyur keçək süfrəyə sonra aydınlaşdırarıq" - əlimə sinini alıb mətbəxdən çıxdım.

Son tikəmi də ağzıma qoyub stulda geriyə söykəndim. Bir həftədi xəstəxana yeməkləri yeməkdən bağırsaqlarıma yapışmış mədəm bu gün bayram etmişdi. Gözümü süfrə başındakılar arasında gəzdirdim. Görünür, yeməklərdən razı qalan tək mən deyildim.

"Oğlum, bu yaşa gəlmisən hələ evlənmək fikrin yoxdu?" - nənəmin sözləri ilə Sənan son anda ağzındakı yeməyi pükürtmədən uda bilmişdi. Gəldiyi on dəqiqə olmayıb ancaq indidən peşman olmuş kimi görünürdü. Bu qadının məqsədi nə idi hələ də anlaya bilməmişdim. Yoxsa ərə getmək fikrimi var? Bu düşüncəmlə gülümsədim.

"Nə oldu, ay bala, belə çox qorxursan?" - yenidən istehzayla soruşdu və dodaqları yana doğru qıvrıldı. Sənanın rəngdən-rəngə girməsini görməmək üçün kor olmaq lazım idi. Ah nənə...Dağ kimi oğlanı nə vəziyyətə salmışdı.

"Xeyr, s-adəcə qarşıma çıxmasını gözləyirdim" - çəkinərək dilləndi. Ağarmış siması onu ələ verirdi.

"Çıxdımı?" - nənəm geri çəkilmək bilmirdi. Masaya sakitlik çökdü. Nərminin Sənana zillənmiş gözləri diqqətimi çəkdi. Ona elə baxırdı ki, nəfəs aldığına belə şübhə edirdim.

Qırmızı (Tamamlandı)Dove le storie prendono vita. Scoprilo ora