Multimediya: Mustafa Ceceli - Gül Rengi
Leylanın dilindən..
Bir müddət sonra.. Artıq məktəb qurtarmışdı, nəhayət.. Məktəbin qurtarmasına təbiiki sevinmişdim, amma.. Təəssüf ki, amması var. Yəqinki təxmin etmisiniz - Rəşad..
"Məktəb qurtarsa birdə Rəşadı harada görərəm?" deyə düşünürdüm. Məktəb qutardı və hələ də bu suala cavab tapmamışam. Özü də keçən dəfəki sualına "Hə" cavabını vermişdim. Təbiiki üz-üzə yox, Instagram'da demişdim. Sevgili olmağmız normal davam edirdi. Bu mənim ilk sevgililiyim olduğu üçün biraz həyəcanlı ola bilərəm.. Instagram demişkən, Instagram'dan mesaj gəlmişdi.
Rəşad: Salam sevgilim (20:17)
Leyla: Salam (20:17)
Rəşad: Mən sənə "Salam sevgilim" deyirəm, sən sadəcə "Salam" deyirsən. Olur belə? (20:18)
Leyla: Niyə olmur ki?! Mən sənə başqa qızlar kimi "Salam sevgilim" və ya "Salam aşkım" desəm qəribə olmaz? (20:18)
Leyla: Məncə qəribədi (20:18)
Rəşad: Onda mən də sənə "sevgilim" deməyim? Deyəsən xoşun gəlmir (20:19)
Leyla: Yox, yox, sən de (20:19)
Leyla: Sənin demeyindən xoşum gəlir, sadəcə mən deyəndə qəribə çıxır (20:20)
Rəşad: Yaxşı deyəcəm ;) (20:20)
Leyla: Nəysə.. Necəsən? Nə edirsən? (20:20)
Rəşad: Heç, bekarçılıqdı. Sən necəsən? (20:21)
Leyla: Pisəm (20:21)
Rəşad: Niyə? Nə olub sevgilimə? (20:21)
Leyla: Məktəb qurtardı axı, bir də səni harada görəcəm? 3 ay gözləməliyik görüşmək üçün? Off.. (20:22)
Rəşad: Mən də onu fikirləşirəm. Ağlıma heç nə gəlmir (20:22)
Leyla: Sənin üçün darıxmışam (20:23)
Rəşad: Mən də (20:23)
Rəşad: Nəysə sağol (20:23)
Rəşad: Səni sevirəm (20:24)Özümdə cəsarət toplayıb cavab yazdım.
Leyla: Sağol (20:25)
Leyla: Mən də səni sevirəm (20:25)
YOU ARE READING
Avtobus
Short StoryRəşad: Çünki, səni sevirəm (21:53) Bir müddət boş-boş telefonun ekranına baxdım. Məndən xoşu gəldiyini demişdi, amma sevdiyini ilk dəfə idi deyirdi. Məncə sevgi daha başqa bir şeydir, daha dərin. Bilmirəm.. Cavab yazmadığımı görüb o yazdı. Rəşad...