❧ 8

283 46 37
                                    

Multimediya: Buray - Sen Sevda mısın?

Leylanın dilindən..

Məktəbin bağlanmasına bir aydan az vaxt qalmışdı. Bəzən düşünürəm ki, "Cəmi bir dəfə onu yenə görsəydim.. Onu axtarardım, ona çatmaq üçün hər şey edərdim. Bir ümid yaransın, sadəcə bir dəfə görüm onu.. Xahiş edirəm" Amma heç nə olmurdu, o gündən sonra bir dəfə də onu görməmişdim. Yay tətilinə çıxsaq ümumiyyətlə ümid qalmayacaq.

Axşam saatlarında (günorta smeni olduğumuz üçün dərs axşam saatlarında bitirdi) avtobusu gözləyirdik, Aysel ilə. Yenə ümidsizliklə avtobusa minəcəkdim ki.. onu gördüm, arxa oturacaqda oturmuşdu. Məktəb forması üstündə deyildi. Onun da gözləri mənə çevrildi. O da çox təəccüblənmişdi. Avtobusa minərkən fikrim onda qaldığı üçün ayağım bir yerə ilişmişdi. Az qala yıxılırdım ki, Aysel məni qolumdan tutdu.

"Nə oldu? Yaxşısan?" deyə soruşdu. Sadəcə başımı salladım. Yenə arxa oturacağın qabağındakı oturacağa oturduq. Mən pəncərə tərəfə oturduğum üçün düz oğlanın qabağında oturmuşdum. O mənim arxamda idi. Gördüm, onu heç olmasa bir dəfə gördüm.. Bir şey etməli idim, amma nə?!

Avtobusa yaşlı bir qadın minmişdi. Aysel kənar tərəfdə olduğu üçün çantasını mənə verdi və ayağa durdu, yaşlı qadın yanıma oturdu. Aysel dediyim oğlanın o olduğunu başa düşməmişdi deyəsən. Səssizcə ona izah etməyə çalışdım, arxadan oğlan hər an eşidə bilərdi çünki. Göz-qaş işarələri ilə izah etməyə çalışırdım, amma anlamırdı.

Oflayıb, telefonumu çıxardım və Note hissəni açdım. "Düz mənim arxamda oturan oğlan dediyim oğlandı. Bir dəfə qarşıma çıxıb, nə edim? Onu itirmək istəmirəm :(" yazdım və Ayselə uzatdım. "Oxu" dedim sadəcə. Aysel yazını oxuyan kimi "Həə.." dedi və oğlana baxdı. Allahım nəydi günahım?! Oğlan 100% başa düşmüşdü, yəni başa düşməmək üçün mal olmalıdı. İnşallah deyil..

Aysel telefonumu qaytararkən ona öldürücü baxışlarımı yollayırdım. Mənə baxdı və "Nə bilim" deyər kimi çiyinlərini çəkdi. Mən çarəsiz qalıb üzümü pəncərəyə çevirdim və çölü izləməyə başladım. Hər zaman etdiyim kimi öz-özümə mahnı oxumağa başladım. Biraz qəmli olduğum üçün romantik mahnı (multimediyadakı mahnı) oxumağa qərar aldım. Yavaş səs tonu ilə, özüm eşidə biləcəyim dərəcədə oxumağa başladım.

"Umut yok, bir ışık yok gözlerinde,
Ben hala bekleyenim olsun
Ateş yok sıcaklık yok ellerinde
Ben yanarım aşkın sağolsun

Sen kapımı çalan sızım gir içeri
Her zaman başımın üstünde senin yerin
Dilim tutulur sözcükler uçarsa aklımdan
Benim güzel misafirim sen hep hoş geldin"

Gözlərimi yumub oxumağa davam edəcəkdim ki, arxa tərəfdən bir səs eşitdim "Adım Rəşad'dır"

AvtobusWhere stories live. Discover now