❧ 2

373 54 29
                                    

Multimediya - Gökhan Türkmen - Çatı Katı

Leylanın dilindən..

Həyat həqiqətən də qəribədir. Təsəvvür edin ki, evə gələndən avtobusda sadəcə bir dəfə gördüyüm oğlanı düşünürdüm. Görəsən adı nədir? Görəsən yenə minər o avtobusa? və s. tipli suallar beynimdə dolanırdı. Problem odur ki, bunları niyə düşündüyümü bilmirdim.

Onu gördüyüm gün 5-ci gün olduğundan 2 gündür ki, içim içimi yeyirdi. Bazar ertəsi səhər saat 8-in yarısı dayanacaqda gözləyirdim, həmişəki kimi. Səhərlər avtobusda çox insan olduğundan rəfiqəm Ayseli görə bilmirdim. Gözlərim Ayseli axtararkən bir cüt qəhvəyi rəngli gözlərlə qarşılaşdı. Səhər-səhər o oğlanı avtobusda görmək məni təəccübləndirmişdi. Arxa oturacaqda oturmuşdu. Təəccübdən ilk dəfə idi ki, gözlərimi ondan çəkə bilmirdim, o da mənə baxırdı. Ayselin məni çağırması ilə oğlanla olan "romantik" anımız pozulmuşdu.

Avtobus bir müddət sonra nisbətən boşalmışdı. Ayselin yanında oturmuşdum. İçimdən gələn bir hislə arxaya çevrilib ona baxmaq istəyirdim. Amma buna cesarət etmirdim. Bizim məktəbə çatmamış o avtobusdan düşdü. Burada olan məktəbi tanıyırdım. Böyük ehtimal bu məktəbdə oxuyurdu. Məktəbini bildim, evini bildim.. Bəs adı? Əsas adıdı, adını bilməliyəm. Ağlımdan keçən düşüncələrin nə qədər mənasız olduğunu fikirləşdim və unutmağa çalışdım.

Aysel bugün mənim qəribə olduğumu dedi və səbəbini soruşdu. Mənsə bəhanələr uyduraraq ondan qurtuldum. Əslində Aysel mənim ən yaxın dostum idi. Onunla hər şeyimi bölüşürdüm. Bunu da deyərdim əlbətdə. Amma nə bilim, o an demək istəmədim. Yəni avtobusda gördüyü bir oğlandan xoşu gəlmək normal bir şey deyil məncə. Bir müddət sonra deyəcəm yəqinki.

Günorta məktəbdən qayıdarkən yenə həmin vaxtda, həmin avtobusu gözləyirdim. Biraz da həyəcanlı idim əslində. Avtobusa mindik və Aysel ilə ən arxa oturacağın qabağındakı oturacaqlara oturduq. Avtobus həmin oğlanın məktəbinin qabağında durdu. Oğlan yox idi, bu dəfə minməyəckdi avtobusa yəqinki. Doğrusu biraz məyus olmuşdum. Avtobus tam hərəkət edəcəyi anda oğlan arxa qapıdan mindi. Onu görən kimi üzümdə bir gülümsəmə yarandı. Bunu görməsin deyə üzümü pəncərə tərəfə çevirdim və çölə baxmağa başladım..

AvtobusWhere stories live. Discover now