❧ 15

218 40 22
                                    

Multimediya: Son Feci Bisiklet - Bu Kız

Leylanın dilindən..

Bugün 3-cü gün idi. Son dərs boş olduğundan ürəyim sıxılırdı. Telefonu əlimə aldım və meqabaytı açdım. Instagram'da gəzişərkən birdən ağlıma Rəşad gəldi, guya nə vaxt ağlımdan çıxmışdı ki?! Ona mesaj yazmaq qərarı aldım.

Leyla: Salam (17:54)
Rəşad: Salam (17:56)
Rəşad: Keçən dəfəki mesajımdan sonra heç nə yazmadın. Utandın? (17:56)
Leyla: Hı hı (17:56)
Rəşad: Bu təsdiqləməkdi, yoxsa yola vermək? (17:57)
Leyla: Necə istəyirsən elə qəbul et.. (17:57)
Rəşad: Təsdiq kimi qəbul edirəm ;) (17:57)
Rəşad: Nəysə. Hardasan? Nə edirsən? (17:58)
Leyla: Heç, məktəbdəyəm. Boş dərs (17:58)
Leyla: Sən hardasan? (17:58)
Rəşad: Mən hazırlıqda (17:59)
Leyla: Dərsinə qulaq as da onda. Instagram'da nə edirsən? (17:59)
Rəşad: Off, çox darıxdırıcıdı. Ürəyim sıxıldı (17:59)
Leyla: Onda nəyə gedirsən hazırlığa? Boşuna pul xərcləmək.. (18:00)
Rəşad: Sənə görə (18:00)
Leyla: Hay? (18:00)
Rəşad: Nəysə (18:01)
Rəşad: Səsini yenə eşitmək istərəm (18:02)
Leyla: Necə yəni? (18:02)
Rəşad: Birinci gün avtobusda oxuyurdun ha, onu eşitmək istərdim (18:03)
Leyla: Hmm (18:03)
Rəşad: Doğurdan hansı mahnını oxuyurdun? (18:04)
Leyla: Rep, ProMete - Aciz İnsan (18:04)
Rəşad: Wow, digər qızlardan həqiqətən də çox fərqlənirsən (18:05)
Leyla: Bilirəm (18:05)
Leyla: Nəysə (18:05)
Leyla: Sən dərsinə qulaq as (18:05)
Rəşad: Ok ;) (18:06)

Mesajlarımıza baxıb gülümsədim. Həqiqətən çox qəribə xasiyyətim var idi. Mesaj yazanda həddən artıq səmimi oluram, amma yəqinki onunla üz-üzə bu sözləri deyə bilmərəm. Yəqinki yox, 100% deyə bilmərəm.

AvtobusWhere stories live. Discover now