Multimediya: Murat Dalkılıç ft. Boygar - Leyla
Rəşadın dilindən..
1 ay olmuşdu, düz 1 ay.. 1 aydır ki, Leyla adlı qız o avtobusa minmirdi. Bir gün minmədi, 2 gün minmədi, 3 gün minmədi.. Dedim yəqin nəsə olub, avtobusu qaçırır, məktəbə getmir və ya məktəbdən tez/gec buraxırlar, hazırlığı var bəlkə də.. Amma bir ay çox uzun bir müddətdi. Nə olub ki, artıq avtobusa minmir?! Düşünürdüm, amma ağlıma məntiqli bir ehtimal gəlmirdi.
Həm mən niyə tanımadığım bir qızı bu qədər düşünürəm?! Özümü belə anlaya bilmirəm.. Deyəsən mənim bu qızdan xoşum gəlirdi. Amma nə üçün?! Bu qızı digərlərindən nə fərqləndirirdi?! Bilmirəm.. Amma bu qız fərqli idi, çox fərqli.. Mənim diqqətimi çəkəcək qədər fərqli..
Qızın adını İnstaqram və Facebook-da axtarmışdım. Amma yalnız adını bildiyim üçün heç nə tapa bilməmişdim. Heç oxuduğu məktəbi də bilmirdim ki, axtarım. Bəlkə tapdım.. Tam ümidim kəsilmişdi artıq. Bir də harada tapa bilərəm guya Leylanı?.
YOU ARE READING
Avtobus
Short StoryRəşad: Çünki, səni sevirəm (21:53) Bir müddət boş-boş telefonun ekranına baxdım. Məndən xoşu gəldiyini demişdi, amma sevdiyini ilk dəfə idi deyirdi. Məncə sevgi daha başqa bir şeydir, daha dərin. Bilmirəm.. Cavab yazmadığımı görüb o yazdı. Rəşad...