Multimediya: Ece Seçkin ft. Ozan Doğulu - Hoşuna mı Gidiyor
Leylanın dilindən..
"Salam :)" yazıb göndərdim. Həmin an oxunduğunu gördüm. Bu oğlan məni gözləyirmiş ki elə. Bu daha da həyəcanlanmama səbəb olmuşdu. Məni təqlid edərək "Salam :)" yazdı. Mesaj yazarkən bütün komplekslərim yox olurdu. Buna görə yazmağa başladım.
Leyla: Tanıdın? (13:07)
Rəşad: Təbiiki. Məni necə tapdın? (13:08)
Leyla: İnkişaf etmiş araşdırmaq xüsusiyyətim var :) (13:08)
Rəşad: Hmm.. Kimi araşdırsan? (13:09)
Leyla: Səni (13:09)
Rəşad: Hmm :) (13:10)
Leyla: Neçə yaşın var? (13:11)
Rəşad: 16. Sənin? (13:11)
Leyla: 15 (13:11)
Rəşad: Hmm (13:12)
Leyla: Nə çox "Hmm" yazırsan?! (13:12)
Rəşad: Nə bilim. Öyrəşməmişəm (13:13)
Leyla: Nəyə? Qıza mesaj yazmağa? (13:13)
Rəşad: Yox. Qızın mənə mesaj yazmağına və söhbət açmağa çalışmağına (13:14)
Leyla: Ola bilər (13:15)
Leyla: Mən digər qızlar kimi deyiləm. Camaat mesaj yazmağa utanır, amma həyatda nələr edir. Mən isə həyatda utancaq, mesaj yazarkən bir dəqiqə susmayan insanam :) (13:15)
Rəşad: Bilirəm (13:16)
Leyla: Dastan boyda mətn yazdım və sən sadəcə "Bilirəm" yazdın? (13:16)
Rəşad: :D (13:16)
Leyla: Ciddiyəm.. (13:17)
Rəşad: Nə yazım? İndi danışmağa başlamışıq və mən həmin dəqiqə "Səndən xoşum gəlir" yazmalıyam? (13:17)Bir müddət ekrana boş-boş baxdım. Cavab vermədiyimi görüb, yenə yazdı.
Rəşad: Səndən xoşum gəlir :) (13:19)
Rəşad: 1-ci gün görüşənədək ;) (13:19)Allahım hər an ürəyim dayana bilər. Bayaq ciddi-ciddi mənə etiraf etmişdi. Məndən xoşu gəlirdi.
DU LIEST GERADE
Avtobus
KurzgeschichtenRəşad: Çünki, səni sevirəm (21:53) Bir müddət boş-boş telefonun ekranına baxdım. Məndən xoşu gəldiyini demişdi, amma sevdiyini ilk dəfə idi deyirdi. Məncə sevgi daha başqa bir şeydir, daha dərin. Bilmirəm.. Cavab yazmadığımı görüb o yazdı. Rəşad...