Multimediya: Çağatay Ulusoy - Mutlu Sonsuz (Delibal)
Leylanın dilindən..
Parkda Rəşadla keçirdiyim gözəl gündən sonra çox xoşbəxt idim. Sevgilimlə ilk normal görüşüm sayılardı. Yay tətili boyunca həftədə bir-iki dəfə görüşürdük. Artıq yay tətili bitmişdi. Yay tətili başladığı zaman Rəşadı görməyəcəm deyə məyus olurdum. Amma yay tətilində daha çox görüşdüyümüz üçün indi isə tətilin bitməsinə məyus olmuşdum.
Artıq 10-cu sinifə keçmişdim, Rəşad da həmçinin. Məktəbin açılış günü idi. Avtobusa mindiyim zaman Rəşadı görmək məni gülümsətmişdi. Keçib Ayselin yanına oturdum. Yay tətilində Aysel ilə daha az görüşmüşdüm. Amma whatsapp vasitəsilə Rəşadla aramızda olanları danışmışdım.
Rəşadın düşəcəyi məktəbin qarşısından keçəndə sağollaşamaq üçün ona baxdım. Amma hələ də yerindən tərpənməmişdi. "Düşmürsən?" deyə pıçıldadım. "Yox, mən bu məktəbdə oxumuram axı" dedi. "Bəs harada oxuyursan?" deyə soruşdum təəccüblə. Məktəbini dəyişdiyini mənə deməmişdi axı. "Görərsən" dedi və göz qırpdı. Mən də səssizcə qabağıma döndüm.
Mənim düşəcəyim yerə çatmışdıq amma Rəşad hələ də düşməmişdi. Harada oxuyur bu uşaq? Mənimlə bir yerdə düşəndə anlamayaraq ona döndüm. "Niyə burada düşdün? Hansı məktəbdə oxuyursan?" deyə soruşdum. "Sənin məktəbində" dedi sadəcə. "Nə?" dedim şok olaraq.
Heç nə demədi və əlimi tutdu. Barmaqlarımızı bir-birinə keçirib sıxdı. "Artıq bizi heç nə ayıra bilməz" dedi və gülümsədi. Beləcə əl-ələ məktəbə doğru irəlilədik.
Son..
YOU ARE READING
Avtobus
Short StoryRəşad: Çünki, səni sevirəm (21:53) Bir müddət boş-boş telefonun ekranına baxdım. Məndən xoşu gəldiyini demişdi, amma sevdiyini ilk dəfə idi deyirdi. Məncə sevgi daha başqa bir şeydir, daha dərin. Bilmirəm.. Cavab yazmadığımı görüb o yazdı. Rəşad...